CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xankəndidə yenə silah-sursat aşkarlanıb

© AR Ministry of Internal AffairsSilah-sursat
Silah-sursat  - Sputnik Azərbaycan, 1920, 13.04.2024
Abunə olmaq
Daxili İşlər Nazirliyi Xankəndi şəhəri ərazisində tapılan yeni silah və sursatların siyahısını dərc edib.
BAKI, 13 aprel - Sputnik. Xankəndi şəhəri ərazisindən xeyli sayda silah-sursat aşkarlanıb.
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə aprelin 12-də Xankəndi şəhəri ərazisindən 9 ədəd müxtəlif markalı avtomat silahı, 3 tüfəng, 4 qumbara, 1 fişəng tapançası, 2 tüstüverici şaşka, 35 patron darağı, 880 ədəd müxtəlif çaplı patron, 1 süngü-bıçaq və digər sursatlar aşkar olunaraq götürülüb.
10.04.24
Aprelin 9-da Xankəndi şəhəri ərazisində 11 avtomat, 11 qumbara və 1 qumbaraatan aşkarlanıb.
Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, bundan başqa, şəhər ərazisindən 4 tapança, 1 tüfəng, 3 mərmi, 14 alışdırıcı, 34 patron darağı, 1580 ədəd müxtəlif çaplı patron, 13 ədəd süngü bıçaq və digər sursatlar aşkar olunaraq götürülüb.
08.04.24, 10:48
Xankəndi şəhərində 12 silah, 18 qumbara aşkarlanıb.
Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, aprelin 6-7-də Xankəndidən 10 ədəd müxtəlif markalı avtomat silahı, 1 tapança, 1 tüfəng, 18 qumbara, 19 alışdırıcı, 3 trotil, 57 patron darağı, 4467 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.
Bundan başqa, həftəsonu paytaxtda və ayrı-ayrı rayonlarda 4 tüfəng və 17 ədəd müxtəlif çaplı patron təhvil götürülüb.
Eyni zamanda qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində tədbirlər çərçivəsində aprelin 6-7-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə 1 tapança, 1 tüfəng, 1 patron darağı və 8 ədəd patron aşkar edilərək götürülüb.
05.04.24
Polis əməkdaşları Xankəndi şəhərində avtomat və qumbaralar tapıblar.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, keçirilən tədbirlərlə aprelin 4-də Xankəndi şəhəri ərazisindən 3 avtomat silahı, 2 tüfəng, 5 qumbara, 37 patron darağı, 3148 ədəd müxtəlif çaplı patron, 6 ədəd rabitə vasitəsi və digər sursatlar aşkar olunaraq götürülüb.
26.03.24
Polis əməkdaşları Xankəndi şəhərində avtomat, saatlı bomba və qumbaralar aşkarlayıblar.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, keçirilən tədbirlərlə martın 25-də Xankəndi şəhəri ərazisindən 6 avtomat silahı, 1 tapança, 6 tüfəng, 19 qumbara, 1 saatlı bomba, 19 alışdırıcı, 50 patron darağı, 6321 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.
24.03.24
Xankəndi şəhərində məktəb və Musiqi Kollecinin zirzəmilərindən silah-sursat tapılıb.
Bu barədə DİN-in Mətbuat xidmətindən məlumat verilib.
Qeyd olunub ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 23-də Xankəndi şəhərində yerləşən məktəblərdən birinin və Musiqi Kollecinin zirzəmilərindən, həmçinin şəhər ərazisindən ümumilikdə 15 avtomat silahı, 4 pulemyot, 7 qumbara, 6 tüfəng, 52 patron darağı, 5 alışdırıcı, 5014 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.
22.03.24
Xankəndi şəhəri ərazisindən silah-sursat tapılıb.
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 21-də Xankəndi şəhəri ərazisindən 19 avtomat silahı, 1 pulemyot, 4 tapança, 3 tüfəng, 1 qumbaraatan, 10 qumbara, 47 patron darağı, 8602 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.
19.03.24
Xankəndidə xeyli silah-sursat tapılıb. Bu barədə DİN məlumat yayıb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 18-də Xankəndi şəhəri ərazisindən 4 ədəd müxtəlif markalı avtomat silahı, 1 pulemyot, 1 tapança, 3 qumbara, 3 qumbara alışdırıcısı, 1 tüfəng, 33 patron darağı, 805 ədəd müxtəlif çaplı patron, 6 ədəd süngü-bıçaq və digər sursatlar aşkar olunaraq götürülüb.
14.03.24, 10:26
Polis əməkdaşları Xankəndi şəhərində avtomat, pulemyot, tapança və qumbaralar tapıblar. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, keçirilən tədbirlərlə martın 13-də Xankəndi şəhəri ərazisindən 25 ədəd müxtəlif markalı avtomat silahı, 1 pulemyot, 3 tapança, 1 tüfəng, 11 qumbara, 10 alışdırıcı, 38 patron darağı, 7575 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.
Xatırladaq ki, martın 11-də və 12-də keçirilən tədbirlərlə Xankəndi şəhəri ərazisindən 17 ədəd müxtəlif markalı avtomat silahı, 1 pulemyot, 2 tapança, 6 tüfəng, 21 qumbara, 21 alışdırıcı, 5 rabitə qurğusu, 106 patron darağı, 6231 ədəd müxtəlif çaplı patron, 13 süngü-bıçaq və digər sursatlar aşkar olunaraq götürülüb.
07.03.24
Polis əməkdaşları Xankəndidə avtomat, qumbara və dronlar aşkarlayıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, keçirilən tədbirlərlə martın 6-da Xankəndi şəhəri ərazisindən 3 ədəd dron, 4 ədəd avtomat silahı, 3 ədəd müxtəlif markalı tüfəng, 3 qumbara, 3 ədəd alışdırıcı, 26 ədəd rabitə vasitəsi, 126 patron darağı, 960 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.
05.03.24, 11:52
Polis əməkdaşları martın 4-də Xankəndi şəhərində avtomat və qumbaralar aşkarlayıblar.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, keçirilən tədbirlərlə ötən gün Xankəndi şəhəri ərazisindən 13 ədəd müxtəlif markalı avtomat silahı, 1 tapança, 5 ədəd tüfəng, 9 ədəd qumbara, 10 alışdırıcı, 45 patron darağı, 1845 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.
04.03.24
Xankəndidə narkotik vasitə və silah-sursat aşkar edilib. Bu barədə DİN-in mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Xankəndi şəhəri ərazisində yerləşən qarajların birindən 3,8 kiloqram çəkidə marixuana, həmçinin şəhər ərazisindən 13 ədəd müxtəlif markalı avtomat silahı, 1 ədəd pulemyot, 11 tüfəng, 7 ədəd qumbara, 3 alışdırıcı, 25 patron darağı, 1718 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.
Xatırladaq ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 1-də Xankəndi şəhəri ərazisində 15 ədəd müxtəlif markalı avtomat silahı, 2 ədəd pulemyot, 1 tapança, 2 tüfəng, 22 ədəd qumbara, 12 alışdırıcı, 46 patron darağı, 1655 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.
02.03.24, 11:21
Polis əməkdaşları Xankəndi şəhərində avtomat, pulemyot və qumbaralar aşkarlayıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 1-də Xankəndi şəhəri ərazisində 15 ədəd müxtəlif markalı avtomat silahı, 2 ədəd pulemyot, 1 tapança, 2 tüfəng, 22 ədəd qumbara, 12 alışdırıcı, 46 patron darağı, 1655 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.
24.02.24
Xankəndidə silah-sursat aşkarlanıb.
Bu barədə DİN-in mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 23-də Xankəndi şəhəri ərazisində 5 ədəd müxtəlif markalı avtomat silahı, 1 tapança, 2 tüfəng, 8 ədəd qumbara, 28 patron darağı, 705 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.
10.02.24
Xankəndi şəhərində silah-sursat aşkarlanıb.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 9-da Xankəndi şəhəri ərazisində 7 ədəd müxtəlif markalı avtomat silahı, 2 tapança, 1 tüfəng, 1 ədəd qumbara, 1 ədəd alışdırıcı, 23 ədəd patron darağı, 841 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.
03.02.24
Xankəndi şəhəri ərazisində silah-sursat tapılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 2-də Xankəndi şəhəri ərazisində 7 ədəd müxtəlif markalı avtomat silahı, 3 qumbara, 4 ədəd müxtəlif markalı tüfəng, 25 ədəd patron darağı, 23 ədəd mərmi, 1215 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.
02.02.24
Xankəndidə yenə də silah-sursat tapılıb.
Daxili İşlər Nazirliyindən (DİN) verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 1-də Xankəndi şəhəri ərazisində 4 ədəd müxtəlif markalı avtomat silahı, 3 tapança, 3 qumbara, 2 ədəd müxtəlif markalı tüfəng, 50 ədəd patron darağı, 2129 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.
12.01.24, 11:24
Polis əməkdaşları həftəsonu Xankəndi şəhəri ərazisində 7 silah, 4 qumbara aşkarlayıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə 20-21 yanvar tarixlərində Xankəndi şəhəri ərazisində 10 ədəd müxtəlif markalı avtomat silahı, 1 ədəd pulemyot, 4 ədəd müxtəlif markalı tapança, 2 ədəd tüfəng, 4 ədəd qumbara, 52 ədəd patron darağı, 1972 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.
12.01.24, 10:46
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə yanvarın 11-də Xankəndi şəhəri ərazisində xeyli silah-sursat aşkarlanıb.
Bu barədə DİN-dən bildirilib.
Bildirilir ki, 13 ədəd müxtəlif markalı avtomat silahı, 4 ədəd tapança, 27 ədəd qumbara, 20 ədəd qumbara alışdırıcısı, 7 ədəd müxtəlif markalı tüfəng, 83 ədəd patron darağı, 3663 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.
08.01.24
Polis əməkdaşları Xankəndi şəhəri və Xocalı rayonu ərazisində silah-sursat aşkarlayıb.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, Xankəndi şəhəri ərazisindən 1 ədəd pulemyot, 33 ədəd müxtəlif markalı avtomat silahı, 2 ədəd tapança, 7 ədəd tüfəng, 22 ədəd qumbara, 23 ədəd qumbara alışdırıcısı, 10 665 ədəd müxtəlif çaplı patron, 2 ədəd optik nişangah, 5 ədəd penal dəsti, 1 ədəd “Kalaşnikov” pulemyotuna aid sursat, 186 ədəd patron darağı, 1 ədəd süngü-bıçaq, 27 ədəd daraq üçün çanta, 3 ədəd binokl və 4 ədəd rabitə qurğusu aşkarlanıb.
Xocalı rayonu ərazisindən isə 3270 ədəd müxtəlif çaplı patron, 1 ədəd tank əleyhinə mina, 4 ədəd əl qumbarası, 12 ədəd “RPQ-7” mərmisi və 8 ədəd avtomat darağı aşkar olunaraq götürülüb.
18.12.23, 10:18
FHN Abşeronda döyüşə yaralı silah-sursat aşkar edib
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində sursat aşkar edilməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.
Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların döyüş tətbiqinə yararlı 2 ədəd RQO əl qumbarası, 2 ədəd UDZ partladıcısı, 12 ədəd müxtəlif çaplı mərmi və 1 ədəd RDQ tüstü qumbarası olduğu müəyyən edilib.
Sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb. Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.
***
Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində əməliyyat tədbirləri keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, son 2 gün ərzində daxil olmuş məlumatlar əsasında keçirilən əməliyyatlar zamanı şəhər ərazisindən 2 ədəd “Kalaşnikov” markalı avtomat, 500-ə yaxın avtomat silahına məxsus patron götürülüb.
Bundan əlavə həmin fakt üzrə 3 ədəd daraq , 6 qumbara və 5 ov tüfəngi də aşkar edilərək götürülüb.
Faktlarla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində araşdırma aparılır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0