https://sputnik.az/20240313/rusiya-ermenistandan-diplomatik-kanallar-vasitesile-bildiris-almayib---zaxarova-463235557.html
Rusiya Ermənistandan diplomatik kanallar vasitəsilə bildiriş almayıb - Zaxarova
Rusiya Ermənistandan diplomatik kanallar vasitəsilə bildiriş almayıb - Zaxarova
Sputnik Azərbaycan
Rusiya Xİn sözçüsü bildirib ki, sözügedən bildiriş Ermənistan tərəfinin bir sıra qeyri-dost addımları fonunda verilib. 13.03.2024, Sputnik Azərbaycan
2024-03-13T17:55+0400
2024-03-13T17:55+0400
2024-03-13T17:55+0400
rusiya
ermənistan
hava limanı
https://cdnn1.img.sputnik.az/img/07e8/03/06/463061110_0:160:3072:1888_1920x0_80_0_0_8595b7cdcd6b93a88dfa76a7feb5982f.jpg
BAKI, 13 mart — Sputnik. Rusiya Ermənistandan sərhədçilərinin Zvartnots hava limanından çıxarılması ilə bağlı diplomatik kanallar vasitəsilə bildiriş almayıb, bu məsələ ilə bağlı qərar idarələrarası araşdırmanın nəticələrinə əsasən veriləcək. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə RİA Novosti-nin sualını cavablandırarkən bildirib. Paşinyan martın 12-də keçirdiyi mətbuat konfransında bildirib ki, İrəvanın “Zvartnots” hava limanında sərhəd nəzarətinin həyata keçirilməsində Rusiyanın köməyinə ehtiyac yoxdur.O, həmçinin əlavə edib ki, “Zvartnots”dakı xidmətlərinə görə, Rusiya hərbçilərinə minnətdarlıq edib, ancaq bundan sonra onların dəstəyinə ehtiyac yoxdur.Paşinyan aydınlaşdırıb ki, ölkədə dövlət institutları inkişaf edir, bunun nəticəsində Ermənistan sərhəd xidməti İrəvan hava limanında sərhəd nəzarətini müstəqil həyata keçirmək üçün kifayət qədər imkan və təcrübə əldə edib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/03/06/463061110_171:0:2902:2048_1920x0_80_0_0_041813f5350a0a2055a56b81523aaa86.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
ermənistan, hava limanı
Rusiya Ermənistandan diplomatik kanallar vasitəsilə bildiriş almayıb - Zaxarova
Rusiya Xİn sözçüsü bildirib ki, sözügedən bildiriş Ermənistan tərəfinin bir sıra qeyri-dost addımları fonunda verilib.
BAKI, 13 mart — Sputnik. Rusiya Ermənistandan sərhədçilərinin Zvartnots hava limanından çıxarılması ilə bağlı diplomatik kanallar vasitəsilə bildiriş almayıb, bu məsələ ilə bağlı qərar idarələrarası araşdırmanın nəticələrinə əsasən veriləcək.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə RİA Novosti-nin sualını cavablandırarkən bildirib.
"Biz Ermənistan rəhbərliyinin bu mövzu ilə bağlı şərhlərini gördük. Müvafiq bildiriş qurum xətti ilə göndərilib, diplomatik kanallar vasitəsilə bizə heç nə daxil olmayıb. Bütün qərarların qurumlararası araşdırmanın nəticələrinə əsasən verilməsinə tərəfdarıq. Qeyd etmək istərdik ki, sözügedən bildiriş Ermənistan tərəfinin bir sıra qeyri-dost addımları fonunda verilib. Belə bir təşəbbüs çətin ki, Ermənistanın və onun vətəndaşlarının təhlükəsizlik maraqlarına cavab versin" - Zaxarova deyib.
Paşinyan martın 12-də keçirdiyi mətbuat konfransında bildirib ki, İrəvanın “Zvartnots” hava limanında sərhəd nəzarətinin həyata keçirilməsində Rusiyanın köməyinə ehtiyac yoxdur.
O, həmçinin əlavə edib ki, “Zvartnots”dakı xidmətlərinə görə, Rusiya hərbçilərinə minnətdarlıq edib, ancaq bundan sonra onların dəstəyinə ehtiyac yoxdur.
Paşinyan aydınlaşdırıb ki, ölkədə dövlət institutları inkişaf edir, bunun nəticəsində Ermənistan sərhəd xidməti İrəvan hava limanında sərhəd nəzarətini müstəqil həyata keçirmək üçün kifayət qədər imkan və təcrübə əldə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.