Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Kreml prezidentin saytında Putinin bioqrafiyasını yeniləyəcək

© Sputnik / Сергей Бобылев / POOL / Mediabanka keçidVladimir Putin
Vladimir Putin - Sputnik Azərbaycan, 1920, 04.04.2024
Abunə olmaq
Bu səhifədə prezidentin ətraflı tərcümeyi-halı - həm şəxsi, həm də peşəkar tərcümeyi-halı təqdim olunur. Putinin yüksək postda olduğu dövrdə ölkənin həyatında baş verən əsas hadisələr göstərilir.
BAKI, 4 aprel — Sputnik. Kreml rəsmi portalda dövlət başçısının tərcümeyi-halı bölməsini yeniləyəcək və onu son altı ildəki məlumatlarla tamamlayacaq.
Bu barədə "TASS"a Vladimir Putinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
Bu səhifədə prezidentin ətraflı tərcümeyi-halı - həm şəxsi, həm də peşəkar tərcümeyi-halı təqdim olunur. Putinin yüksək postda olduğu dövrdə ölkənin həyatında baş verən əsas hadisələr göstərilir. Hazırda ətraflı məlumat onun 2018-ci ildə yenidən prezident seçilməsi ilə başa çatır.
"Bəli, əlbəttə ki," - o, portala son illər üçün məlumatların əlavə olunub-olunmayacağı sualına cavab verib.
Yanvar ayında Vladimir Putin Anadır ictimaiyyətinin nümayəndələri ilə görüşdə onun tərcümeyi-halının hamıya yaxşı məlum olduğunu söyləyib. Eyni zamanda, peşəkar addımlarını sadalayaraq, hamının bilmədiyi faktların adını çəkib. Belə ki, məsələn, dövlət başçısı qeyri-leqal kəşfiyyat məktəbini bitirib, iqtisad elmləri namizədi alimlik dərəcəsini müdafiə edib.
Xəbər lenti
0