CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ailəsinin beş üzvünü öldürən Əhməd Əhmədovun məhkəməsi başlayır

© Photo : social page of Ahmed Ahmedov5 nəfəri qətlə yetirən
5 nəfəri qətlə yetirən - Sputnik Azərbaycan, 1920, 25.06.2024
Abunə olmaq
İş üzrə məhkəməyədək icraat tamamlanaraq təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqi məsələsinə baxılması üçün cinayət işi aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
BAKI, 25 iyun — Sputnik. Bakıda beş ailə üzvünü qətlə yetirməkdə ittiham olunan Əhməd Əhmədovun bu gün cinayət işi üzrə məhkəmə prosesi başlayır.
Məhkəmənin hazırlıq iclası Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçiriləcək.
İclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdiriləcək (APA).
Qeyd edək ki, Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələri ilə yekun ittiham elan olunub, barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib və Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxənası” publik hüquqi şəxsinə yerləşdirilib.
İş üzrə məhkəməyədək icraat tamamlanaraq təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqi məsələsinə baxılması üçün cinayət işi aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
12.06.24, 14:40
Beş nəfəri öldürməkdə təqsirləndirilən Əhmədin cinayət işi üzrə istintaq yekunlaşıb
Bu il fevralın 13-də 5 nəfər ailə üzvünü qəsdən öldürməkdə təqsirləndirilən 1999-cu il təvəllüdlü Əhməd Əhmədovun barəsində Xətai rayon prokurorluğunda başlanmış cinayət işi üzrə ibtidai istintaq tamamlanıb.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
Məlumatda qeyd olunub ki, istintaq zamanı təyin olunmuş kompleks məhkəmə psixiatrik və psixoloji ekspertizaların rəylərinə əsasən, təqsirləndirilən şəxs Əhməd Əhmədovun hadisə baş verən zaman anlaqsız vəziyyətdə olmasına, həmçinin, cəmiyyət üçün təhlükəli olmasına əsaslı şübhələr müəyyən edildiyindən onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə dair icraat başlanıb.
Əhməd Əhmədov 1972-ci il təvəllüdlü atası Mehman Əhmədov, 1977-ci il təvəllüdlü anası Pikə Əhmədova, 1997-ci il təvəllüdlü bacısı Elmira Əhmədova, 2021-ci il təvəllüdlü azyaşlı bacısı qızı Ülviyyə Niftəliyeva və 2015-ci il təvəllüdlü azyaşlı qardaşı Məhəmməd Əhmədovu aşkar surətdə köməksiz vəziyyətdə, xüsusi amansızlıqla qəsdən öldürməkdə təqsirləndirilərək ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələri ilə yekun ittiham elan olunub, barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib və Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxənası” publik hüquqi şəxsinə yerləşdirilib.
İş üzrə məhkəməyədək icraat tamamlanaraq təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqi məsələsinə baxılması üçün cinayət işi aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
13.05.24
İkisi azyaşlı olmaqla beş nəfər ailə üzvünü amansızlıqla öldürməkdə ittiham olunan Əhməd Əhmədovun psixoloji vəziyyəti ilə bağlı yekun ekspertiza rəyi açıqlanıb. Baş Prokurorluqdan Sputnik Azərbaycan-a daxil olmuş məlumatda bildirilir ki, cari il fevral ayının 13-də bir ailənin 5 nəfər üzvünün qəsdən öldürülməsinə dair Xətai rayon prokurorluğunda istintaq edilən cinayət işi üzrə təqsirləndirilən şəxs Əhməd Əhmədovun barəsində təyin olunmuş təkrar komission məhkəmə-psixiatrik ekspertizasının rəyinə əsasən, o cinayət əməlini törədən zaman anlaqsız vəziyyətdə olub.
Cinayət işi üzrə toplanmış sübutlar, o cümlədən ilkin və təkrar komission məhkəmə-psixiatrik ekspertizasının rəyləri nəzərə alınaraq təqsirləndirilən şəxs Ə.Əhmədovun cəmiyyət üçün təhlükəli olması müəyyən edildiyindən onun barəsində Xətai rayon prokurorluğunda tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə icraatın başlanması haqqında qərar qəbul olunub. İbtidai istintaq davam etdirilir.
Qeyd edək ki, fevral ayının 13-də 5 nəfər ailə üzvünün qəsdən öldürülməsinə dair Xətai Rayon Prokurorluğunda istintaq edilən cinayət işi üzrə təqsirləndirilən şəxs Əhməd Əhmədovun barəsində təyin olunmuş komission məhkəmə-psixiatrik ekspertizasının 4 aprel 2024-cü il tarixli rəyinə əsasən, o cinayət əməlini törədən zaman anlaqsız vəziyyətdə olub. İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxs Ə.Əhmədovun cinayətin törədildiyi anda psixi vəziyyətinin yenidən müayinə olunması üçün 5 aprel 2024-cü il tarixdə təkrar komission məhkəmə-psixiatrik ekspertizası təyin olunub və o, məhkəmənin qərarı ilə tibb müəssisəsinə yerləşdirilib.
Xatırladaq ki, bu il fevralın 13-də 1999-cu il təvəllüdlü Əhməd Əhmədovun aralarında yaranmış mübahisə zamanı atası - 1972-ci il təvəllüdlü Mehman Əhməd oğlu Əhmədovu, anası - 1977-ci il təvəllüdlü Pikə Bədəl qızı Əhmədovanı və qardaşı 2015-ci il təvəllüdlü Məhəmməd Mehman oğlu Əhmədovu, bundan əvvəl başqa bir ünvanda isə bacısı - 1997-ci il təvəllüdlü Elmira Əhmədovanı və onun azyaşlı qızını qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələri ilə cinayət işi başlanıb, Əhməd Əhmədov prokurorluğun qərarı ilə iş üzrə təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib.
08.04.24, 16:52
Ailəsinin 5 üzvünü amansızcasına qətlə yetirən Əhmədlə bağlı yeni xəbər var
Ailə üzvlərini qətlə yetirməkdə təqsirli bilinən Əhməd Əhmədovun barəsində keçirilən psixoloji ekspertizanın rəyi məlum olub.
APA-nın əldə etdiyi xəbərə görə, həkim-ekspertlər tərəfindən verilən rəyə əsasən, Əhməd Əhmədovun hadisəni anlaqsız törətməsi, psixi xəstəliyinin olması ilə bağlı rəy verilib.
Həmin rəy istintaq orqanına təqdim edilib.
Ə.Əhmədov hazırda 1 saylı İstintaq Təcridxanasında saxlanılır. Bir müddət əvvəl məhkəmə istintaq orqanının vəsatəti əsasında onun barəsində psixoloji ekspertizanın keçirilməsi ilə bağlı qərar qəbul edib.
Qərara əsasən, Əhməd Əhmədovun saxlandığı təcridxanadan tibbi-ekspertizadan keçirilməsi üçün ixtisaslaşmış xəstəxanaya aparılmasına icazə verilib.
Əhməd Əhmədov 20 gün müddətində stasionar qaydada ekspertizadan keçirilib.
Qeyd edək ki, bu il fevralın 13-də 1999-cu il təvəllüdlü Əhməd Əhmədovun aralarında yaranmış mübahisə zamanı atası - 1972-ci il təvəllüdlü Mehman Əhməd oğlu Əhmədovu, anası - 1977-ci il təvəllüdlü Pikə Bədəl qızı Əhmədovanı və qardaşı 2015-ci il təvəllüdlü Məhəmməd Mehman oğlu Əhmədovu, bundan əvvəl başqa bir ünvanda isə bacısı - 1997-ci il təvəllüdlü Elmira Əhmədovanı və onun azyaşlı qızını qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələrilə cinayət işi başlanıb, Əhməd Əhmədov prokurorluğun qərarı ilə iş üzrə təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib.
12.03.24
Bakıda ailəsinin 5 üzvünü vəhşicəsinə qətlə yetirməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Əhməd Əhmədovun bu hadisədən əvvəl adam bıçaqlaması öz təsdiqini tapmayıb.
Bunu Sputnik Azərbaycan-a açıqlamasında Əhməd Əhmədovun vəkili Sevdiyar Bayramov deyib. O, Əhmədin əvvəl də adam bıçaqlaması barədə məlumatın yalan olduğunu, onun əvvəllər buna görə cinayət məsuliyyətinə cəlb olunmadığını söyləyib.
Qeyd edək ki, Bakıda ailəsinin 5 üzvünü amansızlıqla qətlə yetirməkdə şübhəli bilinən Əhməd Əhmədovun illər öncə, 17 yaşında olarkən öz həmyaşıdı olan idmançıya çoxsaylı bıçaq xəsarətləri yetirdiyi barədə məlumat yayılmışdı. Xatırladaq ki, fevralın 13-də 1999-cu il təvəllüdlü Əhməd Əhmədovun aralarında yaranmış mübahisə zamanı ata, ana və azyaşlı qardaşını, bundan əvvəl başqa bir ünvanda isə bacısı - 1997-ci il təvəllüdlü Elmira Əhmədovanı və onun azyaşlı qızını qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələrilə cinayət işi başlanıb, Əhməd Əhmədov prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub. Onun barəsində Xətai Rayon Məhkəməsində dörd ay müddətində həbs qətimkan tədbirinin seçilməsi barədə qərar qəbul olunub.
Fevralın 22-də Xətai rayon Məhkəməsində hakim Rafael Sadıxovun sədrliyi ilə keçirilən prosesdə Əhməd Əhmədovun Respublika Psixiatriya Xəstəxanasına köçürülməsi barədə qərar qəbul olunub.
22.02.24, 16:18
Ailəsinin 5 üzvünü qətlə yetirən Əhməd Əhmədov Psixiatriya Xəstəxanasına köçürüləcək
Bakıda ailəsinin 5 üzvünü amansızlıqla qətlə yetirməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Əhməd Əhmədovun tibbi-psixi ekspertizanın keçirilməsi ilə bağlı müstəntiqin vəsatətinə, prokurorun təqdimatına baxılıb.
Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, bu gün Xətai rayon Məhkəməsində hakim Rafael Sadıxovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, vəsatət və təqdimat təmin olunub, Əhməd Əhmədovun barəsində tibbi-psixi ekspertiza keçiriləcək.
Bu səbəbdən yaxın günlərdə Əhməd Əhmədov Respublika Psixiatriya Xəstəxanasına köçürüləcək və müşahidə altında saxlanılacaq. Müşahidələr zamanı onun anlaqlı olub-olmadığı ilə bağlı rəy formalaşdırılacaq.
Xatırladaq ki, ötən gün Qafqazinfo.az saytı Əhməd Əhmədovun Respublika Psixiatriya Xəstəxanasına köçürüldüyü ilə bağlı məlumat yayıb.
Qeyd edək ki, fevralın 13-də 1999-cu il təvəllüdlü Əhməd Əhmədovun aralarında yaranmış mübahisə zamanı ata, ana və azyaşlı qardaşını, bundan əvvəl başqa bir ünvanda isə bacısı - 1997-ci il təvəllüdlü Elmira Əhmədovanı və onun azyaşlı qızını qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələrilə cinayət işi başlanıb, Əhməd Əhmədov prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub. Onun barəsində Xətai Rayon Məhkəməsində dörd ay müddətində həbs qətimkan tədbirinin seçilməsi barədə qərar qəbul olunub.
Xəbər lenti
0