QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Soyqırım qurbanlarının nəşinin qalıqları Xocalıda torpağa tapşırılıb - Yenilənib

© Photo : REPORTXocalıda qalıqları aşkarlanan 7 nəfərin dəfn mərasimi keçirilib
Xocalıda qalıqları aşkarlanan 7 nəfərin dəfn mərasimi keçirilib - Sputnik Azərbaycan, 1920, 31.03.2024
Abunə olmaq
Xocalı şəhərinin mərkəzində aparılan qazıntı işləri zamanı kütləvi məzarlıqda qalıqları aşkarlanan və şəxsiyyətləri dəqiqləşdirilmiş 7 nəfərlə vida mərasimi keçirilib.
BAKI, 31 mart - Sputnik. Xocalı soyqırımı qurbanlarından olan 7 nəfərin nəşinin qalıqları dəfn edilib.
APA-nın verdiyi xəbərə görə, Xocalı şəhərinin mərkəzində aparılan qazıntı işləri zamanı kütləvi məzarlıqda qalıqları aşkarlanan və şəxsiyyətləri dəqiqləşdirilmiş 7 nəfərin nəşinin qalıqları Xocalı Şəhidlər xiyabanında dəfn edilib.
Dəfn mərasimində rəsmi şəxslər, QHT-lər, media və ictimaiyyət nümayəndələri iştirak ediblər.
31.03.24, 11:39
Xocalı soyqırımı qurbanlarından olan 7 nəfərin nəşinin qalıqları Xocalıya gətirilib. APAxəbər verir ki, Xocalı şəhərinin mərkəzində aparılan qazıntı işləri zamanı kütləvi məzarlıqda qalıqları aşkarlanan və şəxsiyyətləri dəqiqləşdirilmiş 7 nəfərin nəşinin qalıqları Xocalı Şəhidlər xiyabanında dəfn edilir.
Dəfn mərasimində rəsmi şəxslər, QHT-lər, media və ictimaiyyət nümayəndələri iştirak edirlər.
***
Xocalı şəhərinin mərkəzində aparılan qazıntı işləri zamanı kütləvi məzarlıqda qalıqları aşkarlanan və şəxsiyyətləri dəqiqləşdirilmiş 7 nəfərlə vida mərasimi keçirilib. Azərtac xəbər verir ki, Bərdə rayonunda məcburi köçkünlər üçün salınmış şəhərcikdə baş tutan vida mərasimində Xocalı soyqırımı qurbanlarının yaxınları, dövlət qurumlarının əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Kütləvi məzarlıqda qalıqları aşkarlanan 7 nəfərin nəşi Xocalı şəhərində salınmış Şəhidlər xiyabanında dəfn ediləcək.
© Photo : AZƏRTAGXocalı soyqırımı qurbanlarından 7 nəfəri dəfn edilir
Xocalı soyqırımı qurbanlarından 7 nəfəri dəfn edilir - Sputnik Azərbaycan, 1920, 31.03.2024
Xocalı soyqırımı qurbanlarından 7 nəfəri dəfn edilir
Dəfn olunacaq şəxslər aşağıdakılar:
1.
Əliyev Ağaəli Naib oğlu – Təvəllüdü: 01.06.1933-cü il
2.
Əliyeva Sürəyya Behbud qızı – 01.06.1933-cü il
3.
Səlimov Xəzər Səyavuş oğlu – 01.09.1974-cü il
4.
Səlimova Tamilla Ağamirzə qızı – 01.06.1935
5.
Cavadov Əli Müsül oğlu - 15.06.1954-cü il
6.
İsmayılov İsmayıl Bəhman oğlu – 01.08.1955-ci il
7.
Nəcəfov Şiraslan Qəmiş oğlu – 1952.
Xatırladaq ki, Martın 28-də işğaldan azad edilmiş Xocalı şəhərinin Qaladərəsi adlanan hissəsində yerləşən su anbarının yaxınlığında həyata keçirilən əsaslı bərpa-quruculuq işləri çərçivəsində aparılan qazıntı işləri zamanı basdırılmış vəziyyətdə insana məxsus olması ehtimal edilən sümük fraqmentləri və qalıqların aşkar olunması barədə Xocalı rayon prokurorluğuna məlumat daxil olub.
Daxil olmuş məlumat əsasında Baş Prokurorluğunun peşəkar əməkdaşları hadisə yerinə ezam olunmaqla, Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsi, Azərbaycan Milli Elmlər Akademiyası, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib, aşkar edilmiş sümük fraqmentləri ekspertiza və laborator müayinələrin aparılması məqsədilə müvafiq qaydada götürülüb, eləcə də digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
© Photo : AZƏRTAGXocalı soyqırımı qurbanlarından 7 nəfəri dəfn edilir
Xocalı soyqırımı qurbanlarından 7 nəfəri dəfn edilir - Sputnik Azərbaycan, 1920, 31.03.2024
Xocalı soyqırımı qurbanlarından 7 nəfəri dəfn edilir
Hazırkı vaxtadək keçirilən prosessual hərəkətlər nəticəsində ərazidə aşkarlanmış insan qalıqlarının ən azı 3 nəfər şəxsə məxsus olması müəyyən edilib.
Hazırda hadisə yerinin tam müayinə edilməsi istiqamətində işlər davam etdirilir.
Faktla bağlı Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində araşdırma aparılır.
© Photo : AZƏRTAGXocalı soyqırımı qurbanlarından 7 nəfəri dəfn edilir
Xocalı soyqırımı qurbanlarından 7 nəfəri dəfn edilir - Sputnik Azərbaycan, 1920, 31.03.2024
Xocalı soyqırımı qurbanlarından 7 nəfəri dəfn edilir
Axtarış işləri tam yekunlaşdıqdan və müavfiq ekspertiza nəticələri müəyyən olunduqdan sonra ictimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0