Мультимедийный пресс-центр Sputnik Азербайджан  - Sputnik Azərbaycan, 1920
Mətbuat mərkəzi
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən tədbirlər

2024-cü ildə istehlak bazarı və Novruz bayramı "səbəti"

© Sputnik / Irade JELILNovruz xonçası, arxiv şəkli
Novruz xonçası, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 13.03.2024
Abunə olmaq
Azərbaycan Azad İstehlakçılar Cəmiyyətinin sədri Sputnik Azərbaycan multimedia mətbuat mərkəzində istehlak bazarındakı mövcud problemlər və onların həlli yolları barədə danışacaq.
BAKI, 13 mart — Sputnik. Hər il martın 15-də beynəlxalq ictimaiyyət Ümumdünya İstehlakçı Hüquqları Günü və ya Ümumdünya İstehlakçı Hüquqlarının Müdafiəsi Gününü qeyd edir. Belə ki, hər il martın bu günlərində Novruz bayramına hazırlıqla bağlı bayram öncəsi ajiotaj müşahidə olunur.
Bu fonda ekspertlər bir neçə ildir ki, ən çox tələb olunan mal növlərinin qiymətlərinin bahalaşmasını müşahidə edirlər ki, bu da Novruzun istehlak səbətinə təsir göstərir.
Azərbaycanda əsas istehlak mallarının hansı dinamika gözlədiyi, 2024-cü ildə Novruz istehlak səbətinin necə göründüyü, istehlak bazarındakı mövcud problemlər və onların həlli yolları barədə 15 mart saat 11:00-da Sputnik Azərbaycan multimedia mətbuat mərkəzində keçiriləcək mətbuat konfransında Azərbaycan Azad İstehlakçılar Cəmiyyətinin sədri Eyyub Hüseynov məlumat verəcək.
Əlaqə:
Telefonlar: 404-13-84/85
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzinin ünvanı: Mətbuat pr., məh.529, bina 23, mərt.4.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0