DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Olaf Şolts: Putinlə zamanı gələndə danışıqlar aparacağam

© AFP 2023 / TOBIAS SCHWARZOlaf Şolts, arxiv şəkli
Olaf Şolts, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 13.04.2024
Abunə olmaq
Onun sözlərinə görə, bunun baş verməsi üçün Rusiya tərəfindən müəyyən şərtlər yerinə yetirilməlidir.
BAKI, 13 aprel - Sputnik. Almaniya Kansleri Olaf Şolts Rusiya Prezidenti Vladimir Putinlə birbaşa danışıqların mümkünlüyünü istisna etməyib.
Bu barədə “Report” xəbər verir.
Jurnalistin Putinlə danışıqların mümkünlüyü ilə bağlı sualını cavablandıran O.Şolts qeyd edib: “Bu, vaxtı gələndə baş verəcək”.
Onun sözlərinə görə, bunun baş verməsi üçün Rusiya tərəfindən müəyyən şərtlər yerinə yetirilməlidir:
“Rusiya diktə yolu sülhü əldə etməyin mümkün olmayacağını başa düşsə, Putin hərbi kampaniyanı dayandırmalı, qoşunlarını geri çəkməli olduğunu anlasa, bu baş verəcək”.
24.03.24
Rusiya prezidenti Vladimir Putinlə birbaşa danışıqlar üçün düzgün an lazımdır. Handelsblatt xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts deyib.
Şolts "Avropa 2024" konfransı zamanı Putinlə danışıqların mümkünlüyünü şərh edib. O, Fransa prezidenti Emmanuel Makron kimi Rusiya lideri ilə bir ildən çox əvvəl birbaşa danışdığını bildirib.
Almaniya kansleri deyib: "İkimiz də dedik ki, bunu yenidən edəcəyik, amma bu an doğru olmalıdır".
Onun fikrincə, danışıqlara başlamaq üçün Qərb Rusiya rəhbərliyini tələb olunan müddətdə Ukraynanı dəstəkləməyə hazır olduğuna inandırmalıdır. O əlavə edib ki, bu halda ədalətli sülhə nail olmaq mümkün olacaq.
Xəbər lenti
0