https://sputnik.az/20240407/anons-cenubi-qafqazda-aktual-prosesler-fonunda-regional-tehlukesizliyin-perspektivleri-463771809.html
Cənubi Qafqazda aktual proseslər fonunda regional təhlükəsizliyin perspektivləri
Cənubi Qafqazda aktual proseslər fonunda regional təhlükəsizliyin perspektivləri
Sputnik Azərbaycan
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində Ermənistanın Qərblə yaxınlaşmasının regional təhlükəsizlik sistemi üçün yaratdığı mümkün risklərmüzakirə... 07.04.2024, Sputnik Azərbaycan
2024-04-07T10:24+0400
2024-04-07T10:24+0400
2024-07-09T19:59+0400
cənubi qafqaz
mətbuat mərkəzi
ermənistan
nikol paşinyan
https://cdnn1.img.sputnik.az/img/07e7/09/1a/458996555_0:160:3072:1888_1920x0_80_0_0_fb5c77bfb2826519cf3ad2364eef5431.jpg
BAKI, 7 aprel — Sputnik. Brüsseldə aprelin 5-də Ermənistanın Baş naziri Nikol Paşinyan ilə ABŞ və Avropa İttifaqı (Aİ) liderləri arasında görüş keçirilib. Bu görüşün nəticələri təkcə Ermənistanın əsas müttəfiqi olan Moskvada deyil, Azərbaycanda, İranda, hətta Türkiyədə də təşvişlə qarşılanır. Məhz bu ölkələr regional təhlükəsizlik sisteminin iştirakçılarıdır. Brüssel görüşü ərəfəsində Azərbaycan-Ermənistan sərhədində artan gərginlik müşahidə olunub. Xüsusilə, aprelin 2-də Azərbaycan Müdafiə Nazirliyi sərhəddə gecə saatlarında atışma ilə bağlı məlumat yayıb və Ermənistan ordusunun Naxçıvan istiqamətində atıcı silahlardan istifadə etməklə təxribat törətdiyini bəyan edib. Bu da regional məsələlərdə gərginliyin artmasından xəbər verir. Ermənistanın Qərblə yaxınlaşmasının regional təhlükəsizlik sistemi üçün yaratdığı mümkün risklər və görüşün Azərbaycan və Ermənistan arasındakı sülh prosesinə təsiri haqqında aprelin 8-də, saat 15:00-da Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində videokörpü zamanı müzakirə olunacaq: Bakıda: - Sosial Araşdırmalar Mərkəzinin sektor müdiri, politoloq İlyas Hüseynov; Moskvada: - Dövlət İdarəetmə Universitetinin YUNESKO-nun əməkdaşı, politoloq Fərhad İbrahimov. Əlaqə: Telefonlar: 404-13-84/85 Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzinin ünvanı: Mətbuat pr., məh.529, bina 23, mərt.4.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/09/1a/458996555_171:0:2902:2048_1920x0_80_0_0_fb81f07492397a4864cbd4ab87749ed1.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
cənubi qafqaz, ermənistan, nikol paşinyan
cənubi qafqaz, ermənistan, nikol paşinyan
Cənubi Qafqazda aktual proseslər fonunda regional təhlükəsizliyin perspektivləri
10:24 07.04.2024 (Yenilənib: 19:59 09.07.2024) Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində Ermənistanın Qərblə yaxınlaşmasının regional təhlükəsizlik sistemi üçün yaratdığı mümkün risklərmüzakirə olunacaq.
BAKI, 7 aprel — Sputnik. Brüsseldə aprelin 5-də Ermənistanın Baş naziri Nikol Paşinyan ilə ABŞ və Avropa İttifaqı (Aİ) liderləri arasında görüş keçirilib. Bu görüşün nəticələri təkcə Ermənistanın əsas müttəfiqi olan Moskvada deyil, Azərbaycanda, İranda, hətta Türkiyədə də təşvişlə qarşılanır. Məhz bu ölkələr regional təhlükəsizlik sisteminin iştirakçılarıdır.
Brüssel görüşü ərəfəsində Azərbaycan-Ermənistan sərhədində artan gərginlik müşahidə olunub. Xüsusilə, aprelin 2-də Azərbaycan Müdafiə Nazirliyi sərhəddə gecə saatlarında atışma ilə bağlı məlumat yayıb və Ermənistan ordusunun Naxçıvan istiqamətində atıcı silahlardan istifadə etməklə təxribat törətdiyini bəyan edib. Bu da regional məsələlərdə gərginliyin artmasından xəbər verir.
Ermənistanın Qərblə yaxınlaşmasının regional təhlükəsizlik sistemi üçün yaratdığı mümkün risklər və görüşün Azərbaycan və Ermənistan arasındakı sülh prosesinə təsiri haqqında aprelin 8-də, saat 15:00-da Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində videokörpü zamanı müzakirə olunacaq:
- Sosial Araşdırmalar Mərkəzinin sektor müdiri, politoloq İlyas Hüseynov;
- Dövlət İdarəetmə Universitetinin YUNESKO-nun əməkdaşı, politoloq Fərhad İbrahimov.
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzinin ünvanı: Mətbuat pr., məh.529, bina 23, mərt.4.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.