Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin: Rusiyaya yalnız ölkənin adət-ənənələrinə və tarixinə hörmət edənlər gəlməlidir

© Sputnik / Сергей Гунеев / Mediabanka keçidPutin
Putin - Sputnik Azərbaycan, 1920, 02.04.2024
Abunə olmaq
Rusiya dövlət başçısı qeyd edib ki, belə bir prinsip dövlətin təhlükəsizliyinin və maraqlarının təmin olunmasına kömək edəcək.
BAKI, 2 aprel — Sputnik. Rusiyaya gələn və orada yaşamaq istəyən şəxslər dövlətin adət-ənənələrinə, tarixinə, mədəniyyətinə və dilinə hörmət etməlidirlər.
Bunu Rusiya Prezidenti Vladimir Putin Rusiya Daxili İşlər Nazirliyinin (DİN) kollegiya iclasında çıxışı zamanı deyib.
"Prinsip ondan ibarətdir ki, yalnız bizim adət-ənənələrimizə, dilimizə, mədəniyyətimizə və tariximizə hörmət edənlər Rusiyaya gəlib yaşa və işləyə bilərlər. Bu prinsip həlledici olmalıdır" - deyə Rusiya prezidenti bildirib.
Rusiya dövlət başçısı söyləyib ki, belə bir prinsip dövlətin, eləcə də rusiyalıların özlərinin təhlükəsizliyinin və maraqlarının təmin olunmasına kömək edəcək. O vurğulayıb ki, dinlərarası və millətlərarası razılıqları, ölkənin mədəni komponentinin və dövlətin gücü olan dili qorumaq son dərəcə vacibdir.
Bu yaxınlarda "KP.RU" qeyd edib ki, Vladimir Putin ölkədə ekstremizm və qeyri-qanuni miqrasiya ilə mübarizəni Daxili İşlər Nazirliyi üçün prioritet vəzifə kimi müəyyənləşdirib.
Xəbər lenti
0