Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Türkiyə Sinop və Trakyada AES-lərdə kiminlə çalışacağına tezliklə qərar verəcək

© AFP 2023 / OZAN KOSE"Akkuyu" AES-in tikintisi, arxiv şəkli
Akkuyu AES-in tikintisi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 25.03.2024
Abunə olmaq
Bir qədər əvvəl Rosatom-un baş direktoru Aleksey Lixaçov Rusiyanın Türkiyədə üçüncü atom elektrik stansiyasının tikintisi üzrə tenderdə iştirak etməyə hazır olduğunu bildirib.
BAKI, 25 mart - Sputnik. Türkiyə SinopTrakyadakı ikinci və üçüncü atom elektrik stansiyalarında (AES) kiminlə əməkdaşlıq edəcəyinə tezliklə qərar verəcək. Bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar Rusiyada keçirilən Atomexpo sərgisi əsnasında bildirib.

“O nüvə stansiyalarına gəlincə: Sinop və Trakya, Sinopun bir hissəsində biz kifayət qədər ciddi irəliləyiş əldə etmişik... Güman edirik ki, yaxın gələcəkdə həm Trakyadakı layihədə, həm də Sinopdakı layihədə kiminlə işləyəcəyimizi anlayacağıq”, - deyə nazir bildirib.

© Sputnik / Murad OrujovTürkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar, arxiv
На Бакинском энергетическом форуме - Sputnik Azərbaycan, 1920, 25.03.2024
Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar, arxiv
Bayraktar Ankaranın Sinop atom elektrik stansiyası layihəsi ilə bağlı Rosatom ilə əlaqə saxladığını vurğulayıb, “iş qaydaya qoyulub” deyib.
Bir müddət əvvəl Rosatom-un baş direktoru Aleksey Lixaçov Türkiyədə üçüncü atom elektrik stansiyasının tikintisi üzrə tenderdə iştirak etməyə hazır olduğunu açıqlayaraq dövlət korporasiyasınln rəqabətdən qorxmadığını bildirib.
© Sputnik / Игорь Руссак / Mediabanka keçidRosatom-un baş direktoru Aleksey Lixaçov, arxiv
Деловой круглый стол Латинская Америка: глобализация и новые центры влияния в рамках ПМЭФ 2015 - Sputnik Azərbaycan, 1920, 25.03.2024
Rosatom-un baş direktoru Aleksey Lixaçov, arxiv
Lixaçovun sözlərinə görə, Türkiyənin də Rusiyaya həvalə etdiyi Sinopdakı ikinci atom elektrik stansiyası ilə bağlı hazırda Rosatom və Türkiyənin Energetika Nazirliyi danışıqlar aparır.
Rusiyanın iştirakı ilə Türkiyənin ilk atom elektrik stansiyası olan Akkuyu-nun tikintisi qrafikə uyğun olaraq ciddi şəkildə davam edir, onun 1 nömrəli enerji blokunun tikintiyə hazırlığı 90%-i ötür.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0