https://sputnik.az/20240329/putinin-braziliyaya-g20-sammitine-gedecek--463576837.html
Putinin Braziliyaya G20 sammitinə gedəcək?
Putinin Braziliyaya G20 sammitinə gedəcək?
Sputnik Azərbaycan
Braziliya artıq Putinə noyabrda Rio-de-Janeyroda baş tutacaq sammitə dəvət göndərib. 29.03.2024, Sputnik Azərbaycan
2024-03-29T23:00+0400
2024-03-29T23:00+0400
2024-03-29T23:00+0400
peskov
rusiya
g-20
"g-20"
putin
rusiya prezidenti vladimir putin
vladimir putin
ukrayna
braziliya
rio-de-janeyro
https://cdnn1.img.sputnik.az/img/07e8/02/1d/462942654_0:0:3072:1728_1920x0_80_0_0_30de439dab0140804238cd77de6f79a1.jpg
BAKI, 29 mart — Sputnik. Rusiya lideri Vladimir Putinin Braziliyada keçiriləcək G20 sammitində iştirakı məsələsinə hazırda baxılmayıb. Bu sözləri "TASS"a müsahibəsində dövlət başçısının mətbuat katibi Dmitri Peskov deyib. O, Kremlin belə bir səfəri qanuni hesab edib-etmədiyi ilə maraqlanan jurnalistlərin müvafiq sualını cavablandırıb. "Bu məsələlərə hələ baxılmayıb" - mətbuat katibi qısa cavab verib. Eyni zamanda, Braziliya artıq Putinə noyabrda Rio-de-Janeyroda baş tutacaq sammitə dəvət göndərib. Həm də bu, Braziliyanın əvvəllər Rusiya prezidentinin həbsinə order verən Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasını tanımasına baxmayaraq edilib. Fransa Prezidenti Emmanuel Makron Braziliya Prezidenti Luis İnasio Lula da Silva ilə danışıqlardan sonra Vladimir Putinin sammitdə iştirakının mümkünlüyünü keçirdiyi mətbuat konfransında qiymətləndirib. Onun fikrincə, belə bir təşəbbüs birliyin digər üzvləri ilə müzakirə edilməlidir. O əlavə edib ki, əgər görüş faydalıdırsa, deməli, keçirməyə dəyər. "Əgər bu parçalanmaya səbəb olarsa, o zaman bunu həyata keçirməyə dəyməz" – Makron bildirib. Bundan əvvəl San-Pauluda İyirmilik Qrupuna (G20) daxil olan ölkələrin maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin görüşü barədə məlumat verilmişdi. Eyni zamanda, tərəflər Ukrayna münaqişəsi mövzusunda fikir ayrılıqlarına görə birgə bəyanatla bağlı razılığa gəlməyiblər.
rio-de-janeyro
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/02/1d/462942654_171:0:2902:2048_1920x0_80_0_0_5df42e279e8bc22bec32486c0037659e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
peskov, g-20, "g-20", putin, rusiya prezidenti vladimir putin, vladimir putin, ukrayna, braziliya, rio-de-janeyro
peskov, g-20, "g-20", putin, rusiya prezidenti vladimir putin, vladimir putin, ukrayna, braziliya, rio-de-janeyro
Putinin Braziliyaya G20 sammitinə gedəcək?
Braziliya artıq Putinə noyabrda Rio-de-Janeyroda baş tutacaq sammitə dəvət göndərib.
BAKI, 29 mart — Sputnik. Rusiya lideri Vladimir Putinin Braziliyada keçiriləcək G20 sammitində iştirakı məsələsinə hazırda baxılmayıb.
Bu sözləri "TASS"a müsahibəsində dövlət başçısının mətbuat katibi Dmitri Peskov deyib.
O, Kremlin belə bir səfəri qanuni hesab edib-etmədiyi ilə maraqlanan jurnalistlərin müvafiq sualını cavablandırıb.
"Bu məsələlərə hələ baxılmayıb" - mətbuat katibi qısa cavab verib.
Eyni zamanda, Braziliya artıq Putinə noyabrda Rio-de-Janeyroda baş tutacaq sammitə dəvət göndərib. Həm də bu, Braziliyanın əvvəllər Rusiya prezidentinin həbsinə order verən Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasını tanımasına baxmayaraq edilib.
Fransa Prezidenti Emmanuel Makron Braziliya Prezidenti Luis İnasio Lula da Silva ilə danışıqlardan sonra Vladimir Putinin sammitdə iştirakının mümkünlüyünü keçirdiyi mətbuat konfransında qiymətləndirib. Onun fikrincə, belə bir təşəbbüs birliyin digər üzvləri ilə müzakirə edilməlidir. O əlavə edib ki, əgər görüş faydalıdırsa, deməli, keçirməyə dəyər.
"Əgər bu parçalanmaya səbəb olarsa, o zaman bunu həyata keçirməyə dəyməz" – Makron bildirib.
Bundan əvvəl San-Pauluda İyirmilik Qrupuna (G20) daxil olan ölkələrin maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin görüşü barədə məlumat verilmişdi. Eyni zamanda, tərəflər Ukrayna münaqişəsi mövzusunda fikir ayrılıqlarına görə birgə bəyanatla bağlı razılığa gəlməyiblər.