https://sputnik.az/20240402/bakida-mektebde-bicaqlanma-fakti-tesdiqlendi--resmi-463657273.html
Bakıda məktəbdə bıçaqlanma faktı təsdiqləndi- Rəsmi
Bakıda məktəbdə bıçaqlanma faktı təsdiqləndi- Rəsmi
Sputnik Azərbaycan
Hazırda şagirdin səhhətində hər hansı təhlükə riski yoxdur, şagirdin fiziki və psixoloji durumu məktəb rəhbərliyi və Agentlik tərəfindən izlənilir. 02.04.2024, Sputnik Azərbaycan
2024-04-02T11:37+0400
2024-04-02T11:37+0400
2024-04-02T11:57+0400
paytaxt xəbərləri
bakı
məktəb
məktəbli qız
məktəbli
agentlik
ümumi təhsil üzrə dövlət agentliyi
valideyn
valideynlər
https://cdnn1.img.sputnik.az/img/41225/91/412259108_0:156:1800:1169_1920x0_80_0_0_eb9db7add01af21f49b5b93f0fc29975.jpg
BAKI, 2 aprel — Sputnik. Ümumi Təhsil üzrə Dövlət Agentliyi Bakıda yerləşən 23 saylı məktəbdə 7-ci sinif şagirdi olan qız sinif yoldaşı olan oğlanı bıçaqlaması ilə bağlı faktı təsdiqləyib. Qurumdan Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirilib ki, Agentlik hadisədənı məlumatlıdır. "Aprel ayının 1-də 23 nömrəli tam orta məktəbdə tənəffüs zamanı şagirdlər arasında insident yaranıb. Məktəb rəhbərliyi hadisəyə dərhal müdaxilə edib, məsələ ilə bağlı Nəsimi Rayon Polis İdarəsinə, digər müvafiq qurumlara, eyni zamanda şagirdlərin valideynlərinə məlumat verilib və məktəbə çağırılıblar. Baş vermiş hadisə Agentliyin nəzarətində saxlanılır. Agentliyin, eyni zamanda Uşaqların Müdafiəsi İdarəsinin əməkdaşları da məktəbdə olublar. Qeyd edək ki, zərərçəkmiş şagirdə ilkin tibbi-yardım göstərilmiş və evə buraxılıblar. Hazırda şagirdin səhhətində hər hansı təhlükə riski yoxdur. Şagirdin fiziki və psixoloji durumu məktəb rəhbərliyi və Agentlik tərəfindən izlənilir" Agentlikdən bildirilib. Həmçinin qeyd olunub ki, stressin idarə olunması, sağlam psixoloji mühitin bərpasını təmin etmək üçün Təlimə Dəstək Mərkəzinin və "Məktəblinin dostu"nun psixoloqları da təhsil müəssisəsindədirlər. Şagirdlərlə bu istiqamətdə müvafiq intensiv iş aparılır: " Bir daha qeyd edək ki, Agentlik, məktəb rəhbərliyi və hüquq-mühafizə orqanları tərəfindən mövcud qaydalar çərçivəsində lazımi tədbirlər görülür, məsələ ilə bağlı araşdırma aparılır. Araşdırmanın nəticələri aidiyyəti qurumlar tərəfindən ictimaiyyətə veriləcək. Uşaqların yeniyetməlik dövru olduğunu, araşdırma prosesinin davam etdiyini nəzərə alaraq ictimaiyyətdən də bu mövzuda daha həssas davranmalarını, paylaşımlarda rəsmi qurumların açıqlamalarına istinad etməyi xahiş edirik". Məsələ ilə bağlı Nəsimi Rayon Polis İdarəsinə, digər müvafiq qurumlara, eyni zamanda şagirdlərin valideynlərinə məlumat verilib və məktəbə çağırılıblar. Zərərçəkmiş şagirdə ilkin tibbi-yardım göstərilmiş və evə buraxılıb. Hazırda şagirdin səhhətində hər hansı təhlükə riski yoxdur. Şagirdin fiziki və psixoloji durumu məktəb rəhbərliyi və Agentlik tərəfindən izlənilir.Qeyd olunanlarla yanaşı, stressin idarə olunması, sağlam psixoloji mühitin bərpasını təmin etmək üçün Təlimə Dəstək Mərkəzinin və "Məktəblinin dostu"nun psixoloqları da təhsil müəssisəsindədirlər. Şagirdlərlə bu istiqamətdə müvafiq intensiv iş aparılır.Bir daha qeyd edək ki, Agentlik, məktəb rəhbərliyi və hüquq-mühafizə orqanları tərəfindən mövcud qaydalar çərçivəsində lazımi tədbirlər görülür, məsələ ilə bağlı araşdırma aparılır. Araşdırmanın nəticələri aidiyyəti qurumlar tərəfindən ictimaiyyətə veriləcək.Xatırladaq ki, Bakıda məktəbli qızın oğlana boğaz nahiyəsindən xəsarət yetirdiyi barədə xəbər yayılıb. Bu hadisə övladları həmin məktəbdə təhsil alan valideynlərin narahatlığına səbəb olub. Valideynlərin sözlərinə görə, hadisəyə səbəb onlar arasında yaranan mübahisə olub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41225/91/412259108_200:0:1800:1200_1920x0_80_0_0_e12398a69e242a0cd6f8c951dd050154.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
bakı, məktəb, məktəbli qız, məktəbli, agentlik, ümumi təhsil üzrə dövlət agentliyi, valideyn, valideynlər
bakı, məktəb, məktəbli qız, məktəbli, agentlik, ümumi təhsil üzrə dövlət agentliyi, valideyn, valideynlər
Bakıda məktəbdə bıçaqlanma faktı təsdiqləndi- Rəsmi
11:37 02.04.2024 (Yenilənib: 11:57 02.04.2024) Hazırda şagirdin səhhətində hər hansı təhlükə riski yoxdur, şagirdin fiziki və psixoloji durumu məktəb rəhbərliyi və Agentlik tərəfindən izlənilir.
BAKI, 2 aprel — Sputnik. Ümumi Təhsil üzrə Dövlət Agentliyi Bakıda yerləşən 23 saylı məktəbdə 7-ci sinif şagirdi olan qız sinif yoldaşı olan oğlanı bıçaqlaması ilə bağlı faktı təsdiqləyib. Qurumdan Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirilib ki, Agentlik hadisədənı məlumatlıdır.
"Aprel ayının 1-də 23 nömrəli tam orta məktəbdə tənəffüs zamanı şagirdlər arasında insident yaranıb. Məktəb rəhbərliyi hadisəyə dərhal müdaxilə edib, məsələ ilə bağlı Nəsimi Rayon Polis İdarəsinə, digər müvafiq qurumlara, eyni zamanda şagirdlərin valideynlərinə məlumat verilib və məktəbə çağırılıblar. Baş vermiş hadisə Agentliyin nəzarətində saxlanılır. Agentliyin, eyni zamanda Uşaqların Müdafiəsi İdarəsinin əməkdaşları da məktəbdə olublar. Qeyd edək ki, zərərçəkmiş şagirdə ilkin tibbi-yardım göstərilmiş və evə buraxılıblar. Hazırda şagirdin səhhətində hər hansı təhlükə riski yoxdur. Şagirdin fiziki və psixoloji durumu məktəb rəhbərliyi və Agentlik tərəfindən izlənilir" Agentlikdən bildirilib.
Həmçinin qeyd olunub ki, stressin idarə olunması, sağlam psixoloji mühitin bərpasını təmin etmək üçün Təlimə Dəstək Mərkəzinin və "Məktəblinin dostu"nun psixoloqları da təhsil müəssisəsindədirlər. Şagirdlərlə bu istiqamətdə müvafiq intensiv iş aparılır: " Bir daha qeyd edək ki, Agentlik, məktəb rəhbərliyi və hüquq-mühafizə orqanları tərəfindən mövcud qaydalar çərçivəsində lazımi tədbirlər görülür, məsələ ilə bağlı araşdırma aparılır. Araşdırmanın nəticələri aidiyyəti qurumlar tərəfindən ictimaiyyətə veriləcək. Uşaqların yeniyetməlik dövru olduğunu, araşdırma prosesinin davam etdiyini nəzərə alaraq ictimaiyyətdən də bu mövzuda daha həssas davranmalarını, paylaşımlarda rəsmi qurumların açıqlamalarına istinad etməyi xahiş edirik".
Məsələ ilə bağlı Nəsimi Rayon Polis İdarəsinə, digər müvafiq qurumlara, eyni zamanda şagirdlərin valideynlərinə məlumat verilib və məktəbə çağırılıblar. Zərərçəkmiş şagirdə ilkin tibbi-yardım göstərilmiş və evə buraxılıb. Hazırda şagirdin səhhətində hər hansı təhlükə riski yoxdur. Şagirdin fiziki və psixoloji durumu məktəb rəhbərliyi və Agentlik tərəfindən izlənilir.
Qeyd olunanlarla yanaşı, stressin idarə olunması, sağlam psixoloji mühitin bərpasını təmin etmək üçün Təlimə Dəstək Mərkəzinin və "Məktəblinin dostu"nun psixoloqları da təhsil müəssisəsindədirlər. Şagirdlərlə bu istiqamətdə müvafiq intensiv iş aparılır.
Bir daha qeyd edək ki, Agentlik, məktəb rəhbərliyi və hüquq-mühafizə orqanları tərəfindən mövcud qaydalar çərçivəsində lazımi tədbirlər görülür, məsələ ilə bağlı araşdırma aparılır. Araşdırmanın nəticələri aidiyyəti qurumlar tərəfindən ictimaiyyətə veriləcək.
Xatırladaq ki, Bakıda məktəbli qızın oğlana boğaz nahiyəsindən xəsarət yetirdiyi barədə xəbər yayılıb. Bu hadisə övladları həmin məktəbdə təhsil alan valideynlərin narahatlığına səbəb olub. Valideynlərin sözlərinə görə, hadisəyə səbəb onlar arasında yaranan mübahisə olub.