Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Peskov: Qərb Putinin açıqlamalarını şərh edərkən konteksti təhrif edib

© Sputnik / Сергей Гунеев / Mediabanka keçidRusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov
Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov - Sputnik Azərbaycan, 1920, 15.03.2024
Abunə olmaq
Kremlin nümayəndəsi vurğulayıb ki, Putin nüvə silahının tətbiqi ilə bağlı heç bir təhdid ifadə etməyib.
BAKI, 15 mart — Sputnik. Qərb Rusiya Prezidenti Vladimir Putinin xüsusi hərbi əməliyyat (XHƏ) zamanı taktiki nüvə silahından istifadə etmək ağlına gəlmədiyi barədə sözlərini bilərəkdən müsahibədən çıxarıb.
Bunu Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov deyib.
O, bunu kontekstdən sözləri qəsdən çıxarmaq adlandırıb. Kremlin nümayəndəsi vurğulayıb ki, Putin nüvə silahından istifadə ilə bağlı heç bir təhdid ifadə etməyib.
"Qərbdə "hərbi əməliyyatlar zamanı yaranan müxtəlif vəziyyətlərə baxmayaraq, taktiki nüvə silahından istifadə etmək ağla belə gəlməyib" kimi sözləri bilərəkdən müsahibədən çıxarıblar", - Peskov bildirib.
Rusiya dövlət başçısının mətbuat katibi söyləyib ki, Qərbin Rusiya prezidentini dinləmək istəməməsi yeni bir şey deyil. Moskva buna bənzər halları çoxdan müşahidə edib, xüsusən də son iki ildə.
Bu yaxınlarda Rusiya Prezidenti Vladimir Putin müsahibəsində bildirib ki, hərbi-texniki baxımdan Rusiya Federasiyası nüvə müharibəsinə hazırdır. Rusiya silahları daim döyüş hazırlığı vəziyyətindədir. Bundan əlavə, Rusiya dövlət başçısı vurğulayıb ki, əgər ABŞ öz nüvə silahını sınaqdan keçirərsə, Rusiya da eyni şeyi edəcək.
Xəbər lenti
0