https://sputnik.az/20240403/zaxarova-makron-kiyevi-terror-aktlari-ucun-vesaitle-temin-edir-463694105.html
Zaxarova: Makron Kiyevi terror aktları üçün vəsaitlə təmin edir
Zaxarova: Makron Kiyevi terror aktları üçün vəsaitlə təmin edir
Sputnik Azərbaycan
Fransa prezidenti "hər yarım gündən bir" fikrini dəyişir. Zaxarova əlavə edib ki, hətta Makronun yaxın ətrafı da onun nədən danışdığını başa düşə bilmir. 03.04.2024, Sputnik Azərbaycan
2024-04-03T12:47+0400
2024-04-03T12:47+0400
2024-04-03T12:47+0400
rusiya
mariya zaxarova
emmanuel makron
nato
crocus city hall
hərbi yardım
https://cdnn1.img.sputnik.az/img/07e8/03/06/463061110_0:160:3072:1888_1920x0_80_0_0_8595b7cdcd6b93a88dfa76a7feb5982f.jpg
BAKI, 3 aprel — Sputnik. Fransa lideri Emmanuel Makron Ukraynanı yeni terror aktları törətmək üçün vasitələrlə təmin etməyə davam edir. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib. Diplomat vurğulayıb ki, Fransa prezidenti "hər yarım gündən bir" fikrini dəyişir. Zaxarova əlavə edib ki, hətta Makronun yaxın ətrafı da onun nədən danışdığını başa düşə bilmir. Xatırladaq ki, Fransa lideri "Krokus Siti Holl"da baş vermiş terror aktından sonra Rusiya Federasiyasına terrorizmlə mübarizədə əməkdaşlığı gücləndirməyi təklif etmişdi. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi qeyd edib ki, bu yolda qarşılıqlı fəaliyyət çağırışı NATO-nun rusofob qanadı tərəfindən əngəllənib. Zaxarova aydınlaşdırıb ki, Şimali Atlantika Alyansındakı bu cür əhval-ruhiyyə "hakimiyyətləri Aİ-də qərarların qəbuluna təsir etmək imkanına malik olan" Vaşinqton və Londondan qaynaqlanır. Makron, həmçinin iddia edib ki, Parisin "Kiyevi dəstəkləmək üçün heç bir sərhədi və ya qırmızı xətti yoxdur". O, Qərbin quru qoşunlarının Ukraynaya göndərilməsini istisna etməyib. Zaxarova bildirib ki, Makronun Fransa hərbçilərinin Ukraynaya mümkün göndərilməsi ilə bağlı bəyanatı ölkənin müttəfiqləri tərəfindən gözlənilən parçalanmasından xəbər verir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/03/06/463061110_171:0:2902:2048_1920x0_80_0_0_041813f5350a0a2055a56b81523aaa86.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
mariya zaxarova, emmanuel makron, nato, crocus city hall , hərbi yardım
mariya zaxarova, emmanuel makron, nato, crocus city hall , hərbi yardım
Zaxarova: Makron Kiyevi terror aktları üçün vəsaitlə təmin edir
Fransa prezidenti "hər yarım gündən bir" fikrini dəyişir. Zaxarova əlavə edib ki, hətta Makronun yaxın ətrafı da onun nədən danışdığını başa düşə bilmir.
BAKI, 3 aprel — Sputnik. Fransa lideri Emmanuel Makron Ukraynanı yeni terror aktları törətmək üçün vasitələrlə təmin etməyə davam edir. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
"Əgər kimsə deyirsə ki, terrorizmlə mübarizə aparmaq lazımdır <...>, necə ola bilər ki, o, elə həmin gün və ya ertəsi gün <...> Kiyev rejiminə təkcə humanitar deyil, hərbi yardım ayrıldığını bəyan edir? Bu, artıq terror aktları törətmiş şəxslərin onları gələcəkdə də həyata keçirmək üçün texniki imkanlarla təchiz edilməsi deməkdir" - o, "Tsarqrad" telekanalına müsahibəsində bildirib.
Diplomat vurğulayıb ki, Fransa prezidenti "hər yarım gündən bir" fikrini dəyişir. Zaxarova əlavə edib ki, hətta Makronun yaxın ətrafı da onun nədən danışdığını başa düşə bilmir.
Xatırladaq ki, Fransa lideri "Krokus Siti Holl"da baş vermiş terror aktından sonra Rusiya Federasiyasına terrorizmlə mübarizədə əməkdaşlığı gücləndirməyi təklif etmişdi.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi qeyd edib ki, bu yolda qarşılıqlı fəaliyyət çağırışı NATO-nun rusofob qanadı tərəfindən əngəllənib. Zaxarova aydınlaşdırıb ki, Şimali Atlantika Alyansındakı bu cür əhval-ruhiyyə "hakimiyyətləri Aİ-də qərarların qəbuluna təsir etmək imkanına malik olan" Vaşinqton və Londondan qaynaqlanır.
Makron, həmçinin iddia edib ki, Parisin "Kiyevi dəstəkləmək üçün heç bir sərhədi və ya qırmızı xətti yoxdur". O, Qərbin quru qoşunlarının Ukraynaya göndərilməsini istisna etməyib.
Zaxarova bildirib ki, Makronun Fransa hərbçilərinin Ukraynaya mümkün göndərilməsi ilə bağlı bəyanatı ölkənin müttəfiqləri tərəfindən gözlənilən parçalanmasından xəbər verir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.