Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Bakıda casusluqda ittiham olunan Fransa vətəndaşının həbs müddəti uzadılıb

© iStock.com / vladansАрест
Арест - Sputnik Azərbaycan, 1920, 05.04.2024
Abunə olmaq
Martin Ryan ötən il dekabrın 4-də Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən Bakıda saxlanıb.
BAKI, 2 aprel - Sputnik. Bakıda casusluqda ittiham olunan Fransa vətəndaşı Martin Ryanın barəsində həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsinin vəsatətinə baxılıb.
APA xəbər verir ki, Səbail rayon Məhkəməsində keçirilən prosesdə vəsatət təmin edilib və Martin Ryanın barəsində həbs müddəti daha 4 ay uzadılıb.
Qeyd edək ki, Martin Ryan ötən il dekabrın 4-də Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən Bakıda saxlanıb.
Cinayət işi üzrə aparılan araşdırmalar nəticəsində Fransa Səfirliyinin iki əməkdaşı diplomatik statuslarına uyğun olmayan və “Diplomatik əlaqələr haqqında” 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətlərinə görə “persona-non-grata” (arzuolunmaz şəxs) elan olunaraq ölkəni tərk edib. İş üzrə Fransa kəşfiyyatının geniş casus şəbəkəsi, o cümlədən mötəbər beynəlxalq təşkilatlara nüfuz etdirilmiş nümayəndələri ifşa olunub.
Fransa xüsusi xidmət orqanlarına qarşı qalmaqalı böyüyən işlə bağlı bir neçə gün əvvəl “France Presse” agentliyinə açıqlama verən Martin Ryanın atası Riçard Ryan baş verənlərdə Fransa Kəşfiyyatını günahlandırıb.
02.04.24
Metro qatarlarının dayandığı depoya gizlincə daxil olub bir neçə vaqonu boyayaraq əmlaka qəsdən ziyan vuran Fransa vətəndaşı həbs edilib.
DİN-in Mətbuat Xidmətindən bildirilib ki, araşdırmalarla Avstraliya İttifaqının vətəndaşı P.Han Paul, Yeni Zelandiya vətəndaşı İsmael De Saint Quent və Fransa Respublikasının vətəndaşı Clerc Theqo Huqo 30 mart 2024-cü il gecə saatlarında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinə məxsus depoya qanunsuz daxil olaraq qəsdən dövlət əmlakına ziyan vurmalarına dair şübhələr müəyyən edilib.
Əməldə cinayət tərkibi yarandığından Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə polis idarəsində fakta görə başlanmış cinayət işi üzrə Fransa Respublikasının vətəndaşı Clerc Theqo Huqo məhkəmənin qərarı ilə 3 ay müddətinə həbs, digərləri barəsində həbslə əlaqədar olmayan qətimkan tədbirləri seçilib.
Cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
30.03.24
Bakı metropolitenin deposuna daxil olan 3 xarici ölkə vətəndaşının saxlanılması barədə məlumatlar yayılıb.
Bu barədə DİN-in Mətbuat Xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, turist kimi ölkəmizdə olan Avstraliya, Yeni Zellandiya və Fransa vətəndaşları qatarların dayandığı depoya gizli daxil olaraq, bir neçə vaqonu boya ilə yazaraq əmlaka qəsdən ziyan vurublar. Həmin şəxslər polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.
Araşdırmalarla dəyən ziyanın miqdarı 4850 manat müəyyən edilib. Qanunvericiliyə uyğun olaraq dövlət əmlakını qəsdən zədələyən həmin şəxslər müvafiq məhkəməyə çıxarılacaq.
Xəbər lenti
0