Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Zaxarova: Ukrayna NATO-ya dəvət olunmayıb, çünki...

© Sputnik / Владимир Астапкович / Mediabanka keçidRusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova, arxiv şəkli
Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 11.03.2024
Abunə olmaq
Bütün bunlar, Qərb psevdo-müttəfiqlərinin dost, tərəfdaş, gənc demokratiya adlandırılan növbəti qurbanlarını bir daha necə bölüşmələri baxımından nəzərdən keçirilməlidir.
BAKI, 11 mart — Sputnik. Ukrayna NATO-ya dəvət olunmayıb, çünki təşkilatın üzvləri arasında, əsasən də Polşada Ukraynanın qərb ərazilərinə açıq iddia var və Kiyevin alyansa dəvət olunması Ukraynanın mövcud sərhədlərinin tanınmasını tələb edəcək. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
"Ukrayna kontekstində digər çox vacib amil hər kəsin verdiyi bu sualdır: Ukrayna niyə NATO-ya dəvət olunmadı? Ona görə də NATO-ya dəvət olunmadı ki, NATO onun mövcud sərhədlərini tanımağa məcbur olardı və nəzərə alsaq ki, Polşa, Ukraynanın qərb hissələrinə iddialarını gizlətməkdən əl çəkməyib", - Zaxarova deyib.
O, əlavə edib ki, bütün bunlar, Qərb psevdo-müttəfiqlərinin dost, tərəfdaş, gənc demokratiya adlandırılan növbəti qurbanlarını bir daha necə bölüşmələri baxımından nəzərdən keçirilməlidir.
Daha əvvəl "Foreign Policy" jurnalı mənbələrə istinadən yazıb ki, Şərqi Avropa dövlətləri və Kiyevin özünün mümkün qədər tez başlamaq istəyinə baxmayaraq, ABŞ və Almaniya Ukraynanın NATO-ya daxil olması prosesinin başlanmasını ləngitməyə çalışırlar. Fevral ayında NATO-nun baş katibi Yens Stoltenberq Ukraynanın alyansa dəvət almasının mümkünlüyü ilə bağlı sualı cavablandırarkən demişdi ki, dəvət bütün müttəfiqlər onu dəstəklədiyi zaman gələcək və Ukrayna özü bunun üçün lazım olan bütün şərtləri yerinə yetirir.
2022-ci il sentyabrın sonunda Vladimir Zelenski Ukraynanın sürətləndirilmiş əsaslarla NATO-ya üzv olmaq üçün müraciət etdiyini açıqlayıb. Eyni zamanda, NATO-nun baş katibi Yens Stoltenberq bəyan edib ki, silahlı münaqişə zamanı Ukraynanın alyansa tam üzv olması mümkün deyil.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bundan əvvəl Kremldə Zelenskinin Ukraynanın NATO-ya üzv olması ilə bağlı müraciətini və ona fərqli reaksiyalar verildiyini bildirib. Onun sözlərinə görə, Moskva vəziyyəti diqqətlə izləyir və xatırladır ki, Rusiyanın Ukraynada xüsusi əməliyyatına başlamasının səbəblərindən biri məhz Kiyevin alyansa yönəlməsi olub. Eyni zamanda, 2022-ci ilin iyununda prezident Vladimir Putin Ukraynanın Aİ-yə mümkün üzvlüyündən danışarkən Rusiyanın buna qarşı olmadığını bəyan edib.
Xəbər lenti
0