https://sputnik.az/20240406/ermenistan-kutlevi-defn-yerleri-barede-melumatlari-teqdim-etmekden-yayinir---ombudsman--463786715.html
Ermənistan kütləvi dəfn yerləri barədə məlumatları təqdim etməkdən yayınır - Ombudsman
Ermənistan kütləvi dəfn yerləri barədə məlumatları təqdim etməkdən yayınır - Ombudsman
Sputnik Azərbaycan
Ombudsman Xocalıda məzarlıqdan tapılmış qalıqları Ermənistanın müharibə cinayətlərinin sübutud adlandırıb. 06.04.2024, Sputnik Azərbaycan
2024-04-06T19:14+0400
2024-04-06T19:14+0400
2024-04-06T19:14+0400
qarabağ
ombudsman aparatı
xocalı
qalıqlar
ermənistan
cinayət
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/11/425747701_0:185:3072:1913_1920x0_80_0_0_65d3390ca5398f2a04ddda39c09e3c2a.jpg
BAKI, 6 aprel - Sputnik. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistan tərəfindən insanlıq əleyhinə törədilmiş cinayətlərlə bağlı növbəti faktların ortaya çıxması məsələsinə münasibət bildirib.Bu barədə Ombudsman Aparatından məlumat verilib.Məlumatda bildirilib ki, 1992-ci il fevral ayında Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş Xocalı soyqırımı zamanı itkin düşmüş, yaxın günlərdə şəxsiyyəti müəyyənləşmiş iki nəfər - Bəsirə Məhərrəmova və Vaqif Məhərrəmov bu gün dəfn ediliblər.Ombudsman bir daha xatırladıb ki, beynəlxalq hüququn normalarını kobudcasına pozan Ermənistan tərəfi 30 ilə yaxın müddət ərzində 4000-ə yaxın azərbaycanlı itkinin ailəsini məlumat almaq hüququndan məhrum edib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/11/425747701_341:0:3072:2048_1920x0_80_0_0_80d0818f9a07f9767a2c4d776c5bd59d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ombudsman aparatı, xocalı, qalıqlar, ermənistan, cinayət
ombudsman aparatı, xocalı, qalıqlar, ermənistan, cinayət
Ermənistan kütləvi dəfn yerləri barədə məlumatları təqdim etməkdən yayınır - Ombudsman
Ombudsman Xocalıda məzarlıqdan tapılmış qalıqları Ermənistanın müharibə cinayətlərinin sübutud adlandırıb.
BAKI, 6 aprel - Sputnik. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistan tərəfindən insanlıq əleyhinə törədilmiş cinayətlərlə bağlı növbəti faktların ortaya çıxması məsələsinə münasibət bildirib.
Bu barədə Ombudsman Aparatından məlumat verilib.
Məlumatda bildirilib ki, 1992-ci il fevral ayında Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş Xocalı soyqırımı zamanı itkin düşmüş, yaxın günlərdə şəxsiyyəti müəyyənləşmiş iki nəfər - Bəsirə Məhərrəmova və Vaqif Məhərrəmov bu gün dəfn ediliblər.
“Ayrı-seçkiliyin, etnik təmizləmənin qurbanı olmuş bir ailənin üzvlərinin qalıqları 32 il sonra Xocalı rayonu ərazisində aşkarlanmış məzarlıqdan tapılıb. Bu fakt Ermənistanın törətdiyi müharibə cinayətlərini, habelə beynəlxalq humanitar hüquq normalarını pozduğunu növbəti dəfə sübut edir", - açıqlamada bildirilir.
Ombudsman bir daha xatırladıb ki, beynəlxalq hüququn normalarını kobudcasına pozan Ermənistan tərəfi 30 ilə yaxın müddət ərzində 4000-ə yaxın azərbaycanlı itkinin ailəsini məlumat almaq hüququndan məhrum edib.
"Eyni zamanda, bu günədək kütləvi dəfn yerləri barədə məlumatları Azərbaycana təqdim etməkdən yayınıb”, - deyə açıqlamada qeyd olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.