Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

RF Dövlət Duması hərbi danışıqların sızması ilə əlaqədar Berlinə müraciət təqdim edib

© AFP 2024 / KIRILL KUDRYAVTSEVDövlət Duması
Dövlət Duması - Sputnik Azərbaycan, 1920, 12.03.2024
Abunə olmaq
Volodin bildirib ki, Almaniya rəhbərliyi faktiki olaraq ölkəni Üçüncü Dünya Müharibəsinə sürükləyir.
BAKI, 12 mart — Sputnik. Rusiya Dövlət Duması Almaniyanın yüksək rütbəli hərbçilərinin Rusiya ərazisinə zərbələr endirməsi ilə bağlı müzakirəsi ilə əlaqədar Bundestaqa müraciət təqdim edib.
Bunu Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin "Telegram" kanalında qeyd edib.
"Hər kəs başa düşməlidir ki, bu cinayət almanların özləri üçün ən ağır nəticələrə səbəb olacaq. Rusiya Federasiyasında texnoloji cəhətdən xarici silahlardan üstün və onların ərazisində istənilən hədəfi vurmağa qadir olan silahlar var" - nəşrdə yazılıb.
Volodin vurğulayıb ki, bu cür mülahizələr əslində Almaniyanı Üçüncü Dünya Müharibəsinə sürükləyir. Spikerin sözlərinə görə, Bundestaq deputatları faciənin qarşısını almaq üçün öz hərbi-siyasi rəhbərliyinin cinayətlər hazırlamasından xəbərdar olmalıdırlar.
Bu yaxınlarda Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib ki, alman zabitləri arasında Krım körpüsünə "Taurus" raketləri ilə mümkün hücumla bağlı söhbət Almaniyanın Rusiya ilə birbaşa münaqişəyə hazırlaşmasından xəbər verir.
Xəbər lenti
0