ELM

Marsa astronavt göndərməyin vaxtı çatıb - İlon Mask

© AFP 2023 / Patrick Pleul / POOL İlon Musk
İlon Musk - Sputnik Azərbaycan, 1920, 22.07.2024
Abunə olmaq
Maskın fikrincə, kosmik səyahətçi olmaq arzusunda olan və Marsda yeni sivilizasiyanın qurulmasına kömək etmək istəyən hər kəs sonda bunu bacarmalıdır.
BAKI, 22 iyul — Sputnik. Marsa astronavt göndərməyin vaxtı çatıb.
Bunu ABŞ-dan olan milyarder və SpaceX-in qurucusu İlon Mask bildirib.
O, bu barədə sosial şəbəkədə Apollon-11-in Aya enişinin 55 illiyi münasibətilə yazıb.
"Hazırda ABŞ-ın Marsa astronavt göndərməklə daha böyük zirvələrə çatmasının vaxtıdır" – Mask qeyd edib.
O, əlavə edib ki, “kosmik səyahətçi olmaq arzusunda olan və Marsda yeni sivilizasiyanın qurulmasına kömək etmək istəyən hər kəs sonda bunu bacarmalıdır”.
Bundan əvvəl SpaceX-in baş direktoru İlon Mask “The New York Times”ın Marsda şəhər tikmək planları ilə bağlı məlumatını təkzib etmişdi. “SpaceX-də heç kim Marsda bir şəhər tikmək üzərində işləmək üçün təyin olunmayıb. İnsanlar bunu istəyəndə dedim ki, ilk növbədə diqqəti ora çatmağa yönəltməliyik” - sahibkar qeyd edib.
14.04.24, 20:55
İlon Mask süni intellektə görə bəşəriyyətin ölüm ehtimalını açıqlayıb
İlon Mask hesab edir ki, süni intellekt (Sİ) bəşəriyyət üçün ölümcül təhlükə ola bilər.
Xüsusi sammitdə o, nəzarətdən kənar süni intellektə görə apokalipsis ehtimalının, təxminən 10-20% olduğunu bildirib.
Eyni zamanda, Mask əmindir ki, bu texnologiyanın üstünlükləri mənfi cəhətlərdən daha çoxdur. Amma o, özünün bu hesablamalarına necə gəldiyini dəqiqləşdirmir.
Mütəxəssislər hesab edirlər ki, Mask, hətta riskin miqyasını da aşağı salır. Bəziləri bu rəqəmlərin 99%-ə qədər olduğunu qeud edir. Luisvill Universitetinin süni intellekt təhlükəsizliyi üzrə tədqiqatçısı Roman Yampolski isə əmindir ki, biz təkmillləşmiş süni intellekt yaratmamalıyıq, çünki ona nəzarət etmək mümkün olmayacaq.
Maskın özü, süni intellekti inkişaf etdirmək üçün "xAI" şirkətini qursa da, bu sahənin ciddi şəkildə tənzimlənməsinin tərəfdarıdır.
O, süni intellektin yaradılmasını super dahi bir uşağın doğulması ilə müqayisə edib (təxminən, tanrı kimi) və belə bir "körpənin" yalana meylli olaraq deyil, həqiqətə və hər şeylə maraqlanmağa cəhd edən biri kimi böyüdülməli olduğunu söyləyib.
Xəbər lenti
0