https://sputnik.az/20240403/a-ermenistanin-anti-rusiya-isteriyasini-guclendirir---xn----463697604.html
Aİ Ermənistanın anti-Rusiya isteriyasını gücləndirir - XİN
Aİ Ermənistanın anti-Rusiya isteriyasını gücləndirir - XİN
Sputnik Azərbaycan
Mariya Zaxarova Avropa İttifaqınını Ermənistanı hərbi sənaye kompleksinə sərmayə qoymağa çağırdığına diqqət çəkib. 03.04.2024, Sputnik Azərbaycan
2024-04-03T14:38+0400
2024-04-03T14:38+0400
2024-04-03T14:38+0400
rusiya
ermənistan
mariya zaxarova
ai
https://cdnn1.img.sputnik.az/img/07e6/06/10/442992814_0:0:3029:1705_1920x0_80_0_0_f9b9e27ff8866066a92af9d87c530385.jpg
BAKI, 3 aprel - Sputnik. Aİ ölkələrinin liderləri Ermənistanda anti-Rusiya ritorikasını gücləndirir, İrəvanı hərbi sənaye kompleksinə investisiya qoymağa çağırırlar. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.Bundan əvvəl Avropa Parlamenti qətnamə qəbul edərək qeyd edib ki, əgər Ermənistan Aİ-yə namizəd statusu üçün müraciət etməkdə maraqlı olarsa və öz demokratiyasını gücləndirən ardıcıl islahatlar yolunda davam edərsə, “bu, Aİ-Ermənistan münasibətlərində transformasiyaya yol aça bilər”.Deputatlar həmçinin vurğuladılar ki, Avropa Komissiyası və Aİ Şurası “Ermənistanın Aİ ilə təkcə iqtisadi tərəfdaşlıq sahəsində deyil, həm də siyasi dialoq, insanlar arasında təmaslar, sektoral inteqrasiya və təhlükəsizlik sahəsində əməkdaşlıq”əməkdaşlığı genişləndirmək istəyini fəal şəkildə dəstəkləməlidir.Fevralın sonunda Ermənistan İrəvanın Aİ ilə münasibətləri dərinləşdirməyə və Avropa İttifaqına üzv olmaq üçün namizəd statusu almağa hazır olması ilə bağlı suala cavab verərkən bildirmişdi ki, ölkə onu maksimum təhlükəsizliyi təmin edəcək istiqamətdə hərəkət edəcək.Xatırladaq ki, Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) çağırılan Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalkoya bildirilib ki, Avropa İttifaqının (Aİ) Ermənistandakı Monitorinq Missiyası Azərbaycan əleyhinə təbliğat vasitəsi kimi geniş şəkildə sui-istifadə olunur.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/10/442992814_63:0:2794:2048_1920x0_80_0_0_8c152258515a5d03389345509452274e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ermənistan, mariya zaxarova, ai
ermənistan, mariya zaxarova, ai
Aİ Ermənistanın anti-Rusiya isteriyasını gücləndirir - XİN
Mariya Zaxarova Avropa İttifaqınını Ermənistanı hərbi sənaye kompleksinə sərmayə qoymağa çağırdığına diqqət çəkib.
BAKI, 3 aprel - Sputnik. Aİ ölkələrinin liderləri Ermənistanda anti-Rusiya ritorikasını gücləndirir, İrəvanı hərbi sənaye kompleksinə investisiya qoymağa çağırırlar. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
“Aİ-nin Ermənistandakı missiyası Qərbin səyləri ilə mahiyyətcə NATO missiyasına çevrilir, bloka müəyyən tələb nümayiş etdirmək üçün ona üzv olan ölkələrin liderləri anti-Rusiya isteriyasını qızışdırır, ölkəmizlə hərbi münaqişəyə görə, aşkar iqtisadi problemlər fonunda hərbi-sənaye kompleksinə külli miqdarda vəsait yatırmağa hazırlıqlara çağırırlar. Amma onlar (hərbi sənaye kompleksinə - red.) pul qoymurlar, Ermənistanı hərbi sənaye kompleksinə sərmayə qoymağa çağırırlar”, - Zaxarova brifinqdə qeyd edib.
Bundan əvvəl Avropa Parlamenti qətnamə qəbul edərək qeyd edib ki, əgər Ermənistan Aİ-yə namizəd statusu üçün müraciət etməkdə maraqlı olarsa və öz demokratiyasını gücləndirən ardıcıl islahatlar yolunda davam edərsə, “bu, Aİ-Ermənistan münasibətlərində transformasiyaya yol aça bilər”.
Deputatlar həmçinin vurğuladılar ki, Avropa Komissiyası və Aİ Şurası “Ermənistanın Aİ ilə təkcə iqtisadi tərəfdaşlıq sahəsində deyil, həm də siyasi dialoq, insanlar arasında təmaslar, sektoral inteqrasiya və təhlükəsizlik sahəsində əməkdaşlıq”əməkdaşlığı genişləndirmək istəyini fəal şəkildə dəstəkləməlidir.
Fevralın sonunda Ermənistan İrəvanın Aİ ilə münasibətləri dərinləşdirməyə və Avropa İttifaqına üzv olmaq üçün namizəd statusu almağa hazır olması ilə bağlı suala cavab verərkən bildirmişdi ki, ölkə onu maksimum təhlükəsizliyi təmin edəcək istiqamətdə hərəkət edəcək.
Xatırladaq ki, Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) çağırılan Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalkoya bildirilib ki, Avropa İttifaqının (Aİ) Ermənistandakı Monitorinq Missiyası Azərbaycan əleyhinə təbliğat vasitəsi kimi geniş şəkildə sui-istifadə olunur.
"Aİ-nin Ermənistandakı Monitorinq Missiyasının əldə olunmuş ilkin razılıqlara zidd olan fəaliyyəti ciddi narahatlıq doğurur. Sözügedən missiya regional sabitlik, habelə Azərbaycanla Ermənistan arasında etimad quruculuğuna töhfə vermək kimi bəyan edilmiş məqsədlərinə zidd olaraq, Azərbaycan əleyhinə təbliğat vasitəsi kimi geniş şəkildə sui-istifadə olunur", - XİN-dən vurğulanıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.