Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Rusiya MN: Novqorod vilayəti üzərində Ukraynaya məxsus iki pilotsuz uçuş aparatı vurulub

© Sputnik / Константин Михальчевский / Mediabanka keçidUkraynaya məxsus PUA
Ukraynaya məxsus PUA - Sputnik Azərbaycan, 1920, 10.03.2024
Abunə olmaq
Vilayət qubernatoru Andrey Nikitinin sözlərinə görə, PUA hücumu nəticəsində tələfat və dağıntı olmayıb.
BAKI, 10 mart — Sputnik. Rusiyanın Novqorod vilayəti ərazisi üzərində Ukraynaya məxsus iki pilotsuz uçuş aparatı vurulub.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Moskva vaxtı ilə saat 15:30 radələrində Hava Hücumundan Müdafiə sistemləri Novqorod vilayəti ərazisi üzərində Ukrayna Silahlı Qüvvələrinə məxsus iki PUA-nı zərərsizləşdirib.
Vilayət qubernatoru Andrey Nikitinin sözlərinə görə, PUA hücumu nəticəsində tələfat və dağıntı olmayıb.
22.11.23, 21:15
Rusiya MN: HHM sistemləri sutkada Ukraynanın 45 PUA-sını vurub
Rusiyanın hava hücumundan müdafiə sistemləri bir gündə Ukrayna Silahlı Qüvvələrinə (USQ) məxsus 45 pilotsuz təyyarəni (PUA) vurub.
Bu barədə Rusiya Müdafiə Nazirliyi xəbər verir.
Nazirliyin məlumatına görə, Rusiya Silahlı Qüvvələri (RSQ) Marinka (Donetsk), Verxnekamenka, Melovatka (Luqansk), Zaporojye vilayətinin Pşeniçnoye, Mirnoye, Xarkov vilayətinin Olşana, Dvureçnoye, eləcə də Xerson vilayətinin Saqi və Zmiyevka yaşayış məntəqələri ərazilərində Ukraynaya məxsus 45 PUA-nı məhv edib.
Bu yaxınlarda Rusiyanın hava hücumundan müdafiə sistemləri Krım ərazisi üzərində Ukrayna Silahlı Qüvvələrinin üç pilotsuz təyyarəsini darmadağın edib.
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya 2022-ci il fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.
Xatırladaq ki, Qərb ölkələri Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı bir neçə dəfə sanksiya paketləri tətbiq edib. Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır və sanksiyalar bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub. Onun sözlərinə görə, Qərbin əsas məqsədi milyonlarla insanın həyatını pisləşdirməkdir. O əlavə edib ki, cari hadisələr Qərbin həm siyasətdə, həm də iqtisadiyyatda qlobal hökmranlığının altından xətt çəkir. Prezidentin sözlərinə görə, Rusiya təcrid olunmaq niyyətində deyil, onu müasir dünyada sərt şəkildə təcrid etmək olmaz.
Xəbər lenti
0