Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Ermənistan Qərbin təhlükəli planlarının həyata keçirilməsi üçün alətə çevrilir - Zaxarova

© Sputnik / Сергей ГунеевMariya Zaxarova
Mariya Zaxarova - Sputnik Azərbaycan, 1920, 28.03.2024
Abunə olmaq
Azərbaycan Xarici İşlər Nazirliyi aprelin 5-də Brüsseldə keçiriləcək Aİ-Ermənistan-ABŞ müştərək konfransı ilə bağlı açıqlamasında bildirib ki, Avropa İttifaqı və ABŞ tərəfindən bu kimi fəaliyyətlər açıq şəkildə birtərəfli və qərəzli xarakter daşıyır.
BAKI, 28 mart — Sputnik. Ermənistan-Aİ-ABŞ görüşü Rusiyada narahatlıq yaradır, çünki Brüssel və Vaşinqton bu cür tədbirlərin anti-Rusiya mahiyyətini birbaşa deyir. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
Bundan əvvəl İrəvanda Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen, ABŞ dövlət katibi Entoni Blinken və Ermənistanın baş naziri Nikol Paşinyan arasında aprelin 5-nə planlaşdırılan görüşün heç bir üçüncü tərəfə qarşı yönəlmədiyi bildirilib.

"Bu cür hadisələr Rusiyada narahatlıq doğurur, çünki ABŞ və Aİ nümayəndələri bizim tərəfdaşlarımıza birbaşa deyirlər ki, onların əsas diqqəti yalnız Rusiyaya qarşıdır. Onlar bunu birbaşa, açıq mətnlə deyirlər" - Zaxarova "Telegram" kanalında yazıb.

O qeyd edib ki, bu cür görüşlər Bakı ilə İrəvan arasında sülh deyil, Qərbi öz destruktiv yanaşmaları ilə Cənubi Qafqaza tanıtmaq, orada yeni bölücü xətlər yaratmaq, region ölkələrini bu görüşə məcbur etmək məqsədi daşıdığından regionda da narahatlıq yaradır.

"Niyə rəsmi İrəvan nədən söhbət getdiyini başa düşmədiyini iddia edir, böyük sualdır. Axı Ermənistan bütün dünyanın gözü qarşısında kollektiv Qərbin son dərəcə təhlükəli planlarının həyata keçirilməsi üçün alətə çevrilir. Erməni xalqının köklü maraqları ilə tamamilə ziddiyyət təşkil edir" - Zaxarova vurğulayıb.

Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin aprelin 5-də Brüsseldə keçiriləcək Aİ-Ermənistan-ABŞ müştərək konfransı ilə bağlı açıqlamasında bildirilib ki, Avropa İttifaqı və ABŞ tərəfindən bu kimi fəaliyyətlər açıq şəkildə birtərəfli və qərəzli xarakter daşıyır və ikili standart yanaşmasına əsaslanır. Sözügedən konfrans tam şəffaf şəkildə keçirilmir, regional inklüzivlikdən məhrumdur və regionda təşviq edilən və çox ehtiyac duyulan etimad quruculuğuna və inteqrasiyaya ziddir. Bu konfrans, erməni tərəfini xoş niyyətlə danışıqlara sövq etmək əvəzinə, regionda yeni bölücü xətlər və dırnaqarası təsir dairələri yaradır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0