https://sputnik.az/20240414/ateskes-olmadan-qezzada-veziyyet-deyismeyecek---rusiya-xn--461573635.html
Rusiya və İran XİN başçıları Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Rusiya və İran XİN başçıları Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Sputnik Azərbaycan
Qeyd olunub ki, telefon danışığı zamanı “əsas diqqət Yaxın Şərqdəki vəziyyətə yönəlib” 14.04.2024, Sputnik Azərbaycan
2024-04-14T23:42+0400
2024-04-14T23:42+0400
2024-04-14T23:42+0400
rusiya
rusiya
fələstin
həmas
qəzza
https://cdnn1.img.sputnik.az/img/07e7/04/1d/454273816_0:0:3642:2048_1920x0_80_0_0_cf96f4faff2f95f0722a70af45cbb61b.jpg
BAKI, 14 aprel - Sputnik. Rusiyanın xarici işlər naziri Sergey Lavrovla iranlı həmkarı Hüseyn Əmir-Abdullahian arasında telefon danışığı olub.“Report” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti bildirib.Qeyd olunub ki, telefon danışığı zamanı “əsas diqqət Yaxın Şərqdəki vəziyyətə yönəlib”:“İranın xarici işlər naziri aprelin 1-də İsrailin İranın Dəməşqdəki səfirliyinin konsulluq şöbəsinə İran rəsmilərinin ölümü ilə nəticələnmiş hava hücumuna cavab olaraq Tehranın gördüyü tədbirlər barədə rusiyalı həmkarına məlumat verib”.Danışıqlar zamanı “regionda vəziyyətin əlavə eskalasiya və yeni təhlükəli təxribatçı hərəkətlərin Yaxın Şərqdə gərginliyin artmasına səbəb ola biləcəyi” vurğulanıb.Eyni zamanda, “Qəzza zolağında dərhal atəşkəs əldə olunması, ən aktual humanitar problemlərin həlli və Fələstin – İsrail münaqişəsinin iki dövlət əsasında həllinə dair BMT qətnamələrinə uyğun olaraq birbaşa danışıqlar üçün güclü şərait yaradılması” təsdiqlənib.***Rusiya İranla İsrail arasında baş verən gərginlikdən narahatdır və tərəfləri təmkinli olmağa çağırır.APA xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin İranın İsrail ərazisinə raket və dron hücumu ilə bağlı yaydığı bəyanatda bildirilib.Rusiya XİN bəyanatında heç bir tərəfi dəstəkləməyib və ya qınamayıb, sadəcə, narahatlığını bildirib və tərəfləri təmkinli olmağa çağırıb: "Aprelin 14-nə keçən gecə İsrail ərazisinə çoxlu sayda raket və PUA-lar buraxılıb. İran XİN-in məlumatına görə, bu hücum BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq özünümüdafiə hüququ çərçivəsində İranın regiondakı obyektlərinə, o cümlədən İran İslam Respublikasının Dəməşqdəki konsulluğunun binasına hücuma cavab olaraq həyata keçirilib. Həmin hücumu ölkəmiz də qəti şəkildə qınamışdı. Təəssüf ki, BMT Təhlükəsizlik Şurasının qərbli üzvləri İranın konsulluq missiyasına hücuma adekvat cavab verə bilməyib.Biz regionda növbəti təhlükəli eskalasiya ilə bağlı son dərəcə narahat olduğumuzu bildiririk. Dəfələrlə xəbərdarlıq etmişik ki, Yaxın Şərqdə, ilk növbədə, Fələstin-İsrail münaqişəsi sahəsində, məsuliyyətsiz təxribatçı hərəkətlər nəticəsində yaranan çoxsaylı böhranların həll olunmaması gərginliyin artmasına səbəb olacaq. Biz bütün tərəfləri təmkinli olmağa çağırırıq. Ümid edirik ki, regional dövlətlər mövcud problemləri siyasi və diplomatik yollarla həll edəcəklər. Biz konstruktiv beynəlxalq oyunçuların buna töhfə verməsinin vacib olduğuna inanırıq.İsraildə və qonşu ölkələrdə, ilk növbədə İordaniya, Livan və Suriyada yerləşən Rusiya vətəndaşlarının diqqətini Rusiya Xarici İşlər Nazirliyinin və Rusiyanın xaricdəki qurumlarının rəsmi saytlarında dərc olunan məlumatlara və praktiki tövsiyələrə əməl etmək zərurətinə cəlb edirik".25.12.23BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi humanitar qətnamə Qəzzada vəziyyəti dəyişməyəcək, bunun üçün atəşkəs lazımdır. RİA Novosti xəbər verir ki, belə bir bəyanatla Rusiyanın Xarici İşlər Nazirliyi çıxış edib.Bundan əvvəl BMT Təhlükəsizlik Şurası İsrail və HƏMAS-dan Qəzza zolağına humanitar yardımın çatdırılmasını asanlaşdırmağı tələb edən qətnamə qəbul edib, həmçinin BMT baş katibini bu yardımın çatdırılması üçün koordinator təyin etməyə çağırıb.Qətnamənin yekun variantında hərbi əməliyyatların təcili dayandırılmasına, eləcə də hərbi əməliyyatların davamlı dayandırılması istiqamətində təcili addımların atılmasına çağıran müddəa yer almayıb.Nazirlik qeyd edib ki, Rusiya “Fələstin və Ərəb nümayəndələrinin müvafiq çağırışlarına cavab verərək” qətnamə üzrə səsvermədə bitərəf qalıb.“Hazırda Fələstin-İsrail nizamlanması prosesində İsraillə sülh və təhlükəsizlik şəraitində birgə mövcud olan, paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövlətinin yaradılmasını nəzərdə tutan, hamılıqla tanınmış beynəlxalq hüquqi əsasda siyasi üfüqün bərpası üçün çalışmaq vacibdir", - deyə bəyanatda bildirilir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/04/1d/454273816_451:0:3182:2048_1920x0_80_0_0_5c9698f16faaf0afd8c8fb069d748497.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya, fələstin, həmas, qəzza
rusiya, fələstin, həmas, qəzza
Rusiya və İran XİN başçıları Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Qeyd olunub ki, telefon danışığı zamanı “əsas diqqət Yaxın Şərqdəki vəziyyətə yönəlib”
BAKI, 14 aprel - Sputnik. Rusiyanın xarici işlər naziri Sergey Lavrovla iranlı həmkarı Hüseyn Əmir-Abdullahian arasında telefon danışığı olub.
“Report” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti bildirib.
Qeyd olunub ki, telefon danışığı zamanı “əsas diqqət Yaxın Şərqdəki vəziyyətə yönəlib”:
“İranın xarici işlər naziri aprelin 1-də İsrailin İranın Dəməşqdəki səfirliyinin konsulluq şöbəsinə İran rəsmilərinin ölümü ilə nəticələnmiş hava hücumuna cavab olaraq Tehranın gördüyü tədbirlər barədə rusiyalı həmkarına məlumat verib”.
Danışıqlar zamanı “regionda vəziyyətin əlavə eskalasiya və yeni təhlükəli təxribatçı hərəkətlərin Yaxın Şərqdə gərginliyin artmasına səbəb ola biləcəyi” vurğulanıb.
Eyni zamanda, “Qəzza zolağında dərhal atəşkəs əldə olunması, ən aktual humanitar problemlərin həlli və Fələstin – İsrail münaqişəsinin iki dövlət əsasında həllinə dair BMT qətnamələrinə uyğun olaraq birbaşa danışıqlar üçün güclü şərait yaradılması” təsdiqlənib.
Rusiya İranla İsrail arasında baş verən gərginlikdən narahatdır və tərəfləri təmkinli olmağa çağırır.
APA xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin İranın İsrail ərazisinə raket və dron hücumu ilə bağlı yaydığı bəyanatda bildirilib.
Rusiya XİN bəyanatında heç bir tərəfi dəstəkləməyib və ya qınamayıb, sadəcə, narahatlığını bildirib və tərəfləri təmkinli olmağa çağırıb: "Aprelin 14-nə keçən gecə İsrail ərazisinə çoxlu sayda raket və PUA-lar buraxılıb. İran XİN-in məlumatına görə, bu hücum BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq özünümüdafiə hüququ çərçivəsində İranın regiondakı obyektlərinə, o cümlədən İran İslam Respublikasının Dəməşqdəki konsulluğunun binasına hücuma cavab olaraq həyata keçirilib. Həmin hücumu ölkəmiz də qəti şəkildə qınamışdı. Təəssüf ki, BMT Təhlükəsizlik Şurasının qərbli üzvləri İranın konsulluq missiyasına hücuma adekvat cavab verə bilməyib.
Biz regionda növbəti təhlükəli eskalasiya ilə bağlı son dərəcə narahat olduğumuzu bildiririk. Dəfələrlə xəbərdarlıq etmişik ki, Yaxın Şərqdə, ilk növbədə, Fələstin-İsrail münaqişəsi sahəsində, məsuliyyətsiz təxribatçı hərəkətlər nəticəsində yaranan çoxsaylı böhranların həll olunmaması gərginliyin artmasına səbəb olacaq. Biz bütün tərəfləri təmkinli olmağa çağırırıq. Ümid edirik ki, regional dövlətlər mövcud problemləri siyasi və diplomatik yollarla həll edəcəklər. Biz konstruktiv beynəlxalq oyunçuların buna töhfə verməsinin vacib olduğuna inanırıq.
İsraildə və qonşu ölkələrdə, ilk növbədə İordaniya, Livan və Suriyada yerləşən Rusiya vətəndaşlarının diqqətini Rusiya Xarici İşlər Nazirliyinin və Rusiyanın xaricdəki qurumlarının rəsmi saytlarında dərc olunan məlumatlara və praktiki tövsiyələrə əməl etmək zərurətinə cəlb edirik".
BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi humanitar qətnamə Qəzzada vəziyyəti dəyişməyəcək, bunun üçün atəşkəs lazımdır. RİA Novosti xəbər verir ki, belə bir bəyanatla Rusiyanın Xarici İşlər Nazirliyi çıxış edib.
Bundan əvvəl BMT Təhlükəsizlik Şurası İsrail və HƏMAS-dan Qəzza zolağına humanitar yardımın çatdırılmasını asanlaşdırmağı tələb edən qətnamə qəbul edib, həmçinin BMT baş katibini bu yardımın çatdırılması üçün koordinator təyin etməyə çağırıb.
Qətnamənin yekun variantında hərbi əməliyyatların təcili dayandırılmasına, eləcə də hərbi əməliyyatların davamlı dayandırılması istiqamətində təcili addımların atılmasına çağıran müddəa yer almayıb.
“BMT Təhlükəsizlik Şurasının 2720 saylı yeni qətnaməsi, hərbi əməliyyatların dayandırılması üçün əsas tələb olmadan bu fəlakətli vəziyyəti düzəldə bilməz. BMT-nin baş katibi və ixtisaslaşmış humanitar qurumların rəhbərləri təkrar-təkrar vurğulayırlar ki, kütləvi zərbələr və bombardmanlar şəraitində Qəzzaya yardım çatdırmaq mümkün deyil, buraxılan yüklər “dənizdə damla” qədərdir. Mülki infrastruktur, o cümlədən tibb müəssisələri demək olar ki, tamamilə məhv edilib”, - deyə bəyanatda bildirilir.
Nazirlik qeyd edib ki, Rusiya “Fələstin və Ərəb nümayəndələrinin müvafiq çağırışlarına cavab verərək” qətnamə üzrə səsvermədə bitərəf qalıb.
“Hazırda Fələstin-İsrail nizamlanması prosesində İsraillə sülh və təhlükəsizlik şəraitində birgə mövcud olan, paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövlətinin yaradılmasını nəzərdə tutan, hamılıqla tanınmış beynəlxalq hüquqi əsasda siyasi üfüqün bərpası üçün çalışmaq vacibdir", - deyə bəyanatda bildirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.