Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Zaxarovadan Avropa Parlamentinin Rusiyadakı prezident seçkiləri ilə bağlı bəyanatına cavab

© Sputnik / Екатерина Чеснокова / Mediabanka keçidRusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova - Sputnik Azərbaycan, 1920, 14.03.2024
Abunə olmaq
Rusiya Federasiya Şurası prezident seçkilərini 2024-cü il martın 17-nə təyin edib. Səsvermə üç gün: 15, 16 və 17 mart tarixlərində davam edəcək.
BAKI, 14 mart — Sputnik. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Avropa Parlamentinin Rusiyada keçirilən seçkilər ərəfəsində nə seçki prosesinin özü, nə də nəticəsi ilə bağlı şərh verməyəcəyi ilə bağlı bəyanatına cavab verib.
Zaxarova bu barədə özünün "Telegram" kanalında yazıb.
"Avropa Parlamenti rəsmi olaraq bəyan edib ki, Rusiyadakı seçki prosesini müşahidə etməyəcək və buna görə də nə prosesin özünü, nə də nəticələrini şərh etməyəcək. Bunu hamı yadında saxladı? Mən – hə" – Zaxarova bildirib.
"İndi qoy onlar Rusiyada prezident seçkiləri haqqında bir söz deməyə çalışsınlar. O zaman hamı onların yalan danışdığını və ya ruhi xəstə olduğunu başa düşəcək" - o əlavə edib.
Xatırladaq ki, Rusiya Federasiya Şurası prezident seçkilərini 2024-cü il martın 17-nə təyin edib. Səsvermə üç gün: 15, 16 və 17 mart tarixlərində davam edəcək. Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyası tərəfindən qeydə alınmış 4 namizəd: Leonid Slutski, Nikolay Xaritonov, Vladislav Davankov və Vladimir Putin dövlət başçısı postu uğrunda mübarizə aparırlar.
Xəbər lenti
0