Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Brüsseldə keçiriləcək "tarixi sammit" uğursuzluğa düçar olub

© Sputnik / Press service of the Ministry of Foreign Affairs of the Russian Federation / Mediabanka keçidRusiya XİN-in sözçüsü Mariya Zaxarova
Rusiya XİN-in sözçüsü Mariya Zaxarova - Sputnik Azərbaycan, 1920, 04.04.2024
Abunə olmaq
Rusiya XİN sözçüsü deyib ki, nüvə enerjisinin inkişafını səmimiyyətlə təşviq etmək istəyən hər kəs başa düşməlidir ki, bu, siyasi mülahizələrdən kənarda qalmalıdır.
BAKI, 4 aprel — Sputnik. Təşkilatçıların Belçikada keçiriləcək nüvə enerjisi sammitinə Rusiya və İranı dəvət etməmək qərarı onun uğursuzluğunu əvvəlcədən müəyyən edib: nüvə enerjisi siyasi konyukturadan kənarda qalmalıdır. Bunu Rusiya XİN-in sözçüsü Mariya Zaxarova bildirib.
İlk Nüvə Enerjisi Sammiti 21-22 mart tarixlərində Brüsseldə baş tutub və burada əsas diqqət qalıq yanacaqdan istifadənin azaldılması, enerji təhlükəsizliyinin yaxşılaşdırılması və iqtisadi inkişafın stimullaşdırılması üçün qlobal problemlərin həllində nüvə enerjisinin roluna həsr olunub.
Zaxarova Teleqram kanalında qeyd edib ki, təşkilatçılar Brüsseldə keçirilən sammiti "qlobal" və "tarixi" adlandırıblar, eyni zamanda "qlobal səviyyədə dinc nüvə enerjisi ilə məşğul olan əsas Avrasiya dövlətləri, o cümlədən Rusiya buna dəvət olunmayıb. Diplomat nüvə proqramı bütün dünya mediasının diqqət mərkəzində olan İranın tədbirə dəvət olunmamasına da diqqət çəkib.
"Mütəxəssislər dərhal görürlər ki, "tarixi sammit" uğursuzluğa düçar olub. Bir gün əvvəl dünya mediası Brüssel sammiti nəticəsində "qlobal" sənədin - Birgə Bəyannamənin qəbul ediləcəyi barədə məlumat yayıb. Yüksək səslə verilən verilən vədlərin heç bir əhəmiyyəti olmadığı ortaya çıxdı. Press-relizdə heç bir bəyannamə qeyd olunmur, görünür, o, sadəcə mövcud deyil", - Zaxarova yazıb.
O, əlavə edib ki, nüvə enerjisinin inkişafını səmimiyyətlə təşviq etmək istəyən hər kəs başa düşməlidir ki, bu, siyasi mülahizələrdən kənarda qalmalıdır.
Zaxarova təşkilatçıların sammitin eksklüzivliyi ilə bağlı bəyanatlarını "söz oyunu" adlandırıb və bunun "kollektiv Qərb" üçün trendə çevrildiyini qeyd edib.
Xəbər lenti
0