Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Ermənistan rəsmiləri Avropa İttifaqına daha çox bel bağlamaq lazım gəldiyini deyirlər

© Sputnik / Рамиль Ситдиков / Mediabanka keçidМинистр иностранных дел РФ Сергей Лавров на пресс-конференции в Москве
Министр иностранных дел РФ Сергей Лавров на пресс-конференции в Москве - Sputnik Azərbaycan, 1920, 29.03.2024
Abunə olmaq
Lavrovun fikrincə, Ermənistan rəhbərliyi uydurma bəhanələrlə bilərəkdən vəziyyəti Rusiya ilə münasibətlərin pozulmasına aparır.
BAKI, 29 mart - Sputnik. Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistan baş naziri Nikol Paşinyanı ikitərəfli münasibətlərin pozulmasında ittiham edib.
O, bu barədə “İzvestiya”ya müsahibəsində deyib.
“Müxtəlif görüşlər üçün İrəvana gedəndə baş nazir Nikol Paşinyanla da danışmışam. Mənə elə gəlirdi ki, o, Rusiya ilə müttəfiqlik münasibətlərinin davam etdirilməsinin, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsində qarşılıqlı fəaliyyətin Ermənistana nə fayda gətirəcəyini hələ də başa düşür. Amma indi həm Ermənistanın Təhlükəsizlik Şurasında, həm də parlamentdə Ermənistan rəsmiləri birbaşa deyirlər ki, bizə Avropa İttifaqına daha çox bel bağlamaq lazımdır. Onların sözlərinə görə, KTMT guya respublika qarşısında öz öhdəliklərini yerinə yetirmir” - Lavrov bildirib.
Lavrovun fikrincə, Ermənistan rəhbərliyi uydurma bəhanələrlə bilərəkdən vəziyyəti Rusiya ilə münasibətlərin pozulmasına aparır.
“Ermənistan rəhbərliyi, açığını desəm, son üç il, üç il yarımın tarixini təhrif edərək, uydurma bəhanələrlə bilərəkdən Rusiya Federasiyası ilə münasibətlərin pozulmasına gətirib çıxarır” - Lavrov bildirib.
Rusiya XİN rəhbəri qeyd edib ki, məhz KTMT çətin situasiyalarda Ermənistanın maraqlarını dəfələrlə müdafiə edib, rəsmi İrəvan bunu qeyd etmir.
O, xatırladıb ki, respublikanın Azərbaycanla münasibətlərindəki gərginliyi azaltmaq üçün təşkilat 2021-ci ildə Ermənistana sülhməramlı missiya göndərməyə hazır olub.
“Missiyanın mandatı 2021-ci ilin payızında İrəvanda keçirilən nazirlərin görüşündə tam razılaşdırılıb. Gecəyə qədər oturduq, hər şeyi təsdiqlədik. Səhər prezidentlər və baş nazirlər artıq görüşəndə ​​cənab Paşinyan bildirdi ki, konsensus yoxdur və bir neçə gün sonra o, Ermənistana Avropa İttifaqının eyni sülhməramlı missiyasını dəvət etdi” - nazir bildirib.
Lavrov həmçinin vurğulayıb ki, hazırda Ermənistana Norveç, Kanada və ABŞ-dan əlavə hərbi qulluqçu kontingentləri göndərilir və bu, Avropa İttifaqının missiyasını Şimali Atlantika Alyansının missiyasına çevirir.
Bir müddət əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Azərbaycan Aİ-nin Ermənistandakı missiyasının funksiyalarına mənfi münasibət bəsləyir, ona görə də onun effektivliyi şübhə altına alına bilər.
Ermənistan parlamenti Avropa İttifaqı ilə 2023-cü ilin noyabrında imzalanmış, müşahidəçilərə toxunulmazlıq və güzəştlər verən Aİ-nin Azərbaycanla sərhəddə missiyasının statusu haqqında sazişi ratifikasiya edib. Razılaşmaya uyğun olaraq, missiyanın üzvləri saxlanıla və ya həbs edilə bilməz və şəxsi heyət bütün hallarda ev sahibi ölkədə cinayət təqibindən immunitetə ​​malikdir.
20 fevral 2023-cü ildə Avropa İttifaqı Ermənistan-Azərbaycan sərhədinin Ermənistan tərəfində mülki missiyaya başlayıb. Əvvəlcə missiyanın ümumi mülki heyətinin sayı təxminən 100 nəfər, o cümlədən təxminən 50 silahsız müşahidəçidən ibarət idi. Dekabrda Aİ ölkələrinin xarici işlər nazirləri onun sayını 209 nəfərə çatdırmaq qərarına gəliblər.
Daha əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirmişdi ki, Moskva Aİ-nin Ermənistanda möhkəmlənmək istəyini sırf geosiyasi mənada görür, “Zaqafqaziyada münasibətlərin real normallaşması maraqlarından uzaqdır”, məqsəd “Rusiyanı regiondan sıxışdırıb çıxarmaq və təhlükəsizliyin əsas təminatçısı kimi tarixi rolunu zəiflətmək”dir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0