https://sputnik.az/20240320/sgaldan-azad-olunmus-erazilerinin-turizm-potensiali-moskva-sergisinde-teqdim-edilir-463422522.html
İşğaldan azad olunmuş ərazilərinin turizm potensialı Moskva sərgisində təqdim edilir
İşğaldan azad olunmuş ərazilərinin turizm potensialı Moskva sərgisində təqdim edilir
Sputnik Azərbaycan
Moskvada 30-cu “MITT - beynəlxalq turizm və qonaqpərvərlik sənayesi” sərgisi keçirilir. 20.03.2024, Sputnik Azərbaycan
2024-03-20T17:42+0400
2024-03-20T17:42+0400
2024-03-20T17:42+0400
rusiya
dövlət turizm agentliyi
moskva
sərgi
turizm
https://cdnn1.img.sputnik.az/img/07e8/03/14/463421864_0:0:1120:630_1920x0_80_0_0_3005d8f27de1bde3d3220a9eb97f980f.jpg
BAKI, 20 mart - Sputnik. Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin turizm potensialı Rusiyada keçirilən 30-cu “MITT - beynəlxalq turizm və qonaqpərvərlik sənayesi” sərgisində təqdim olunur.Bunu Azərbaycan Dövlət İnformasiya Agentliyinə müsahibəsində Dövlət Turizm Agentliyi sədrinin müşaviri Kənan Quluzadə deyib.O bildirib ki, 30-cu “MITT - beynəlxalq turizm və qonaqpərvərlik sənayesi” sərgisində ölkəmizi “Azərbaycan Hava Yolları” QSC, “Şahdağ” Turizm Mərkəzi ilə yanaşı, 13 yerli sənaye nümayəndəsi təmsil edir.K.Quluzadə xatırladıb ki, martın əvvəlində Azərbaycan ilə Rusiya arasında 2024-2026-cı illəri əhatə edən hökumətlərarası saziş imzalanıb. Üç il ərzində digər sahələrlə yanaşı, turizm sahəsində də əməkdaşlığı genişləndirmək nəzərdə tutulub. O, həmçinin yaxın vaxtlarda Azərbaycan Turizm Agentliyinin Rusiyada nümayəndəliyinin açılacağını da diqqətə çatdırıb.Moskva sərgisində Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin turizm potensialının da təqdim olunduğunu vurğulayan Dövlət Turizm Agentliyinin nümayəndəsi deyib:Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/03/14/463421864_140:0:980:630_1920x0_80_0_0_0360a02fa4aa893a4cf393a954e9370c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
dövlət turizm agentliyi, moskva, sərgi, turizm
dövlət turizm agentliyi, moskva, sərgi, turizm
İşğaldan azad olunmuş ərazilərinin turizm potensialı Moskva sərgisində təqdim edilir
Moskvada 30-cu “MITT - beynəlxalq turizm və qonaqpərvərlik sənayesi” sərgisi keçirilir.
BAKI, 20 mart - Sputnik. Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin turizm potensialı Rusiyada keçirilən 30-cu “MITT - beynəlxalq turizm və qonaqpərvərlik sənayesi” sərgisində təqdim olunur.
Bunu Azərbaycan Dövlət İnformasiya Agentliyinə müsahibəsində Dövlət Turizm Agentliyi sədrinin müşaviri Kənan Quluzadə deyib.
O bildirib ki, 30-cu “MITT - beynəlxalq turizm və qonaqpərvərlik sənayesi” sərgisində ölkəmizi “Azərbaycan Hava Yolları” QSC, “Şahdağ” Turizm Mərkəzi ilə yanaşı, 13 yerli sənaye nümayəndəsi təmsil edir.
“Rusiya Azərbaycan turizmi üçün prioritet bazarlardan biridir. Ötən il Azərbaycana səfər edən xarici turistlər arasında ilk yeri məhz Rusiya Federasiyasının vətəndaşları tutub. Belə ki, 40 faiz artımla 624 mindən çox Rusiya vətəndaşı Azərbaycana səfər edib. Rusiya vətəndaşlarının xarici ölkələrə etdikləri səfərlər arasında da ilk yeri Azərbaycan vətəndaşları tutur. Biz Rusiyadan Azərbaycana gələn turistlərin sayını daha da artırmağı planlaşdırırıq”, - deyə o bildirib.
K.Quluzadə xatırladıb ki, martın əvvəlində Azərbaycan ilə Rusiya arasında 2024-2026-cı illəri əhatə edən hökumətlərarası saziş imzalanıb. Üç il ərzində digər sahələrlə yanaşı, turizm sahəsində də əməkdaşlığı genişləndirmək nəzərdə tutulub. O, həmçinin yaxın vaxtlarda Azərbaycan Turizm Agentliyinin Rusiyada nümayəndəliyinin açılacağını da diqqətə çatdırıb.
Moskva sərgisində Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin turizm potensialının da təqdim olunduğunu vurğulayan Dövlət Turizm Agentliyinin nümayəndəsi deyib:
“Azad olunmuş ərazilərimiz dünya üçün yeni formalaşan disseminasiyadır. Bu ərazilərdə rekord sürətlə infrastruktur, o cümlədən turizm infrastrukturu yaradılır. Cari ildən etibarən azad edilmiş ərazilərə xarici turistlərin səfərləri təşkil olunur. Müxtəlif ölkələrdən, o cümlədən Rusiyadan da işğaldan azad edilmiş ərazilərə turistləri cəlb etməyə başlamışıq. Biz görürük ki, sərgilərdə, beynəlxalq tədbirlərdə bu ərazilərə maraq böyükdür. Azərbaycanın Qarabağ İqtisadi Zonasının güclü turizm potensialı var. Orada müxtəlif turizm xidmətləri, o cümlədən yay turizmi, qastroturizm, qış turizmi ilə bağlı xidmətlər yaradılacaq ki, bütün ölkələrdən gələn turistlər bizim Qarabağımızı və Şərqi Zəngəzurumuzu görsünlər və bəyənsinlər”.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.