https://sputnik.az/20240312/rusiya-xn-svecre-sefirine-rusiya-aktivleri-ile-bagli-qerar-barede-etiraz-edilib-463202655.html
Rusiya XİN: İsveçrə səfirinə Rusiya aktivləri ilə bağlı qərar barədə etiraz edilib
Rusiya XİN: İsveçrə səfirinə Rusiya aktivləri ilə bağlı qərar barədə etiraz edilib
Sputnik Azərbaycan
Bəyanatda deyilir ki, Bernin bu cür planların əməli şəkildə həyata keçiriləcəyi təqdirdə Rusiya tərəfinin cavab tədbirləri də qaçılmaz olacaq. 12.03.2024, Sputnik Azərbaycan
2024-03-12T23:16+0400
2024-03-12T23:16+0400
2024-03-12T23:16+0400
rusiya xin
rusiya
isveçrə
https://cdnn1.img.sputnik.az/img/07e7/04/1d/454273100_0:0:3090:1739_1920x0_80_0_0_95ec3b5b167df1cb8369022f00b75359.jpg
BAKI, 12 mart — Sputnik. İsveçrənin Rusiya Federasiyasındakı səfiri Kristina Marti Lanq Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb və ona İsveçrə parlamentinin öz ölkədəki Rusiya aktivlərinin müsadirə edilməsi mexanizminin əsaslarının işlənib hazırlanmasına başlamaq qərarına görə etiraz təqdim edilib. "Martın 12-də İsveçrənin Moskvadakı səfiri K.Marti Lanq İsveçrə Konfederasiyasında yerləşən Rusiya dövlət aktivlərinin müsadirə edilməsinə imkan verən mexanizmin hüquqi əsaslarının işlənib hazırlanması təşəbbüsü ilə bağlı İsveçrə parlamentinin qərarına etiraz təqdim etmək üçün Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb" - Rusiya Xarici İşlər Nazirliyinin saytında bildirilir. Səfirə bildirilib ki, Rusiya tərəfi İsveçrə hakimiyyətinin dövlət toxunulmazlığı ilə bağlı beynəlxalq hüququn fundamental prinsip və normalarını kobud şəkildə pozan bu addımını qətiyyətlə pisləyir. Rusiya XİN-dən qeyd edilib ki, "hər hansı bir uydurma "təzminat mexanizmi" altında Rusiya dövlət mülkiyyətinə edilən hər hansı hücum dövlət səviyyəsində oğurluqdan başqa bir şey olmayacaq". "Qeyd edilib ki, Bern tərəfindən bu cür planların əməli şəkildə həyata keçiriləcəyi təqdirdə Rusiya tərəfinin cavab tədbirləri də qaçılmaz olacaq" - bəyanatda deyilir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/04/1d/454273100_0:0:2732:2048_1920x0_80_0_0_3e4d64159bcae95341624ba3f33697be.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya xin, isveçrə
Rusiya XİN: İsveçrə səfirinə Rusiya aktivləri ilə bağlı qərar barədə etiraz edilib
Bəyanatda deyilir ki, Bernin bu cür planların əməli şəkildə həyata keçiriləcəyi təqdirdə Rusiya tərəfinin cavab tədbirləri də qaçılmaz olacaq.
BAKI, 12 mart — Sputnik. İsveçrənin Rusiya Federasiyasındakı səfiri Kristina Marti Lanq Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb və ona İsveçrə parlamentinin öz ölkədəki Rusiya aktivlərinin müsadirə edilməsi mexanizminin əsaslarının işlənib hazırlanmasına başlamaq qərarına görə etiraz təqdim edilib.
"Martın 12-də İsveçrənin Moskvadakı səfiri K.Marti Lanq İsveçrə Konfederasiyasında yerləşən Rusiya dövlət aktivlərinin müsadirə edilməsinə imkan verən mexanizmin hüquqi əsaslarının işlənib hazırlanması təşəbbüsü ilə bağlı İsveçrə parlamentinin qərarına etiraz təqdim etmək üçün Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb" - Rusiya Xarici İşlər Nazirliyinin saytında bildirilir.
Səfirə bildirilib ki, Rusiya tərəfi İsveçrə hakimiyyətinin dövlət toxunulmazlığı ilə bağlı beynəlxalq hüququn fundamental prinsip və normalarını kobud şəkildə pozan bu addımını qətiyyətlə pisləyir.
Rusiya XİN-dən qeyd edilib ki, "hər hansı bir uydurma "təzminat mexanizmi" altında Rusiya dövlət mülkiyyətinə edilən hər hansı hücum dövlət səviyyəsində oğurluqdan başqa bir şey olmayacaq".
"Qeyd edilib ki, Bern tərəfindən bu cür planların əməli şəkildə həyata keçiriləcəyi təqdirdə Rusiya tərəfinin cavab tədbirləri də qaçılmaz olacaq" - bəyanatda deyilir.