https://sputnik.az/20240329/mdb-qtisadi-surasinin-novbeti-iclasinin-yeri-ve-vaxti-aciqlanib-463588231.html
MDB İqtisadi Şurasının növbəti iclasının yeri və vaxtı açıqlanıb
MDB İqtisadi Şurasının növbəti iclasının yeri və vaxtı açıqlanıb
Sputnik Azərbaycan
Ermənistan Moskvada keçirilən Müstəqil Dövlətlər Birliyi ölkələri İqtisadi Şurasının 101-ci iclasına yüksək səviyyəli nümayəndə heyəti göndərməkdən imtina... 29.03.2024, Sputnik Azərbaycan
2024-03-29T18:33+0400
2024-03-29T18:33+0400
2024-03-29T18:33+0400
mdb
rusiya
aleksey overçuk
yaqub eyyubov
baş nazirin birinci müavini yaqub eyyubov
sergey lebedev
https://cdnn1.img.sputnik.az/img/07e5/05/1c/427067834_0:0:3001:1688_1920x0_80_0_0_9e89ba198515bcc1ce18950b4913b5f3.jpg
BAKI, 29 mart — Sputnik. MDB İqtisadi Şurasının növbəti iclası iyunun 21-də Moskvada keçiriləcək. Bunu MDB-nin baş katibi Sergey Lebedev bildirib. "Biz MDB İqtisadi Şurasının növbəti, 102-ci iclasını iyunun 21-də Moskvada keçirmək barədə razılığa gəldik" - o, İqtisadi Şuranın geniş formatlı iclasında çıxışı zamanı deyib. Hazırda Moskvada Birlik İqtisadi Şurasının 101-ci iclası keçirilir. Ermənistan Moskvada keçirilən Müstəqil Dövlətlər Birliyi ölkələri İqtisadi Şurasının 101-ci iclasına yüksək səviyyəli nümayəndə heyəti göndərməkdən imtina edib. Adətən MDB İqtisadi Şurasının tədbirində Ermənistanı baş nazirin müavini Mqer Qriqoryan təmsil edib. Bu dəfə də İrəvan tədbirə Belarusdakı səfirini göndərməklə kifayətlənib. Qeyd edək ki, MDB İqtisadi Şurasının 101-ci iclasında Azərbaycanı Baş nazirin müavini Yaqub Eyyubov təmsil edir. Rusiya tərəfindən isə hökumət sədrinin müavini Aleksey Overçuk iştirak edir.***Moskvada martın 29-da MDB İqtisadi Şurasının 101-ci iclası keçirilib, iclasda Birlik ölkələri arasında iqtisadi əməkdaşlığın geniş spektri məsələləri nəzərdən keçirilib. İclasa Rusiya Federasiyası Hökuməti sədrinin müavini Aleksey Overçuk sədrlik edib. İclasda Azərbaycanı Baş nazirin birinci müavini Yaqub Eyyubov təmsil edib. İqtisadi Şuranın üzvləri MDB-nin Regionlararası və Transsərhəd Əməkdaşlıq Şurasının 2019-2023-cü illərdə fəaliyyəti haqqında məlumatı dinləyiblər. İclasda MDB ölkələri arasında kimya sənayesi sahəsində əməkdaşlığın gələcək inkişafı Konsepsiyası və onun həyata keçirilməsi üzrə Tədbirlər Planı, MDB ölkələrinin qarşılıqlı ticarətində maneələr məsələsi və onların aradan qaldırılması üçün tövsiyələr, yüngül sənayedə əməkdaşlıq, MDB orqanlarının maliyyələşdirilməsi, sığorta xidmətləri bazarının inkişafı, 2030-cu ilə qədər olan dövr üçün MDB-nin İqtisadi İnkişaf Strategiyasının birinci mərhələsinin həyata keçirilməsi üzrə Tədbirlər Planının icrası mələsələrinə baxılıb. İqtisadi Şuranın növbəti iclasının 2024-cü il iyunun 21-də Moskvada keçirilməsi planlaşdırılır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/05/1c/427067834_134:0:2801:2000_1920x0_80_0_0_3c58cd0dbc60cea118292c21004d6a33.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
mdb, aleksey overçuk, yaqub eyyubov, baş nazirin birinci müavini yaqub eyyubov, sergey lebedev
mdb, aleksey overçuk, yaqub eyyubov, baş nazirin birinci müavini yaqub eyyubov, sergey lebedev
MDB İqtisadi Şurasının növbəti iclasının yeri və vaxtı açıqlanıb
Ermənistan Moskvada keçirilən Müstəqil Dövlətlər Birliyi ölkələri İqtisadi Şurasının 101-ci iclasına yüksək səviyyəli nümayəndə heyəti göndərməkdən imtina edib.
BAKI, 29 mart — Sputnik. MDB İqtisadi Şurasının növbəti iclası iyunun 21-də Moskvada keçiriləcək. Bunu MDB-nin baş katibi Sergey Lebedev bildirib.
"Biz MDB İqtisadi Şurasının növbəti, 102-ci iclasını iyunun 21-də Moskvada keçirmək barədə razılığa gəldik" - o, İqtisadi Şuranın geniş formatlı iclasında çıxışı zamanı deyib.
Hazırda Moskvada Birlik İqtisadi Şurasının 101-ci iclası keçirilir.
Ermənistan Moskvada keçirilən Müstəqil Dövlətlər Birliyi ölkələri İqtisadi Şurasının 101-ci iclasına yüksək səviyyəli nümayəndə heyəti göndərməkdən imtina edib. Adətən MDB İqtisadi Şurasının tədbirində Ermənistanı baş nazirin müavini Mqer Qriqoryan təmsil edib. Bu dəfə də İrəvan tədbirə Belarusdakı səfirini göndərməklə kifayətlənib.
Qeyd edək ki, MDB İqtisadi Şurasının 101-ci iclasında Azərbaycanı Baş nazirin müavini Yaqub Eyyubov təmsil edir. Rusiya tərəfindən isə hökumət sədrinin müavini Aleksey Overçuk iştirak edir.
Moskvada martın 29-da MDB İqtisadi Şurasının 101-ci iclası keçirilib, iclasda Birlik ölkələri arasında iqtisadi əməkdaşlığın geniş spektri məsələləri nəzərdən keçirilib.
İclasa Rusiya Federasiyası Hökuməti sədrinin müavini Aleksey Overçuk sədrlik edib.
İclasda Azərbaycanı Baş nazirin birinci müavini Yaqub Eyyubov təmsil edib.
İqtisadi Şuranın üzvləri MDB-nin Regionlararası və Transsərhəd Əməkdaşlıq Şurasının 2019-2023-cü illərdə fəaliyyəti haqqında məlumatı dinləyiblər.
İclasda MDB ölkələri arasında kimya sənayesi sahəsində əməkdaşlığın gələcək inkişafı Konsepsiyası və onun həyata keçirilməsi üzrə Tədbirlər Planı, MDB ölkələrinin qarşılıqlı ticarətində maneələr məsələsi və onların aradan qaldırılması üçün tövsiyələr, yüngül sənayedə əməkdaşlıq, MDB orqanlarının maliyyələşdirilməsi, sığorta xidmətləri bazarının inkişafı, 2030-cu ilə qədər olan dövr üçün MDB-nin İqtisadi İnkişaf Strategiyasının birinci mərhələsinin həyata keçirilməsi üzrə Tədbirlər Planının icrası mələsələrinə baxılıb.
İqtisadi Şuranın növbəti iclasının 2024-cü il iyunun 21-də Moskvada keçirilməsi planlaşdırılır.