Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyadan xarici valyutanın çıxışına dair məhdudiyyətin müddəti uzadılıb

© AFP 2024 / DANIEL MUNOZAvro və dollar, arxiv
Avro və dollar, arxiv - Sputnik Azərbaycan, 1920, 08.03.2024
Abunə olmaq
Tənzimləyici qurum hesablardan valyuta çıxarılması zamanı bankların vətəndaşlardan xidmət haqqı almasına dair qadağanın müddətini də uzadıb.
BAKI, 8 mart - Sputnik. Rusiya Bankı (Mərkəzi Bank) ölkədən xarici valyutanın çıxarılması ilə bağlı 2022-ci il martın 9-dan tətbiq etdiyi məhdudiyyətlərin müddətini daha 6 ay uzadııb.
"Report" bu barədə quruma istinadən xəbər verir.
Xatırladaq ki, məhdudiyyət xarici valyuta hesablarından 10 min ABŞ dolları və yaxud avrodan çox vəsaitin çıxarılmasına qadağını nəzərdə tutur.
Tənzimləyici qurum hesablardan valyuta çıxarılması zamanı bankların vətəndaşlardan xidmət haqqı almasına dair qadağanın müddətini də uzadıb.
Məhdudiyyətə görə hesablardan 10 min ABŞ dolları və yaxud avrodan çox vəsait rublla çıxarılmalıdır. Hesab açmadan və elektron pul kisələri vasitəsilə valyuta köçürmələri də yalnız milli valyutada həyata keçirilə bilər.
Xəbər lenti
0