https://sputnik.az/20240326/telequlle-surusur-mutexessis-gozlenilen-tehlukenin-qarsisini-almaga-cagirdi-463362313.html
"Teleqüllə" sürüşür? Mütəxəssis gözlənilən təhlükənin qarşısını almağa çağırdı
"Teleqüllə" sürüşür? Mütəxəssis gözlənilən təhlükənin qarşısını almağa çağırdı
Sputnik Azərbaycan
Mirnuh İsmayılov bildirib ki, "Teleqüllə"nin əsası möhkəm suxurlara qədər davam etsə də, tədbirlərin görülməsi vacibdir. 26.03.2024, Sputnik Azərbaycan
2024-03-26T10:01+0400
2024-03-26T10:01+0400
2024-03-26T10:01+0400
teleqüllə
sürüşmə
sürüşmə zonası
sürüşmə prosesi
sürüşmə sahəsi
sürüşmə təhlükəsi
azərbaycan ssr nazirlər soveti
azərbaycan ssr nazirlər soveti
paytaxt xəbərləri
bakı
https://cdnn1.img.sputnik.az/img/40704/62/407046218_0:0:2001:1125_1920x0_80_0_0_d3dee30d69323727f57a0bc19d04ffad.jpg
BAKI, 26 mart — Sputnik. "Teleqüllə"nin yerləşdiyi ərazi sürüşmə təhlükəsi olan, riskli sahə hesab olunur. Bayıl yamacı, eləcə də Bakı Amfiteatrının qanad hissələri də sürüşmə təhlükəli, riskli sahələrdir". Bu sözləri Sputnik Azərbaycan-a "Teleqüllə" ərazisində sürüşməyə qarşı qabaqlayıcı tədbirlərin görülməsini şərh edən AMEA-nın Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin struktur bölmənin rəhbəri Mirnuh İsmayılov bildirib. Onun sözlərinə görə, "Teleqüllə"nin əsası möhkəm suxurlara qədər davam edir. Ona görə də sürüşmə təhlükəsi olmamalıdır. Bununla belə, sürüşməyə qarşı tədbirlərin görülməsi vacibdir. "Onlar sürüşmə meyilli suxurlar deyil. Əslində "Teleqüllə" və o ərazidəki binalar istinad divarları kimi sürüşmənin qarşısını alır. Amma həmin ərazilərdə tikinti işləri aparıldıqda, ehtiyatla davranılmalı, sürüşmələr nəzərə alınmalıdır. Çünki, suxurların tərkibi, layların istiqaməti sürüşmə meylli olmasını təsdiq edən amillərdir" - M. İsmayılov bildirib. Qeyd edək ki, bu günlərdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında "Radio Televiziya Yayımı və Peyk Rabitəsi" İstehsalat Birliyi Bakı Teleqüllə Kompleksinin ərazisində sürüşməyə qarşı qabaqlayıcı tədbirlərin görüləcəyi barədə məlumat yayıb. Məlumata görə, bu tədbirlər Fövqəladə Hallar Nazirliyinin rəyi əsasında ilk dəfə görüləcək. "Nazirliyin mütəxəssisləri burada qiymətləndirmə işləri aparıb və qərar veriblər ki, mümkün sürüşmə təhlükəsinə qarşı qabaqlayıcı tədbirlər görülsün" - məlumatda qeyd olunub. Nazirlikdən Sputnik Azərbaycan-a bildirilib ki, "Radio Televiziya Yayımı və Peyk Rabitəsi" İstehsalat Birliyi Bakı Teleqüllə Kompleksi binasının +5 m-+10 m mərtəbəarası səviyyədə yükdaşıyıcı konstruksiyaların birləşmə düyünlərinin gücləndirilməsi üçün mal-materialların və işlərin satınalınması üçün tender elan edib. Sürüşməyə qarşı qabaqlayıcı tədbirlərin görüləməsi nazirliyin səlahiyyətində deyil. Fövqəladə Hallar Nazirliyindən (FHN) isə Sputnik Azərbaycan-a bildirilib ki, FHN bu işi Bakı Teleqüllə Kompleksinin sifarişi əsasında yerinə yetirdiyindən, rəy də həmin quruma veriləcək. Xatırladaq ki, 2018-ci ildə "Teleqüllə" nin ətrafında uzunluğu 70, eni 1, dərinliyi isə 6-7 metr olan çatlar yaranmışdı. Həmin ərəfədə ərazidəki qəzalı vəziyyətdə olan 90-a yaxın evin sakini köçürülüb. Məlumat üçün onu da bildirək ki, Bakı Televiziya Qülləsi SSRİ Nazirlər Sovetinin qərarı və Azərbaycan SSR Rabitə Nazirliyinin sifarişi əsasında layihələşdirilib. Tikinti işləri 1979-cu ildə başlayıb və 1996-cı ildə inşası yekunlaşdırılıb. Qüllənin hündürlüyü 310 metrdir (Xəzər dənizi səviyyəsindən 480 metr). Bu, Azərbaycan ərazisində ən hündür tikili və dünyada hündürlüyünə görə 38-ci Televiziya Qülləsidir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40704/62/407046218_57:0:1764:1280_1920x0_80_0_0_e3626f3381b3797374406c037eb5f455.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
teleqüllə, sürüşmə, sürüşmə zonası, sürüşmə prosesi, sürüşmə sahəsi, sürüşmə təhlükəsi, azərbaycan ssr nazirlər soveti, azərbaycan ssr nazirlər soveti, bakı
teleqüllə, sürüşmə, sürüşmə zonası, sürüşmə prosesi, sürüşmə sahəsi, sürüşmə təhlükəsi, azərbaycan ssr nazirlər soveti, azərbaycan ssr nazirlər soveti, bakı
"Teleqüllə" sürüşür? Mütəxəssis gözlənilən təhlükənin qarşısını almağa çağırdı
Mirnuh İsmayılov bildirib ki, "Teleqüllə"nin əsası möhkəm suxurlara qədər davam etsə də, tədbirlərin görülməsi vacibdir.
BAKI, 26 mart — Sputnik. "Teleqüllə"nin yerləşdiyi ərazi sürüşmə təhlükəsi olan, riskli sahə hesab olunur. Bayıl yamacı, eləcə də Bakı Amfiteatrının qanad hissələri də sürüşmə təhlükəli, riskli sahələrdir".
Bu sözləri Sputnik Azərbaycan-a "Teleqüllə" ərazisində sürüşməyə qarşı qabaqlayıcı tədbirlərin görülməsini şərh edən AMEA-nın Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin struktur bölmənin rəhbəri Mirnuh İsmayılov bildirib.
Onun sözlərinə görə, "Teleqüllə"nin əsası möhkəm suxurlara qədər davam edir. Ona görə də sürüşmə təhlükəsi olmamalıdır. Bununla belə, sürüşməyə qarşı tədbirlərin görülməsi vacibdir.
"Onlar sürüşmə meyilli suxurlar deyil. Əslində "Teleqüllə" və o ərazidəki binalar istinad divarları kimi sürüşmənin qarşısını alır. Amma həmin ərazilərdə tikinti işləri aparıldıqda, ehtiyatla davranılmalı, sürüşmələr nəzərə alınmalıdır. Çünki, suxurların tərkibi, layların istiqaməti sürüşmə meylli olmasını təsdiq edən amillərdir" - M. İsmayılov bildirib.
Qeyd edək ki, bu günlərdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında "Radio Televiziya Yayımı və Peyk Rabitəsi" İstehsalat Birliyi Bakı Teleqüllə Kompleksinin ərazisində sürüşməyə qarşı qabaqlayıcı tədbirlərin görüləcəyi barədə məlumat yayıb. Məlumata görə, bu tədbirlər Fövqəladə Hallar Nazirliyinin rəyi əsasında ilk dəfə görüləcək.
"Nazirliyin mütəxəssisləri burada qiymətləndirmə işləri aparıb və qərar veriblər ki, mümkün sürüşmə təhlükəsinə qarşı qabaqlayıcı tədbirlər görülsün" - məlumatda qeyd olunub.
Nazirlikdən Sputnik Azərbaycan-a bildirilib ki, "Radio Televiziya Yayımı və Peyk Rabitəsi" İstehsalat Birliyi Bakı Teleqüllə Kompleksi binasının +5 m-+10 m mərtəbəarası səviyyədə yükdaşıyıcı konstruksiyaların birləşmə düyünlərinin gücləndirilməsi üçün mal-materialların və işlərin satınalınması üçün tender elan edib. Sürüşməyə qarşı qabaqlayıcı tədbirlərin görüləməsi nazirliyin səlahiyyətində deyil.
Fövqəladə Hallar Nazirliyindən (FHN) isə Sputnik Azərbaycan-a bildirilib ki, FHN bu işi Bakı Teleqüllə Kompleksinin sifarişi əsasında yerinə yetirdiyindən, rəy də həmin quruma veriləcək.
Xatırladaq ki, 2018-ci ildə "Teleqüllə" nin ətrafında uzunluğu 70, eni 1, dərinliyi isə 6-7 metr olan çatlar yaranmışdı. Həmin ərəfədə ərazidəki qəzalı vəziyyətdə olan 90-a yaxın evin sakini köçürülüb.
Məlumat üçün onu da bildirək ki, Bakı Televiziya Qülləsi SSRİ Nazirlər Sovetinin qərarı və Azərbaycan SSR Rabitə Nazirliyinin sifarişi əsasında layihələşdirilib. Tikinti işləri 1979-cu ildə başlayıb və 1996-cı ildə inşası yekunlaşdırılıb. Qüllənin hündürlüyü 310 metrdir (Xəzər dənizi səviyyəsindən 480 metr). Bu, Azərbaycan ərazisində ən hündür tikili və dünyada hündürlüyünə görə 38-ci Televiziya Qülləsidir.