QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Xankəndidə qanunsuz silah-sursat aşkarlanıb

© Photo : Ministry of Emergency Situations (Azerbaijan)Silha-sursat, arxiv
Silha-sursat, arxiv - Sputnik Azərbaycan, 1920, 20.03.2024
Abunə olmaq
Azərbaycanın hüquq-mühafizə orqanları işğaldan azad olunmuş ərazilərdə silahların aşkar olunması istiqamətində tədbirləri davam etdirir.
BAKI, 20 mart - Sputnik. Martın 19-da polis əməkdaşları Xankəndi şəhəri ərazisində əməliyyat keçiriblər. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Tədbirlər nəticəsində Xankəndi şəhəri ərazisindən 2 ədəd müxtəlif markalı avtomat silahı, 1 tapança, 4 qumbara, 2 qumbara alışdırıcısı, 10 patron darağı, 190 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.
Azərbaycanın hüquq-mühafizə orqanları işğaldan azad olunmuş ərazilərdə silahların aşkar olunması istiqamətində tədbirləri davam etdirir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0