https://sputnik.az/20240410/zaxarova-ermenistanla-azerbaycan-arasinda-yeni-gerginliyin-neden-asili-oldugunu-aciqladi-463696224.html
Paşinyan: KTMT Ermənistanda müttəfiq yox, sülhməramlı kimi iştirak etmək istəyib
Paşinyan: KTMT Ermənistanda müttəfiq yox, sülhməramlı kimi iştirak etmək istəyib
Sputnik Azərbaycan
Paşinyan KTMT-ni ittiham etdi
2024-04-10T12:00+0400
2024-04-10T12:00+0400
2024-04-10T14:10+0400
rusiya
mariya zaxarova
ermənistan
qarabağ
ktmt
nato
ursula fon der lyayen
entoni blinken
antoni blinken
nikol paşinyan
https://cdnn1.img.sputnik.az/img/07e7/04/1a/454135892_0:0:3072:1728_1920x0_80_0_0_981ca1572669ac4c1be7e1b906586b52.jpg
BAKI, 10 aprel — Sputnik. KTMT Ermənistanda (söhbət KTMT müşahidəçilərindən gedir - red.) müttəfiq yox, sülhməramlı kimi iştirak etmək istəyib.Bunu Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.O bildirib ki, bununla da Ermənistan özünün təhlükəsizlik zəmanətləri sistemindən kənarda qalacaqdı.04.04.24, 15:33Ermənistan XİN: Aİ İrəvandan KTMT-dən çıxmağı tələb etmirAvropa İttifaqı İrəvandan iqtisadi yardım müqabilində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmağı və Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə münasibətlərə yenidən baxılmasını tələb etmir. Bunu Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan bildirib."Bizə belə bir rəsmi tələb təqdim olunmayıb" – Kostanyan jurnalistlərə açıqlamasında deyib.Aprelin 3-də Avropa Komissiyasının rəsmi nümayəndəsi Erik Mamer bildirmişdi ki, aprelin 5-də Brüsseldə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin iştirakı ilə Avropa diplomatiyasının rəhbəri Cozep Borrel, ABŞ dövlət katibi Entoni Blinken və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş keçiriləcək. Onun sözlərinə görə, görüşdə Ermənistanla iqtisadi əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunacaq. Xatırladaq ki, aprelin 3-də ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Entoni Blinken aprelin 5-də ABŞ, Avropa İttifaqı və Ermənistan arasında keçiriləcək üçtərəfli görüşün Azərbaycan tərəfdə narahatlıq doğurduğuna dair xəbərlər aldığını və bu xüsusda Prezident İlham Əliyevlə danışaraq məsələyə aydınlıq gətirilməsini vacib hesab etdiyini deyib.03.04.24, 13:00Zaxarova Ermənistanla Azərbaycan arasında yeni gərginliyin nədən asılı olduğunu açıqladıErmənistanla Azərbaycan arasında yeni gərginlik yalnız rəsmi İrəvanın Aİ, ABŞ və Britaniyaya regionda və ölkədəki vəziyyətə dağıdıcı təsir göstərməsinə nə dərəcədə imkan verməsindən asılıdır. Bu barədə Rusiya XİN rəsmisi Mariya Zaxarova "Zvezda" kanalına müsahibəsində deyib. Zaxarova qeyd edib ki, Moskva bu regionda genişmiqyaslı müharibənin başlamasının qarşısını almaq üçün dəfələrlə bütün imkanlardan istifadə edib. Rusiya XİN rəsmisi deyib ki, İrəvan Qarabağla bağlı qərarları məhz NATO-nun təsiri altında qəbul edib və regionda vəziyyətin gərginləşdiyi dövrdə Moskva və KTMT-nin guya Ermənistana kömək etməməsi barədə deyilənlər yalandır. Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan KTMT ilə münasibətlərin "dondurulduğunu" elan edərək, bunu təşkilatın hansı sahədə məsuliyyət daşıması sualına Ermənistanın cavab almaması ilə izah edib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/04/1a/454135892_145:0:2876:2048_1920x0_80_0_0_6b90abee642d4b2acb463c8298931227.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
paşinyan ktmt-ni ittiham etdi müttəfiq
paşinyan ktmt-ni ittiham etdi müttəfiq
Paşinyan: KTMT Ermənistanda müttəfiq yox, sülhməramlı kimi iştirak etmək istəyib
12:00 10.04.2024 (Yenilənib: 14:10 10.04.2024) Paşinyan deyib ki, əgər Ermənistan razılaşsaydı, özünün təhlükəsizlik zəmanətləri sistemindən kənarda qalacaqdı.
BAKI, 10 aprel — Sputnik. KTMT Ermənistanda (söhbət KTMT müşahidəçilərindən gedir - red.) müttəfiq yox, sülhməramlı kimi iştirak etmək istəyib.
Bunu Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.
O bildirib ki, bununla da Ermənistan özünün təhlükəsizlik zəmanətləri sistemindən kənarda qalacaqdı.
Ermənistan XİN: Aİ İrəvandan KTMT-dən çıxmağı tələb etmir
Avropa İttifaqı İrəvandan iqtisadi yardım müqabilində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmağı və Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə münasibətlərə yenidən baxılmasını tələb etmir. Bunu Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan bildirib.
"Bizə belə bir rəsmi tələb təqdim olunmayıb" – Kostanyan jurnalistlərə açıqlamasında deyib.
Aprelin 3-də Avropa Komissiyasının rəsmi nümayəndəsi Erik Mamer bildirmişdi ki, aprelin 5-də Brüsseldə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin iştirakı ilə Avropa diplomatiyasının rəhbəri Cozep Borrel, ABŞ dövlət katibi Entoni Blinken və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş keçiriləcək. Onun sözlərinə görə, görüşdə Ermənistanla iqtisadi əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunacaq.
Xatırladaq ki, aprelin 3-də ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Entoni Blinken aprelin 5-də ABŞ, Avropa İttifaqı və Ermənistan arasında keçiriləcək üçtərəfli görüşün Azərbaycan tərəfdə narahatlıq doğurduğuna dair xəbərlər aldığını və bu xüsusda Prezident İlham Əliyevlə danışaraq məsələyə aydınlıq gətirilməsini vacib hesab etdiyini deyib.
Zaxarova Ermənistanla Azərbaycan arasında yeni gərginliyin nədən asılı olduğunu açıqladı
Ermənistanla Azərbaycan arasında yeni gərginlik yalnız rəsmi İrəvanın Aİ, ABŞ və Britaniyaya regionda və ölkədəki vəziyyətə dağıdıcı təsir göstərməsinə nə dərəcədə imkan verməsindən asılıdır. Bu barədə Rusiya XİN rəsmisi Mariya Zaxarova "Zvezda" kanalına müsahibəsində deyib.
Zaxarova qeyd edib ki, Moskva bu regionda genişmiqyaslı müharibənin başlamasının qarşısını almaq üçün dəfələrlə bütün imkanlardan istifadə edib.
Rusiya XİN rəsmisi deyib ki, İrəvan Qarabağla bağlı qərarları məhz NATO-nun təsiri altında qəbul edib və regionda vəziyyətin gərginləşdiyi dövrdə Moskva və KTMT-nin guya Ermənistana kömək etməməsi barədə deyilənlər yalandır.
Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan KTMT ilə münasibətlərin "dondurulduğunu" elan edərək, bunu təşkilatın hansı sahədə məsuliyyət daşıması sualına Ermənistanın cavab almaması ilə izah edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.