https://sputnik.az/20240402/zaxarova-svec-ucun-nato-ya-uzv-olmaq-prioritetlerde-riskli-bir-deyisiklikdir-463666500.html
Zaxarova: İsveç üçün NATO-ya üzv olmaq prioritetlərdə riskli bir dəyişiklikdir
Zaxarova: İsveç üçün NATO-ya üzv olmaq prioritetlərdə riskli bir dəyişiklikdir
Sputnik Azərbaycan
Diplomat bildirib ki, İsveç xalqının ölkənin NATO-ya üzv olmasına ümumiyyətlə ehtiyacı yoxdur. 02.04.2024, Sputnik Azərbaycan
2024-04-02T21:17+0400
2024-04-02T21:17+0400
2024-04-02T21:17+0400
mariya zaxarova
rusiya
isveç
nato
nato
telegram
mariya zaxarova
rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova
moskva
moskva
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/16/460781591_0:0:2966:1668_1920x0_80_0_0_58323b1e62f82612941cfdbf2a2f472e.jpg
BAKI, 2 aprel — Sputnik. İsveç üçün NATO-ya üzv olmaq prioritetlərdə riskli və baha başa gələn dəyişiklikdir, ölkə vətəndaşlarının buna heç ehtiyacı yoxdur. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova "Telegram" kanalında yazıb. Diplomat bildirib ki, İsveç xalqının ümumiyyətlə ölkənin NATO-ya üzv olmasına ehtiyacı yoxdur. Buna görə də üzvlüklə bağlı referendum təşkil edilməyib. Nazirliyinin rəsmi nümayəndəsi əminliklə bildirib ki, Stokholmdakı Vaşinqton yönümlü müvəqqəti hökumətdən başqa heç kim alyansa qoşulmaq istəməyib və hazırda da istəmir. Zaxarova isveçlilər arasında aparılan sorğunun məlumatlarına istinad edərək qeyd edib ki, hər beş vətəndaşdan üçü İsveç qoşunlarının NATO-təlimlərində və ya hərbi əməliyyatlarında iştirak etmək perspektivinə qarşıdır. Diplomat vurğulayıb ki, Stokholmun NATO-ya üzv olmaq qərarı "isveç cəmiyyətini qütbləşdirib". Xatırladaq ki, İsveç martın 7-də Şimali Atlantika Alyansına qoşulmasına dair protokolunun qüvvəyə minməsindən sonra rəsmi olaraq NATO-ya üzv olub. Ölkə hərbi-siyasi blokda sayca 32-ci müttəfiq olub. Moskva dəfələrlə Avropada müttəfiq qüvvələrin artması ilə bağlı narahatlığını ifadə edib. Kreml qeyd edib ki, Rusiya Federasiyası heç kəsi təhdid etmir, lakin onun maraqları üçün potensial təhlükəli olan hərəkətləri də diqqətdən kənarda qoymayacaq. Həmçinin Rusiya Prezidenti Vladimir Putin bu yaxınlarda bildirib ki, Rusiya Avropa və ya NATO ilə döyüşmək və ya onların daxili işlərinə qarışmaq niyyətində deyil.
moskva
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/16/460781591_235:0:2966:2048_1920x0_80_0_0_270ce9c5bbb3ed5f5e63f3c8d3604774.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
mariya zaxarova, isveç, nato, nato, telegram, mariya zaxarova, rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova, moskva, moskva
mariya zaxarova, isveç, nato, nato, telegram, mariya zaxarova, rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova, moskva, moskva
Zaxarova: İsveç üçün NATO-ya üzv olmaq prioritetlərdə riskli bir dəyişiklikdir
Diplomat bildirib ki, İsveç xalqının ölkənin NATO-ya üzv olmasına ümumiyyətlə ehtiyacı yoxdur.
BAKI, 2 aprel — Sputnik. İsveç üçün NATO-ya üzv olmaq prioritetlərdə riskli və baha başa gələn dəyişiklikdir, ölkə vətəndaşlarının buna heç ehtiyacı yoxdur.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova "Telegram" kanalında yazıb.
Diplomat bildirib ki, İsveç xalqının ümumiyyətlə ölkənin NATO-ya üzv olmasına ehtiyacı yoxdur. Buna görə də üzvlüklə bağlı referendum təşkil edilməyib. Nazirliyinin rəsmi nümayəndəsi əminliklə bildirib ki, Stokholmdakı Vaşinqton yönümlü müvəqqəti hökumətdən başqa heç kim alyansa qoşulmaq istəməyib və hazırda da istəmir.
Zaxarova isveçlilər arasında aparılan sorğunun məlumatlarına istinad edərək qeyd edib ki, hər beş vətəndaşdan üçü İsveç qoşunlarının NATO-təlimlərində və ya hərbi əməliyyatlarında iştirak etmək perspektivinə qarşıdır. Diplomat vurğulayıb ki, Stokholmun NATO-ya üzv olmaq qərarı "isveç cəmiyyətini qütbləşdirib".
Xatırladaq ki, İsveç martın 7-də Şimali Atlantika Alyansına qoşulmasına dair protokolunun qüvvəyə minməsindən sonra rəsmi olaraq NATO-ya üzv olub. Ölkə hərbi-siyasi blokda sayca 32-ci müttəfiq olub.
Moskva dəfələrlə Avropada müttəfiq qüvvələrin artması ilə bağlı narahatlığını ifadə edib. Kreml qeyd edib ki, Rusiya Federasiyası heç kəsi təhdid etmir, lakin onun maraqları üçün potensial təhlükəli olan hərəkətləri də diqqətdən kənarda qoymayacaq. Həmçinin Rusiya Prezidenti Vladimir Putin bu yaxınlarda bildirib ki, Rusiya Avropa və ya NATO ilə döyüşmək və ya onların daxili işlərinə qarışmaq niyyətində deyil.