Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Peskov: İkonalarda tapılan partlayıcı maddələr Kiyevin terror üsullarından xəbər verir

© Sputnik / Сергей ГунеевPeskov
Peskov - Sputnik Azərbaycan, 1920, 02.04.2024
Abunə olmaq
Ukraynadan gələn əldə qayırma bombalar Pskov vilayətinin Litva ilə sərhədində tapılıb.
BAKI, 2 aprel — Sputnik. Ukrayna yaraqlıların Rusiya ərazisinə keçirməyə cəhd etdikləri partlayıcı maddələrin tapılması Kiyev rejiminin terror üsullarından xəbər verir.
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) aprelin 2-də Pskov vilayəti ilə Latviya sərhədində Ukraynadan gətirilən əldə qayırma bombaların böyük partiyasının saxlanıldığını bildirib. Partlayıcı maddələr ikonalarda gizlədilib. İlkin məlumatlara görə, yük təxminən iki min kilometr məsafəni qət edərək Avropa İttifaqının (Aİ) altı ölkəsində yoxlamadan keçib. Faktla bağlı cinayət işi açılıb.
"Bu, Kiyev rejiminin əl atdığı terror üsullarından çox gözəl bəhs edən daha bir həyəcanverici siqnaldır", - Kremlin nümayəndəsi bildirib.
Peskov əlavə edib ki, bu işin araşdırılması davam edir və Rusiya FTX-nin bu yaxınlarda açıqladığı məlumatlara onun "əlavə edəcəyi heç bir şey yoxdur".
Xəbər lenti
0