CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xankəndidə yenə silah-sursat aşkarlanıb

© AR Ministry of Internal AffairsSilah-sursat
Silah-sursat  - Sputnik Azərbaycan, 1920, 22.04.2024
Abunə olmaq
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
BAKI, 22 aprel - Sputnik. Polis əməkdaşları Xankəndi şəhərində avtomat, qumbara və qumbaraatanlar tapıblar.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, keçirilən tədbirlərlə aprelin 20-də və 21-də Xankəndi şəhəri ərazisindən 13 ədəd müxtəlif markalı avtomat silahı, 23 qumbara, 2 qumbaraatan, 11 alışdırıcı, 68 patron darağı, 2780 ədəd müxtəlif çaplı patron, 7 ədəd süngü-bıçaq və digər sursatlar aşkar olunaraq götürülüb.
20.04.24
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə aprelin 19-da Xankəndi şəhəri ərazisindən 7 ədəd müxtəlif markalı avtomat silahı, 1 tapança, 2 tüfəng, 6 qumbara, 5 alışdırıcı, 33 patron darağı, 1348 ədəd müxtəlif çaplı patron, 2 ədəd rabitə vasitəsi və digər sursatlar aşkar olunaraq götürülüb.
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
13.04.24
Xankəndi şəhəri ərazisindən xeyli sayda silah-sursat aşkarlanıb.
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə aprelin 12-də Xankəndi şəhəri ərazisindən 9 ədəd müxtəlif markalı avtomat silahı, 3 tüfəng, 4 qumbara, 1 fişəng tapançası, 2 tüstüverici şaşka, 35 patron darağı, 880 ədəd müxtəlif çaplı patron, 1 süngü-bıçaq və digər sursatlar aşkar olunaraq götürülüb.
10.04.24
Aprelin 9-da Xankəndi şəhəri ərazisində 11 avtomat, 11 qumbara və 1 qumbaraatan aşkarlanıb.
Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, bundan başqa, şəhər ərazisindən 4 tapança, 1 tüfəng, 3 mərmi, 14 alışdırıcı, 34 patron darağı, 1580 ədəd müxtəlif çaplı patron, 13 ədəd süngü bıçaq və digər sursatlar aşkar olunaraq götürülüb.
08.04.24, 10:48
Xankəndi şəhərində 12 silah, 18 qumbara aşkarlanıb.
Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, aprelin 6-7-də Xankəndidən 10 ədəd müxtəlif markalı avtomat silahı, 1 tapança, 1 tüfəng, 18 qumbara, 19 alışdırıcı, 3 trotil, 57 patron darağı, 4467 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.
Bundan başqa, həftəsonu paytaxtda və ayrı-ayrı rayonlarda 4 tüfəng və 17 ədəd müxtəlif çaplı patron təhvil götürülüb.
Eyni zamanda qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində tədbirlər çərçivəsində aprelin 6-7-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə 1 tapança, 1 tüfəng, 1 patron darağı və 8 ədəd patron aşkar edilərək götürülüb.
05.04.24
Polis əməkdaşları Xankəndi şəhərində avtomat və qumbaralar tapıblar.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, keçirilən tədbirlərlə aprelin 4-də Xankəndi şəhəri ərazisindən 3 avtomat silahı, 2 tüfəng, 5 qumbara, 37 patron darağı, 3148 ədəd müxtəlif çaplı patron, 6 ədəd rabitə vasitəsi və digər sursatlar aşkar olunaraq götürülüb.
26.03.24
Polis əməkdaşları Xankəndi şəhərində avtomat, saatlı bomba və qumbaralar aşkarlayıblar.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, keçirilən tədbirlərlə martın 25-də Xankəndi şəhəri ərazisindən 6 avtomat silahı, 1 tapança, 6 tüfəng, 19 qumbara, 1 saatlı bomba, 19 alışdırıcı, 50 patron darağı, 6321 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.
24.03.24
Xankəndi şəhərində məktəb və Musiqi Kollecinin zirzəmilərindən silah-sursat tapılıb.
Bu barədə DİN-in Mətbuat xidmətindən məlumat verilib.
Qeyd olunub ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 23-də Xankəndi şəhərində yerləşən məktəblərdən birinin və Musiqi Kollecinin zirzəmilərindən, həmçinin şəhər ərazisindən ümumilikdə 15 avtomat silahı, 4 pulemyot, 7 qumbara, 6 tüfəng, 52 patron darağı, 5 alışdırıcı, 5014 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.
22.03.24
Xankəndi şəhəri ərazisindən silah-sursat tapılıb.
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 21-də Xankəndi şəhəri ərazisindən 19 avtomat silahı, 1 pulemyot, 4 tapança, 3 tüfəng, 1 qumbaraatan, 10 qumbara, 47 patron darağı, 8602 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.
19.03.24
Xankəndidə xeyli silah-sursat tapılıb. Bu barədə DİN məlumat yayıb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 18-də Xankəndi şəhəri ərazisindən 4 ədəd müxtəlif markalı avtomat silahı, 1 pulemyot, 1 tapança, 3 qumbara, 3 qumbara alışdırıcısı, 1 tüfəng, 33 patron darağı, 805 ədəd müxtəlif çaplı patron, 6 ədəd süngü-bıçaq və digər sursatlar aşkar olunaraq götürülüb.
Xəbər lenti
0