Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Bayram tonqalına düşən uşaqların vəziyyəti açıqlandı

© Sputnik / Murad OrujovÇərşənbə, arxiv
Çərşənbə, arxiv - Sputnik Azərbaycan, 1920, 13.03.2024
Abunə olmaq
TƏBİB-dən bildirilib ki, hadisə yerinə dərhal təcili tibbi yardım briqadası göndərilib.
BAKI, 13 mart — Sputnik. TƏBİB Bakıda çərşənbə tonqalına düşən uşaqların vəziyyətini açıqlayıb. TƏBİB-dən Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 12.03.2024-cü il tarixində saat 20:22-də Nizami rayonu, İ.Məmmədov 17 ünvanından və 20:51-də Yasamal rayonu, Şərifzadə küçəsi ünvanından tonqalda xəsarət alma ilə bağlı 2 müraciət daxil olub. Hadisə yerinə dərhal təcili tibbi yardım briqadası göndərilib.
"Xəsarət alan 4 yaşlı (kişi cinsli) hər iki qolun termiki yanığı, 17 yaşlı (kişi cinsli) şəxs isə hər iki əlin termiki yanığı diaqnozu ilə Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq Mərkəzinə hospitalizasiya olunub" - TƏBİB-dən bildirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0