https://sputnik.az/20240401/bakida-vetendaslari-fasilesiz-internetden-mehrum-eden-sexsler-saxlanilib---vdeo-463639871.html
Bakıda vətəndaşları fasiləsiz internetdən məhrum edən şəxslər saxlanılıb - VİDEO
Bakıda vətəndaşları fasiləsiz internetdən məhrum edən şəxslər saxlanılıb - VİDEO
Sputnik Azərbaycan
Araşdırmalarla Bakı şəhəri ərazisində 100-ə yaxın internet paylayıcı blokun enerji daşıyıcısının oğurlandığı müəyyən edilib. 01.04.2024, Sputnik Azərbaycan
2024-04-01T18:23+0400
2024-04-01T18:23+0400
2024-04-01T18:23+0400
internet
paytaxt xəbərləri
oğurluq
bakı
nərimanov rayonu
provayder
daxili işlər nazirliyi
blok
enerji
https://cdnn1.img.sputnik.az/img/07e4/09/01/424821750_0:46:3141:1813_1920x0_80_0_0_e22c6de10ff1d7c5e5fac8f50eb7a7bc.jpg
BAKI, 1 aprel — Sputnik. Paytaxtın əsasən Nərimanov rayonu ərazisində insanları fasiləsiz internetlə təmin edən bir neçə provayder şirkətinin binalarda quraşdırdığı şəbəkə paylayıcı bloklarında olan enerji daşıyıcılarının oğurlanması barədə polisə çoxsaylı məlumatlar daxil olub. Daxili İşlər Nazirliyinin məlumatına görə, həmin şəxslərin saxlanılması istiqamətində Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə qeyd edilən əməli törədən paytaxt sakinləri Ülvi Qurbanov və Tural Məmmədzadə saxlanılıblar. Onların Nərimanov rayonu ilə yanaşı Nəsimi, Yasamal və digər ərazilərdə də müxtəlif provayderlərin enerji daşıyıcılarını oğurladıqları məlum olub. Araşdırmalarla bu şəxslərin Bakı şəhəri ərazisində 100-ə yaxın internet paylayıcı blokun enerji daşıyıcısını oğurladıqları müəyyən edilib. Oğurluq əşyalar Tural Məmmədzadənin idarə etdiyi avtomobillə əlvan-metal qəbulu məntəqələrinə aparılaraq satılıb. Onların törətdiyi oğurluq əməlləri ərazidə quradırılmış videomüşahidə kameraları vasitəsilə də qeydə alınıb. Ü.Qurbanov və T.Məmmədzadənin Bakı şəhərində digər analoji cinayətlərdə iştiraklarının olub-olmamalarının müəyyən edilməsi istiqamətində 16-cı PŞ-də araşdırmalar davam etdirilir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/09/01/424821750_410:0:3141:2048_1920x0_80_0_0_9644e0ead9b568d7d6bcb0d0b963459f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
internet, oğurluq, bakı, nərimanov rayonu, provayder, daxili işlər nazirliyi, blok, enerji
internet, oğurluq, bakı, nərimanov rayonu, provayder, daxili işlər nazirliyi, blok, enerji
Bakıda vətəndaşları fasiləsiz internetdən məhrum edən şəxslər saxlanılıb - VİDEO
Araşdırmalarla Bakı şəhəri ərazisində 100-ə yaxın internet paylayıcı blokun enerji daşıyıcısının oğurlandığı müəyyən edilib.
BAKI, 1 aprel — Sputnik. Paytaxtın əsasən Nərimanov rayonu ərazisində insanları fasiləsiz internetlə təmin edən bir neçə provayder şirkətinin binalarda quraşdırdığı şəbəkə paylayıcı bloklarında olan enerji daşıyıcılarının oğurlanması barədə polisə çoxsaylı məlumatlar daxil olub.
Daxili İşlər Nazirliyinin məlumatına görə, həmin şəxslərin saxlanılması istiqamətində Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə qeyd edilən əməli törədən paytaxt sakinləri Ülvi Qurbanov və Tural Məmmədzadə saxlanılıblar. Onların Nərimanov rayonu ilə yanaşı Nəsimi, Yasamal və digər ərazilərdə də müxtəlif provayderlərin enerji daşıyıcılarını oğurladıqları məlum olub. Araşdırmalarla bu şəxslərin Bakı şəhəri ərazisində 100-ə yaxın internet paylayıcı blokun enerji daşıyıcısını oğurladıqları müəyyən edilib. Oğurluq əşyalar Tural Məmmədzadənin idarə etdiyi avtomobillə əlvan-metal qəbulu məntəqələrinə aparılaraq satılıb.
Onların törətdiyi oğurluq əməlləri ərazidə quradırılmış videomüşahidə kameraları vasitəsilə də qeydə alınıb.
Ü.Qurbanov və T.Məmmədzadənin Bakı şəhərində digər analoji cinayətlərdə iştiraklarının olub-olmamalarının müəyyən edilməsi istiqamətində 16-cı PŞ-də araşdırmalar davam etdirilir.