Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Peskov: CFE Müqaviləsi öz həyat qabiliyyətini itirib

© Sputnik / Valeriy Sharifulin / Mediabanka keçidPeskov
Peskov - Sputnik Azərbaycan, 1920, 12.04.2024
Abunə olmaq
Rusiya 1990-cı ildə imzalanan və alyansın tərkibindəki rəqib dövlətlərin sərhəd bölgələrində qoşun cəmləşdirməsini qadağan edən müqavilədən 2023-cü ildə çıxıb.
BAKI, 12 aprel — Sputnik. Avropa təhlükəsizlik sisteminin deqradasiyası strateji sabitlik sahəsində dialoq tələb edir. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Vəziyyət dəyişir, dəyişən vəziyyət yəqin ki, Avropada təhlükəsizlik sisteminin deqradasiyası ilə bağlıdır. Bunun üçün də yeni rejimlərin inkişafı üçün birgə dialoq və təhlükəsizlik və strateji sabitlik sahəsində yeni ümumi dünyagörüşü lazımdır. İndi bu dialoq, təəssüf ki, Rusiya Federasiyasının təqsiri olmadan yoxdur", - Peskov jurnalistlərə bildirib.

Peskov bildirib ki, Avropada Adi Silahlar haqqında Müqavilə (CFE) dəyişmiş geosiyasi şərait və strateji vəziyyət səbəbindən öz mövcudluq qabiliyyətini xeyli itirib.

"Ümumiyyətlə, bu sənəd (dəyişən geosiyasi şərait və strateji vəziyyət səbəbindən öz həyat qabiliyyətini əhəmiyyətli dərəcədə itirib. Ona görə də təbii ki, müqavilədə iştirakla bağlı vəziyyət dəyişir", - Peskov Türkiyənin fəaliyyətini dayandırması ilə bağlı suala cavabında deyib.

Türkiyə Avropada Adi Silahlı Qüvvələr haqqında müqavilədən (CFE) çıxıb. Sənəddə göstərilir ki, rəsmi Ankara aprelin 8-dən sonra sənədin heç bir müddəalarına əməl etməyəcək.
Qeyd edək ki, Rusiya 1990-cı ildə imzalanan və alyansın tərkibindəki rəqib dövlətlərin sərhəd bölgələrində qoşun cəmləşdirməsini qadağan edən müqavilədən 2023-cü ildə çıxıb.
Avropada adi silahlı qüvvələr haqqında Müqavilə digər bir adı ilə Avropada adi silahların məhdudlaşdırılması müqaviləsi adlanır.
"Avropada adi silahlı qüvvələrin məhdudlaşdırılması haqqında" müqavilə 1990-cı ilin noyabrın 19-da Parisdə imzalanıb və 1992-ci il noyabrın 9-da qüvvəyə minib. Postsovet məkanı ölkələri arasında Rusiya bu anlaşmanı 1992-ci ildə ratifikasiya edib. 2007-ci ilin aprelin 26-da isə Moskva AASMM-dəki iştirakına və bu müqavilənin şərtlərinə əməl olunmasına birtərəfli moratorium tətbiq etmişdir.
2023-cü il mayın 10-da Rusiya Prezidenti Vladimir Putin Avropada Adi Silahlı Qüvvələr Müqaviləsinin denonsasiyası haqqında qanunun hazırlanmasına göstəriş verib. Mayın 29-da Putin Avropada Adi Silahlı Qüvvələr haqqında Müqaviləni denonsasiya edən qanunu imzalayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0