Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Sanksiyalar Rusiyanın belini qırmayıb, əksinə o, daha da güclənib

© Sputnik / Murad OrujovMoskvanın Nikolskaya küçəsi
Moskvanın Nikolskaya küçəsi - Sputnik Azərbaycan, 1920, 01.04.2024
Abunə olmaq
Hesablamalara görə, Rusiya qarşı sanksiyaların tətbiqi Moskvaya Qərb nəzarət mexanizmlərindən uzaqlaşmaqda, İran və Çinlə iqtisadi qarşılıqlı əlaqələri dərinləşdirməyə kömək edib.
BAKI, 1 aprel — Sputnik. Rusiya iqtisadiyyatı aktiv şəkildə inkişaf etməyə davam edir və Qərbin sanksiyalarına baxmayaraq, G7 ölkələrinin artım templərini üstələyir, Aİ ölkələri isə Rusiya Federasiyasını təcrid etməyə çalışaraq "öz ayaqlarına atəş açırlar". Bu barədə Britaniyanın "Daily Mail" qəzeti bir sıra ekspertlərə istinadən yazır.
Hesablamalara görə, Rusiya məhsullarına qarşı sanksiyaların tətbiqi, bankları beynəlxalq ödəniş sistemlərindən sıxışdırmaq cəhdləri, eləcə də aktivlərin dondurulması Moskvaya yalnız Qərb nəzarət mexanizmlərindən uzaqlaşmaqda, İran və Çinlə iqtisadi qarşılıqlı əlaqələri dərinləşdirməyə kömək edib.
"Əgər sanksiyaların məqsədi Rusiyanı cilovlamaq idisə, bu, qeyri-məhsuldardır. Ssanksiyalar sadəcə olaraq Moskvanın Qərblə, xüsusən də ABŞ-la münasibətlərini pisləşdirib. Qərb ölkələrinin Rusiyaya qarşı iqtisadi təzyiqlərinin səmərəliliyinə inamsızlıq uzunmüddətli perspektivdə sanksiyaların özünün mexanizmini sarsıdacaq və bu, dolların hegemonluğuna təhlükə yaradacaq və təchizat zəncirləri üzərində nəzarətin itirilməsinə səbəb olacaq. Rusiyanın təcrid olunması mifdir" - nəşr yazır.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova martın 27-də bildirib ki, Avropa İttifaqı Rusiyaya qarşı sanksiyalar siyasətinin iqtisadi səmərəsizliyini anlayıb. O, Avropa Komissiyasının Rusiya və Belarusdan idxal olunan kənd təsərrüfatı məhsullarına sanksiya məhdudiyyətləri tətbiq etmək əvəzinə rüsumların artırılması təklifini şərh edərkən bunu deyib.
Qeyd edək ki, ötən il Rusiya G20-də ən sürətlə inkişaf edən beşinci iqtisadiyyat olub. Bu barədə RİA Novosti milli statistika xidmətlərinin məlumatlarına əsasən xəbər yayıb.
Bildirilir ki, Hindistan isə ən yüksək artım tempinə sahib olub, üç ölkənin ÜDM-də isə azalma müşahidə olunub.
Argentina 2023-cü il üçün ÜDM məlumatlarını açıqlayan G20 ölkələri arasında sonuncudur: əvvəlki ildəki 5% iqtisadi artıma qarşı 1,6% azalıb.
Səudiyyə Ərəbistanı (-0,8%) və Almaniyada (-0,3%) da azalma qeydə alınıb, əvvəlki il onların iqtisadiyyatları müvafiq olaraq 7,5% və 1,8% artıb. Hər üç dövlət üçün bu, 2020-ci il koronavirus ilindən bəri ÜDM-də ilk azalmadır.
Ən çox böyüyən Hindistan iqtisadiyyatı olub - temp 7,2%-dən 7,3%-ə yüksəlib. Sonrakı yerdə Çinin iqtisadiyyatı gəlir - bir il əvvəl 3%-dən sonra 5,2% genişlənmə.
İlk üçlüyü ÜDM-i 2022-ci ildəki 5,3% ilə müqayisədə 5,1% artan İndoneziya tamamlayır.
Türkiyənin artım tempi keçən il 5,5%-dən 4,5%-ə enib.
İlk beşliyi 2022-ci ildəki 1,2% azalmanı tam kompensasiya etməklə iqtisadiyyatı 3,6% böyüyən Rusiya tamamlayır.
Rusiya, Çin və Hindistandan başqa, G20 ölkələri arasında ÜDM-in artım templəri ABŞ-da - bir il əvvəl 1,9%-dən 2,5%-ə, eləcə də Yaponiyada da - 1%-dən 1,9%-ə qədər sürətlənib.
Digər ölkələrdə, G7 arasında ən güclü şəkildə ləngimə müşahidə olunur: Böyük Britaniyada - 43 dəfə, 0,1%-ə qədər, İtaliyada - dörd dəfə, 0,9%-ə qədər, Fransa və Kanadada - üç dəfə, müvafiq olaraq 0,9% və 1,1%-ə qədər.
Meksikada ÜDM bir il əvvəlki 3,9%-ə qarşı 3,2%, Avstraliyada 3,7%-ə qarşı 2,7%, Cənubi Koreyada isə 2,6%-ə qarşı 1,4% artıb.
Eyni zamanda, G20-nin də bir hissəsi olan Aİ-də iqtisadi artım templəri 3,4%-dən 0,4%-ə düşüb.
BRİKS üzvləri Braziliya və Cənubi Afrika iqtisadi artım nümayiş etdiriblər, baxmayaraq ki, Afrika ölkələrində artım tempi 1,9%-dən 0,6%-ə, Latın Amerikası ölkələrində isə 3%-dən 2,9%-ə enib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0