https://sputnik.az/20240401/rusiya-dn-ecnebilerin-rusiyada-qalma-muddeti-ilde-90-gune-endirilir-463643090.html
Rusiya DİN: Əcnəbilərin Rusiyada qalma müddəti ildə 90 günə endirilir
Rusiya DİN: Əcnəbilərin Rusiyada qalma müddəti ildə 90 günə endirilir
Sputnik Azərbaycan
Bildirilib ki, qanun layihəsi çərçivəsində xarici mütəxəssisləri işə cəlb edən işəgötürənlər üzərində nəzarət gücləndiriləcək. 01.04.2024, Sputnik Azərbaycan
2024-04-01T19:33+0400
2024-04-01T19:33+0400
2024-04-01T19:33+0400
rusiya
rusiya
əcnəbi
daxili işlər nazirliyi
dmitri peskov
vladimir putinin köməkçisi dmitri peskov
rusiya federasiyası
din
din
qanun
https://cdnn1.img.sputnik.az/img/42394/15/423941597_0:240:3073:1968_1920x0_80_0_0_db396d1410f19f7b5ac3e331893b3992.jpg
BAKI, 1 aprel - Sputnik. Rusiya Daxili İşlər Nazirliyi miqrasiya sahəsində dövlət nəzarətinin sərtləşdirilməsinə dair qanun layihəsi üzərində işi başa çatdırıb. Miqrantların Rusiyada qısamüddətli qalma müddəti təqvim ili ərzində 90 günlə məhdudlaşdırıla bilər. Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk öz “Telegram” kanalında qeyd edib. "Qanun Rusiya Federasiyasına girərkən şəxsin biometrik identifikasiyasının tətbiqi, xarici vətəndaşların Rusiya ərazisində qısamüddətli qalma müddətinin təqvim ili ərzində 90 günə endirilməsi üçün hüquqi əsaslar müəyyən edir", - Rusiya DİN rəsmi nümayəndəsi bildirib. Həmçinin qanun layihəsi çərçivəsində xarici mütəxəssisləri işə cəlb edən işəgötürənlər üzərində nəzarət gücləndiriləcək. Bundan əlavə, qanun müasir rəqəmsal nəzarət vasitələri və üsulları ilə xarici vətəndaşların ölkə ərazisinə girişinə nəzarətin gücləndirilməsini nəzərdə tutur. Bütün əmək miqrantları üçün məcburi barmaq izi və foto, habelə Rusiyada qalma hüququnu təsdiqləyən vahid sənəd standartı tətbiq olunur. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu yaxınlarda qeyd edib ki, hazırda ölkədə miqrasiya və beynəlxalq siyasət üzrə idarənin yaradılması ilə bağlı heç bir rəsmi qərar yoxdur.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42394/15/423941597_83:0:2814:2048_1920x0_80_0_0_41ba8b58ca14378b4c973aa193f77461.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya, əcnəbi, daxili işlər nazirliyi, dmitri peskov, vladimir putinin köməkçisi dmitri peskov, rusiya federasiyası, din, din, qanun
rusiya, əcnəbi, daxili işlər nazirliyi, dmitri peskov, vladimir putinin köməkçisi dmitri peskov, rusiya federasiyası, din, din, qanun
Rusiya DİN: Əcnəbilərin Rusiyada qalma müddəti ildə 90 günə endirilir
Bildirilib ki, qanun layihəsi çərçivəsində xarici mütəxəssisləri işə cəlb edən işəgötürənlər üzərində nəzarət gücləndiriləcək.
BAKI, 1 aprel - Sputnik. Rusiya Daxili İşlər Nazirliyi miqrasiya sahəsində dövlət nəzarətinin sərtləşdirilməsinə dair qanun layihəsi üzərində işi başa çatdırıb. Miqrantların Rusiyada qısamüddətli qalma müddəti təqvim ili ərzində 90 günlə məhdudlaşdırıla bilər.
Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk öz “Telegram” kanalında qeyd edib.
"Qanun Rusiya Federasiyasına girərkən şəxsin biometrik identifikasiyasının tətbiqi, xarici vətəndaşların Rusiya ərazisində qısamüddətli qalma müddətinin təqvim ili ərzində 90 günə endirilməsi üçün hüquqi əsaslar müəyyən edir", - Rusiya DİN rəsmi nümayəndəsi bildirib.
Həmçinin qanun layihəsi çərçivəsində xarici mütəxəssisləri işə cəlb edən işəgötürənlər üzərində nəzarət gücləndiriləcək.
Bundan əlavə, qanun müasir rəqəmsal nəzarət vasitələri və üsulları ilə xarici vətəndaşların ölkə ərazisinə girişinə nəzarətin gücləndirilməsini nəzərdə tutur. Bütün əmək miqrantları üçün məcburi barmaq izi və foto, habelə Rusiyada qalma hüququnu təsdiqləyən vahid sənəd standartı tətbiq olunur.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu yaxınlarda qeyd edib ki, hazırda ölkədə miqrasiya və beynəlxalq siyasət üzrə idarənin yaradılması ilə bağlı heç bir rəsmi qərar yoxdur.