Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Binalarda reklam yerləşdirmənin yeni qaydaları təklif olunur

© Sputnik / Anar MustafayevReklam üçün yer
Reklam üçün yer - Sputnik Azərbaycan, 1920, 06.04.2024
Abunə olmaq
Azərbaycan Dövlət Reklam Agentliyindən Sputnik Azərbaycan-a bildiriblər ki, reklam qurğusunun lociya, balkon və eyvanlarda yerləşdirilməsinə icazə verilmir.
BAKI, 6 aprel — Sputnik. Binalarda reklam yerləşdirmənin yeni qaydaları təklif olunur. Azərbaycan Dövlət Reklam Agentliyindən Sputnik Azərbaycan-a bildiriblər ki, reklam qurğusunun lociya, balkon və eyvanlarda yerləşdirilməsinə icazə verilmir:

"Sahibkarlar binaların yuxarı qatlarında hər hansı obyekt icarələyərkən bunu nəzərə almalıdırlar. Bu zaman sahibkarlar özlərinin tanıtım reklam lövhələrini binanin giriş hissəsində ardıcıl olaraq alt-alta yerləşdirə bilərlər", - qurumun məlumatında deyilir.

Qeyd edək ki, açıq məklanda reklam yerləşdirməzdən əvvəl Azərbaycan Dövlət Reklam Agentliyindən icazə alınmalıdır. İcazə sənədi olmadan yayımlanan reklamlara görə iş adamları 300 manatdan 10000 manatadək cərimələnə bilərlər.
Xatırladaq ki, Azərbaycan Dövlət Reklam Agentliyi Prezidentin 20 iyun 2017-ci ildə 1472 nömrəli Fərmanı ilə publik-hüquqi şəxs olaraq yaradılıb. Açıq məkanda reklam daşıyıcılarının yerləşdirilməsi, onlar üzərindəki reklamların hazırlanması və yayımlanması sahəsində vahid tənzimləməni və nəzarəti həyata keçirən qurumdur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0