https://sputnik.az/20240404/rusiya-bas-prokurorlugu-toredilen-terror-aktlari-ile-bagli-abs-ve-a-ye-sorgular-gonderib-463728535.html
Rusiya Baş Prokurorluğu törədilən terror aktları ilə bağlı ABŞ və Aİ-yə sorğular göndərib
Rusiya Baş Prokurorluğu törədilən terror aktları ilə bağlı ABŞ və Aİ-yə sorğular göndərib
Sputnik Azərbaycan
Rusiyanın baş prokuroru İqor Krasnov bildirib ki, "Şimal axını"nın bombalanması təxribat deyil, terror aktıdır. 04.04.2024, Sputnik Azərbaycan
2024-04-04T21:47+0400
2024-04-04T21:47+0400
2024-04-04T21:47+0400
rusiya
baş prokurorluq
terrorizm
"şimal axını-2"
https://cdnn1.img.sputnik.az/img/07e6/09/1c/446814627_0:25:1146:670_1920x0_80_0_0_a1070c553465863a1d28018afd12c106.jpg
BAKI, 4 aprel — Sputnik. Rusiya Baş Prokurorluğu Rusiya Federasiyasına qarşı terror aktları ilə bağlı ABŞ, Almaniya, Fransa və Kiprə sorğular göndərib. Bu barədə prokurorluğun mətbuat xidməti xəbər verib. Nəzarət şöbəsi deputatların Rusiya Federasiyası ərazisində bir sıra terror aktlarının təşkilində və maliyyələşdirilməsində, habelə "Şimal axını 1" və "Şimal axını 2" qaz kəmərlərinin bombalanmasında iştirakı ilə bağlı müraciətlərinə baxıb. Rusiya Baş Prokurorluğu 1999-cu il Terrorizmin Maliyyələşdirilməsinə qarşı Mübarizə Beynəlxalq Konvensiyası və 1997-ci il Bomba Terrorizminə qarşı Mübarizə Beynəlxalq Konvensiyası ilə onlara həvalə edilmiş məlumatların araşdırılması və verilməsi üzrə öhdəliklərin icrası zamanı xarici tərəfdaşların vicdanına ümid etdiklərini bildiriblər. Həmçinin idarə xarici həmkarlarını Moskva ilə qarşılıqlı əlaqədə siyasi xarakteri istisna etməyə çağırıb. Bundan əvvəl Rusiyanın baş prokuroru İqor Krasnov bildirib ki, "Şimal axını"nın bombalanması təxribat deyil, terror aktıdır. Krasnovun sözlərinə görə, 2022-ci ilin oktyabr ayından etibarən Moskva Almaniya, Danimarka, Finlandiya, İsveçrə və İsveçə hüquqi yardım üçün 15 sorğu göndərib, lakin Kopenhagendən yalnız rəsmi cavab alıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/09/1c/446814627_111:0:1036:694_1920x0_80_0_0_faf9163b8459197ed0428bd72ce4853c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
baş prokurorluq, terrorizm, "şimal axını-2"
baş prokurorluq, terrorizm, "şimal axını-2"
Rusiya Baş Prokurorluğu törədilən terror aktları ilə bağlı ABŞ və Aİ-yə sorğular göndərib
Rusiyanın baş prokuroru İqor Krasnov bildirib ki, "Şimal axını"nın bombalanması təxribat deyil, terror aktıdır.
BAKI, 4 aprel — Sputnik. Rusiya Baş Prokurorluğu Rusiya Federasiyasına qarşı terror aktları ilə bağlı ABŞ, Almaniya, Fransa və Kiprə sorğular göndərib.
Bu barədə prokurorluğun mətbuat xidməti xəbər verib.
Nəzarət şöbəsi deputatların Rusiya Federasiyası ərazisində bir sıra terror aktlarının təşkilində və maliyyələşdirilməsində, habelə "Şimal axını 1" və "Şimal axını 2" qaz kəmərlərinin bombalanmasında iştirakı ilə bağlı müraciətlərinə baxıb.
Rusiya Baş Prokurorluğu 1999-cu il Terrorizmin Maliyyələşdirilməsinə qarşı Mübarizə Beynəlxalq Konvensiyası və 1997-ci il Bomba Terrorizminə qarşı Mübarizə Beynəlxalq Konvensiyası ilə onlara həvalə edilmiş məlumatların araşdırılması və verilməsi üzrə öhdəliklərin icrası zamanı xarici tərəfdaşların vicdanına ümid etdiklərini bildiriblər. Həmçinin idarə xarici həmkarlarını Moskva ilə qarşılıqlı əlaqədə siyasi xarakteri istisna etməyə çağırıb.
Bundan əvvəl Rusiyanın baş prokuroru İqor Krasnov bildirib ki, "Şimal axını"nın bombalanması təxribat deyil, terror aktıdır.
Krasnovun sözlərinə görə, 2022-ci ilin oktyabr ayından etibarən Moskva Almaniya, Danimarka, Finlandiya, İsveçrə və İsveçə hüquqi yardım üçün 15 sorğu göndərib, lakin Kopenhagendən yalnız rəsmi cavab alıb.