https://sputnik.az/20240318/genclik-metrostansiyasinin-yaninda-yeni-neqliyyat-mubadile-merkezi-yaradilib-463365884.html
"Gənclik" metrostansiyasının yanında yeni nəqliyyat mübadilə mərkəzi yaradılıb
"Gənclik" metrostansiyasının yanında yeni nəqliyyat mübadilə mərkəzi yaradılıb
Sputnik Azərbaycan
HUB sərnişinlərin rahatlığı və təhlükəsizliyi, avtobuslar üçün nəqliyyat şəraitinin yaxşılaşdırılması ilə yanaşı, Fətəli Xan Xoyski küçəsində yaranan sıxlıq və... 18.03.2024, Sputnik Azərbaycan
2024-03-18T19:50+0400
2024-03-18T19:50+0400
2024-03-18T19:53+0400
"gənclik" stansiyası
paytaxt xəbərləri
nəqliyyat
mübadilə
mərkəz
metro stansiyaları
bakı
https://cdnn1.img.sputnik.az/img/07e8/03/12/463365716_0:192:2048:1344_1920x0_80_0_0_d8430b009cf335073a2f8ba0f8a01868.jpg
BAKI, 18 mart — Sputnik. "Gənclik" metrostansiyasının yanında sərnişinlərin rahat gediş-gəlişinin təmin edilməsi məqsədilə yeni nəqliyyat mübadilə mərkəzi yaradılıb. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib. Məlumata görə, yeni HUB sərnişinlərin rahatlığı və təhlükəsizliyi, avtobuslar üçün nəqliyyat şəraitinin yaxşılaşdırılması ilə yanaşı, Fətəli Xan Xoyski küçəsində yaranan sıxlıq və tıxac hallarının azaldılmasında da böyük əhəmiyyətə malikdir. Tofiq Bəhramov adına Respublika Stadionunun qarşısında müvafiq nəqliyyat infrastrukturu yaradılıb. Müntəzəm marşrut avtobusları üçün dayanacaq məntəqələri quraşdırılıb, işıq dirəkləri yeniləri ilə əvəzlənib, yeni yol salınıb, yol nişanları quraşdırılıb və nişanlanma xətləri çəkilib. Avtobusların hərəkət etməsi üçün təhlükəsizlik adacığında zolaq təşkil olunub. "Gənclik Mall" ticarət mərkəzinin yeraltı parkinqinin girişində svetofor quraşdırılıb. İlkin mərhələdə nəqliyyat mübadilə mərkəzi ərazisində gün ərzində 12 müntəzəm marşrut xətti üzrə 181 avtobus fəaliyyət göstərəcək.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/03/12/463365716_0:0:2048:1536_1920x0_80_0_0_259fe333288c62ed1c380fe33b678b46.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
"gənclik" stansiyası, nəqliyyat, mübadilə, mərkəz, metro stansiyaları, bakı
"gənclik" stansiyası, nəqliyyat, mübadilə, mərkəz, metro stansiyaları, bakı
"Gənclik" metrostansiyasının yanında yeni nəqliyyat mübadilə mərkəzi yaradılıb
19:50 18.03.2024 (Yenilənib: 19:53 18.03.2024) HUB sərnişinlərin rahatlığı və təhlükəsizliyi, avtobuslar üçün nəqliyyat şəraitinin yaxşılaşdırılması ilə yanaşı, Fətəli Xan Xoyski küçəsində yaranan sıxlıq və tıxac hallarının azaldılmasında da böyük əhəmiyyətə malikdir.
BAKI, 18 mart — Sputnik. "Gənclik" metrostansiyasının yanında sərnişinlərin rahat gediş-gəlişinin təmin edilməsi məqsədilə yeni nəqliyyat mübadilə mərkəzi yaradılıb.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Məlumata görə, yeni HUB sərnişinlərin rahatlığı və təhlükəsizliyi, avtobuslar üçün nəqliyyat şəraitinin yaxşılaşdırılması ilə yanaşı, Fətəli Xan Xoyski küçəsində yaranan sıxlıq və tıxac hallarının azaldılmasında da böyük əhəmiyyətə malikdir.
Tofiq Bəhramov adına Respublika Stadionunun qarşısında müvafiq nəqliyyat infrastrukturu yaradılıb. Müntəzəm marşrut avtobusları üçün dayanacaq məntəqələri quraşdırılıb, işıq dirəkləri yeniləri ilə əvəzlənib, yeni yol salınıb, yol nişanları quraşdırılıb və nişanlanma xətləri çəkilib. Avtobusların hərəkət etməsi üçün təhlükəsizlik adacığında zolaq təşkil olunub. "Gənclik Mall" ticarət mərkəzinin yeraltı parkinqinin girişində svetofor quraşdırılıb.
İlkin mərhələdə nəqliyyat mübadilə mərkəzi ərazisində gün ərzində 12 müntəzəm marşrut xətti üzrə 181 avtobus fəaliyyət göstərəcək.