Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya beynəlxalq müqavilələrin inventarlaşdırılmasına başlayıb - Verşinin

© Sputnik / Сергей Гунеев / Mediabanka keçid Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Sergey Verşinin
 Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Sergey Verşinin - Sputnik Azərbaycan, 1920, 15.03.2024
Abunə olmaq
Bir müddət əvvəl Rusiya Federasiya Şurasının sədri Valentina Matvienko Rusiya Federasiyasının beynəlxalq müqavilələrinin auditinin aparılmasını və ölkəyə sərfəli olmayan müqavilələrin denonsasiya edilməsini təklif edib.
BAKI, 15 mart — Sputnik. Rusiya üçün əlverişsiz olan beynəlxalq müqavilələrin denonsasiyasına hazırlıq aktual məsələdir və Moskva artıq əvvəllər bağlanmış müqavilələrin inventarlaşdırılmasına başlayıb. Bunu Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Sergey Verşinin BMT-nin Narkotiklər üzrə Komissiyasının Vyanada keçirilən 67-ci sessiyası çərçivəsində jurnalistlərə bildirib.
Bir müddət əvvəl Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko Rusiya Federasiyasının beynəlxalq müqavilələrinin auditinin aparılmasını və ölkəyə sərfəli olmayan müqavilələrin denonsasiya edilməsini təklif edib.

"Hesab edirəm ki, bu, aktual məsələdir. Bu, Rusiyanın keçmişdə bağladığı beynəlxalq müqavilə və sazişlərin inventarlaşdırılması nöqteyi-nəzərindən aktualdır. Təbii ki, ilk növbədə biz ölkəmizin milli maraqlarına, o cümlədən bugünkü şəraitə uyğun hərəkət etməliyik. Rusiyanı təcrid etmək və ona maksimum ziyan vurmaq cəhdlərini görürük. Ona görə də bu cür işlərə artıq başlanılıb, ancaq bu, təkcə Xarici İşlər Nazirliyinin işindən ibarət deyil" - Verşinin bildirib.

Nazir müavininin sözlərinə görə, söhbət onlarla müxtəlif profilli sazişlərdən gedir.
"Bizə bu sazişlərin milli maraqlarımıza cavab verdiyini aydın təhlil etməliyik. Bundan sonra Rusiya qanunvericiliyi əsasında lazımi addımlar atılacaq" - o qeyd edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0