Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya dörd ölkəyə "Şimal axını" ilə bağlı sorğular göndərib

© Photo : Danish Defence"Şimal axını - 2" qaz kəmərində sızma yeri, arxiv
Şimal axını - 2 qaz kəmərində sızma yeri, arxiv - Sputnik Azərbaycan, 1920, 03.04.2024
Abunə olmaq
Dövlət Dumasının deputatları "Şimal axını" qaz kəmərlərinin bombalanmasında xaricdəki şəxslərin və strukturların mümkün iştirakını araşdırmaq üçün Baş Prokurorluqla əlaqə saxlayıblar.
BAKI, 3 aprel — Sputnik. Rusiya Baş Prokurorluğu ABŞ, Almaniya, Fransa və Kiprin səlahiyyətli orqanlarına "Şimal axını" boru kəmərlərində törədilən terror aktlarının araşdırılması üçün sorğular göndərib. Bu barədə Rusiya Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.
Bundan əvvəl Dövlət Dumasının deputatları Rusiya ərazisində bir sıra terror aktlarının təşkilində və maliyyələşdirilməsində, həmçinin "Şimal axını" qaz kəmərlərinin bombalanmasında xaricdəki şəxslərin və strukturların mümkün iştirakını araşdırmaq üçün Baş Prokurorluqla əlaqə saxlayıblar.

"Təqdim olunan materialların öyrənilməsinin nəticələrinə əsasən, onlar müvafiq sorğularla ABŞ, Almaniya, Fransa və Kiprin səlahiyyətli orqanlarına müraciət göndəriblər", - açıqlamada deyilir.

Bildirilib ki, bu ölkələrdən olan həmkarlar onların sorğularına vicdanla yanaşacaqlar və 1999-cu il Terrorçuluğun Maliyyələşdirilməsinə Qarşı Mübarizə üzrə Beynəlxalq Konvensiya Bombalı Terror Hücumlarına Qarşı Mübarizə üzrə Beynəlxalq Konvensiya ilə üzərlərinə qoyulmuş öhdəlikləri yerinə yetirəcəklər.
Rusiyadan Avropaya qaz ixrac edən iki boru kəmərində - "Şimal axını" və "Şimal axını 2"də partlayışlar 26 sentyabr 2022-ci ildə baş verib. Almaniya, Danimarka və İsveç planlı təxribatı istisna etməyiblər. "Şimal axını"nın operatoru "Nord Stream AG" bildirib ki, qaz kəmərlərinə dəyən ziyan görünməmiş dərəcədədir və təmirin müddətini hesablamaq mümkün deyil. Rusiya Baş Prokurorluğu beynəlxalq terror aktı ilə bağlı cinayət işi açıb.
"Şimal axını" qaz kəmərlərində baş verən partlayışların ildönümündə Rusiya BMT Təhlükəsizlik Şurasının brifinqi zamanı Təhlükəsizlik Şurası sədrinin məsələ ilə bağlı qərəzsiz beynəlxalq təhqiqatın aparılması zərurətindən bəhs edən bəyanat layihəsi hazırladığını elan edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0