https://sputnik.az/20240406/daha-bir-prospektde-avtobus-ve-velosiped-zolaqlari-teskil-edilecek-463778956.html
Daha bir prospektdə avtobus və velosiped zolaqları təşkil ediləcək
Daha bir prospektdə avtobus və velosiped zolaqları təşkil ediləcək
Sputnik Azərbaycan
Layihədə tətbiq olunacaq yanaşma Nəqliyyatı Əlaqələndirmə Şurasında aidiyyəti qurumların iştirakı ilə razılaşdırılıb. 06.04.2024, Sputnik Azərbaycan
2024-04-06T23:11+0400
2024-04-06T23:11+0400
2024-04-06T23:11+0400
zolaq
paytaxt xəbərləri
velosiped
yerüstü nəqliyyat agentliyi
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/1b/447942916_0:120:1280:840_1920x0_80_0_0_744e76d8d08f7f5829192cff6059d5e3.jpg
BAKI, 6 aprel — Sputnik. 8 Noyabr prospektində yenidənqurma işləri çərçivəsində yol hərəkəti təhlükəsizliyi səviyyəsinin və mobilliyin artırılması məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən yeni layihə hazırlanaraq Nəqliyyatı Əlaqələndirmə Şurasına təqdim edilib. Layihədə tətbiq olunacaq yanaşma Nəqliyyatı Əlaqələndirmə Şurasında aidiyyəti qurumların iştirakı ilə razılaşdırılıb. Beləliklə, görülən işlər çərçivəsində 8 Noyabr prospektində: 8 Noyabr prospektində xüsusi avtobus zolağı daha çox sərnişinin daşınmasına imkan yaradacaq. Zolağın təşkili ilə avtobusların orta hərəkət sürəti artacaq, sərnişinlərin səfər müddəti isə azalacaq. Qeyd edək ki, ictimai nəqliyyat hərəkət cədvəlinə uyğun fəaliyyət göstərir, onun tıxacda qalması və ləngiməsi bütün xətt boyunca intervalların pozulmasına gətirib çıxarır. Buna görə də avtobus üstünlüyünün təmin edilməsi məhz tıxac olan küçələrdə lazımdır. 8 Noyabr prospektində nəqliyyat vasitələrinin hərəkət istiqamətində, prospektin sağ və sol kənarlarında ümumi uzunluğu 10 km-ə yaxın velosiped yolları da salınacaq. Sözügedən velosiped yolları "bufer zona"lar vasitəsilə yolun nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hissəsindən ayrılacaq. İşlər yekunlaşdıqdan sonra 8 Noyabr prospektinin kənarlarında yerləşən yaşayış sahələri, sonda isə Xətai rayonunda yerləşən Polad Həşimov qəsəbəsi şəhər mərkəzi ilə əlaqələndiriləcək. Həmin yaşayış sahələrinin sakinlərinin mikromobillik zolaqlarına əlçatanlığı təmin ediləcək. Növbəti mərhələlərdə isə həmin velosiped yolları şəhər mərkəzindəki mikromobillik zolaqları ilə əlaqələndiriləcək. Qeyd edək ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Bakı şəhərində velosiped yollarının salınması istiqamətində hazırlanmış layihənin icrasına başlanılıb. Layihənin ilkin mərhələsi Bakı şəhərinin əsasən mərkəzi hissələrini – İstiqlaliyyət küçəsi, Azərbaycan prospekti, Mirzəağa Əliyev küçəsi, Bülbül prospekti, Fikrət Əmirov küçəsi və Bulvar ərazisini əhatə edəcək. Mərhələli şəkildə digər küçələrdə də bu tip velosiped zolaqları salınaraq davamlılıq təmin ediləcək. Artıq müvafiq nişanlanma işlərinə başlanılıb. Növbəti mərhələdə yol nişanları, eyni zamanda avtomobillərlə yarana biləcək münaqişəli nöqtələrin aradan qaldırılması üçün təhlükəsizlik sədləri quraşdırılacaq.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/1b/447942916_0:0:1280:960_1920x0_80_0_0_9cb3e98d1ff9ed616c460e3f0fc88422.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
zolaq, velosiped, yerüstü nəqliyyat agentliyi
zolaq, velosiped, yerüstü nəqliyyat agentliyi
Daha bir prospektdə avtobus və velosiped zolaqları təşkil ediləcək
Layihədə tətbiq olunacaq yanaşma Nəqliyyatı Əlaqələndirmə Şurasında aidiyyəti qurumların iştirakı ilə razılaşdırılıb.
BAKI, 6 aprel — Sputnik. 8 Noyabr prospektində yenidənqurma işləri çərçivəsində yol hərəkəti təhlükəsizliyi səviyyəsinin və mobilliyin artırılması məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən yeni layihə hazırlanaraq Nəqliyyatı Əlaqələndirmə Şurasına təqdim edilib.
Layihədə tətbiq olunacaq yanaşma Nəqliyyatı Əlaqələndirmə Şurasında aidiyyəti qurumların iştirakı ilə razılaşdırılıb.
Beləliklə, görülən işlər çərçivəsində 8 Noyabr prospektində:
avtobus zolaqları təşkil ediləcək;
ayrılmış velosiped zolaqları salınacaq;
işıqlandırma səviyyəsi yaxşılaşdırılacaq;
bufer zona tətbiq ediləcək;
hərəkət zolaqlarının sayı eyni saxlanılacaq.
8 Noyabr prospektində xüsusi avtobus zolağı daha çox sərnişinin daşınmasına imkan yaradacaq. Zolağın təşkili ilə avtobusların orta hərəkət sürəti artacaq, sərnişinlərin səfər müddəti isə azalacaq.
Qeyd edək ki, ictimai nəqliyyat hərəkət cədvəlinə uyğun fəaliyyət göstərir, onun tıxacda qalması və ləngiməsi bütün xətt boyunca intervalların pozulmasına gətirib çıxarır. Buna görə də avtobus üstünlüyünün təmin edilməsi məhz tıxac olan küçələrdə lazımdır.
8 Noyabr prospektində nəqliyyat vasitələrinin hərəkət istiqamətində, prospektin sağ və sol kənarlarında ümumi uzunluğu 10 km-ə yaxın velosiped yolları da salınacaq. Sözügedən velosiped yolları "bufer zona"lar vasitəsilə yolun nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hissəsindən ayrılacaq. İşlər yekunlaşdıqdan sonra 8 Noyabr prospektinin kənarlarında yerləşən yaşayış sahələri, sonda isə Xətai rayonunda yerləşən Polad Həşimov qəsəbəsi şəhər mərkəzi ilə əlaqələndiriləcək. Həmin yaşayış sahələrinin sakinlərinin mikromobillik zolaqlarına əlçatanlığı təmin ediləcək. Növbəti mərhələlərdə isə həmin velosiped yolları şəhər mərkəzindəki mikromobillik zolaqları ilə əlaqələndiriləcək.
Qeyd edək ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Bakı şəhərində velosiped yollarının salınması istiqamətində hazırlanmış layihənin icrasına başlanılıb. Layihənin ilkin mərhələsi Bakı şəhərinin əsasən mərkəzi hissələrini – İstiqlaliyyət küçəsi, Azərbaycan prospekti, Mirzəağa Əliyev küçəsi, Bülbül prospekti, Fikrət Əmirov küçəsi və Bulvar ərazisini əhatə edəcək. Mərhələli şəkildə digər küçələrdə də bu tip velosiped zolaqları salınaraq davamlılıq təmin ediləcək. Artıq müvafiq nişanlanma işlərinə başlanılıb. Növbəti mərhələdə yol nişanları, eyni zamanda avtomobillərlə yarana biləcək münaqişəli nöqtələrin aradan qaldırılması üçün təhlükəsizlik sədləri quraşdırılacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.