Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Fransa Cənubi Qafqazda sülhməramlı obrazı yaratmağa çalışır - Zaxarova

© Sputnik / Валерий ШарифулинMariya Zaxarova
Mariya Zaxarova - Sputnik Azərbaycan, 1920, 11.03.2024
Abunə olmaq
"Rossiya 1" telekanalının "Vladimir Solovyovla bazar axşamı" verilişində Zaxarova bildirib ki, Parisin Qafqaz regionunda fəallığının artması, Afrikadakı uğursuzluq fonunda ictimai-siyasi şüur üçün kompensasiyadır.
BAKI, 11 mart — Sputnik.. Fransa Afrika siyasətinin uğursuzluğundan sonra Cənubi Qafqazda sülhməramlı obrazı yaratmağa çalışır, baxmayaraq ki, Rusiya orada sülhməramlı rolunu icra edir. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
Fevralın sonunda Ermənistanın baş naziri Nikol Paşinyan Fransaya rəsmi səfər edib. Fransa prezidenti Emmanuel Makron Ermənistanın baş naziri ilə birgə keçirdiyi brifinqdə bildirib ki, Paris Cənubi Qafqazda ədalətli və davamlı sülhün bərqərar olması səylərini dəstəkləyir. O xatırladıb ki, 2022-ci ildə Praqada keçirilmiş görüşdə Paşinyan İrəvanın 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiqliyini təsdiqləyib.
"Rossiya 1" telekanalının "Vladimir Solovyovla bazar axşamı" verilişində Zaxarova bildirib ki, Parisin Qafqaz regionunda fəallığının artması, Afrikadakı uğursuzluq fonunda ictimai-siyasi şüur üçün kompensasiyadır.
"Biz başa düşürük ki, bunun sülhməramlılıqla heç bir əlaqəsi yoxdur. Məhz bizim ölkəmiz bütün sülhməramlı rolu, hətta Qarabağ nizamlanması kontekstində də vasitəçi kimi öz üzərinə götürüb və yerinə yetirib. İndi, ən çətin mərhələ arxada qalıb, ancaq Fransa NATO üzvü kimi aranı yenidən qarışdırmaqla özlərini göstərə bilər" - Zaxarova deyib.
2023-cü ildə İrəvan Parisdən hərbi yardım almağa başlayıb. Ermənistan ordusu üçün zirehli texnikanın ilk partiyası Gürcüstan vasitəsilə gətirilib. 2023-cü il oktyabrın sonunda Fransanın müdafiə naziri Sebastien Lekornu bəyan edib ki, Paris Ermənistana üç "Ground Master 200" (GM200) radar sistemi satmaq niyyətindədir və MBDA raket sistemlərinin istehsalçısı iləniyyət məktubu imzalamaq planlaşdırılır. Lekornu əlavə edib ki, Fransa Ermənistan hərbçilərinə hava hücumundan müdafiə sahəsində də təlim keçəcək. Ötən ilin sonunda Azərbaycan prezidenti İlham Əliyev 2020-ci ildən bu günə kimi Fransa rəhbərliyinin Azərbaycana qarşı destruktiv və təxribatçı mövqe tutduğunu bildirib.
Xəbər lenti
0