Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Qazaxıstan Prezidenti Azərbaycana dövlət səfərinə gəlib

© Photo : AZƏRTACQazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycana dövlət səfərinə gəlib
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycana dövlət səfərinə gəlib
 - Sputnik Azərbaycan, 1920, 11.03.2024
Abunə olmaq
Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
BAKI, 11 mart — Sputnik. Azərbaycana dövlət səfərinə gələn Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin rəsmi qarşılanma mərasimi olub.
Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Qazaxıstan Respublikasının Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevi qarşılayıb.
Fəxri qarovul dəstəsinin rəisi Qazaxıstan Respublikasının Prezidentinə raport verib.
© Photo : AZƏRTACQazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycana dövlət səfərinə gəlib
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycana dövlət səfərinə gəlib
 - Sputnik Azərbaycan, 1920, 11.03.2024
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycana dövlət səfərinə gəlib
Prezident İlham Əliyev və Prezident Kasım-Jomart Tokayev fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
Prezident Kasım-Jomart Tokayev Azərbaycan əsgərlərini salamlayıb.
Qazaxıstan Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib.
Azərbaycan nümayəndə heyəti Qazaxıstan Prezidentinə, Qazaxıstan nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim olunub.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin qarşısından keçib.
***
Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev martın 11-də Azərbaycan Respublikasına dövlət səfərinə gəlib.
Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevi hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşılayıblar.
10.03.24
Qazaxıstan Prezidenti Kasım - Jomart Tokayev martın 11-12-də Azərbaycana səfər edəcək.
Bu barədə Qazaxıstan liderinin mətbuat xidməti məlumat yayıb.
"Martın 11-12-də Prezident Kasım - Jomart Tokayev Azərbaycan Respublikasına dövlət səfəri edəcək", - məlumatda deyilir.
Səfər çərçivəsində Tokayevin Qazaxıstan-Azərbaycan Ali Dövlətlərarası Şurasının ilk iclasında iştirak edəcəyi planlaşdırılır.
20.02.24, 18:47
Tokayev Rusiyaya gedir
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev fevralın 21-də Rusiyaya işgüzar səfərə gedəcək. Bu barədə Qazaxıstan başçısının mətbuat xidməti məlumat yayıb.
"Fevralın 21-də Kasım-Jomart Tokayev Kazanda keçiriləcək "Gələcəyin oyunları" beynəlxalq turnirinin açılış mərasimində iştirak etmək üçün Rusiya Federasiyasına işgüzar səfərə gedəcək. Tədbirə Özbəkistan və bir sıra digər dövlətlərin nümayəndələri də iştirak edəcəklər", - məlumatda deyilir.
"Gələcəyin oyunları" fevralın 21-dən martın 3-dək Kazan və Soçidə keçiriləcək. Bu, hibrid növlər üzrə ilk beynəlxalq multi-idman yarışıdır. Onların hər biri "figital" (fiziki+rəqəmsal anlayışını birləşdirir", yəni klassik idman və e-idman və ya VR/AR texnologiyasını özündə birləşdirir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0