Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Mişustin Rusiyanın ərzaq təhlükəsizliyi barədə: Taxılda rekordu vurduq

© Sputnik / Aleksandr Astafev / Mediabanka keçidRusiyanın baş naziri Mixail Mişustin
Rusiyanın baş naziri Mixail Mişustin - Sputnik Azərbaycan, 1920, 04.04.2024
Abunə olmaq
Rusiya lideri Vladimir Putin bir müddət əvvəl 2024-cü ildə Rusiyada taxıl yığımının 143-147 milyon tona çata biləcəyini demişdi.
BAKI, 4 aprel — Sputnik. 2023-cü ildə Rusiya rekord taxıl məhsulu yığılıb.
Bu barədə Rusiyanın baş naziri Mixail Mişustin Dumada illik məruzə ilə çıxış edərkən bildirib.
Mişustin qeyd edib ki, ötən il hökumət əsas diqqəti tədarük yönlü iqtisadiyyatın qurulmasına yönəldib. O, bu məqsəd üçün ərzaq təhlükəsizliyinin vacib olduğunu vurğulayıb.
Baş nazirin sözlərinə görə, kənd təsərrüfatına kömək üçün 500 milyard rubldan çox vəsait ayrılıb və 500 min hektardan çox torpaq dövriyyədədir.
Bundan əlavə, kənd təsərrüfatı maşınlarının istehsalı 8 faizdən çox, qida sənayesi üçün maşın və avadanlıqların istehsalı isə 40 faizə yaxın artıb.
Xatırladaq ki, Rusiya lideri Vladimir Putin bir müddət əvvəl 2024-cü ildə Rusiyada taxıl yığımının 143-147 milyon tona çata biləcəyini demişdi.
Xəbər lenti
0